Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1946/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X6, Zərərçəkmiş şəxs X10 və X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 05 dekabr 2022-ci il tarixli, MN seriyal 1556985, 05 dekabr 2022-ci il tarixli, MN seriyal ******* nömrəli, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 05 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli və 05 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 3(009)-1947/2022, 3(009)- 1950/2022 və 3(009)-1951/2022 saylı qərardadları ilə 3(009)-1947/2022, 3(009)- 1950/2022, 3(009)-1951/2022 və 3(009)-1946/2022 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilmiş, həmin işlərə 3(009)-1946/2022 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması və iş başqa işə birləşdiyindən 3(009)-1947/2022, 3(009)-1950/2022 və 3(009)-1951/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X11 inzibati xəta haqqında protokolları müdafiə edərək Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, maddi vəziyyəti aşağı olduğundan xx.xx.2022-ci il tarixdə Səbail rayonu ünvan 2 ünvanında yaşayan vətəndaş X4 vətəndaş X4 DİN-in 102 XZM-yə müraciət edərək, taksi fəaliyyəti ilə məşğul olan ***-***-**-** nömrəsindən zəng edən şəxs ona Badamdar qəsəbəsindən ərzaq məhsulları almasını və onun hesabına 380 manat pul köçürməsini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində mobil tətbiq vasitəsilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindən Bibiheybət qəsəbəsində yerləşən “Villa Lux” otelə taksi sifariş vermiş, həmin taksi sürücüsü ilə danışıq zamanı özünü otelin meneceri kimi təqdim etmiş və marketdən alışveriş etməsini xahiş edərək ona siyahı göndərmiş və bundan əlavə olaraq ona təqdim etdiyi ***-***-**-** nömrəyə 32 AZN məbləğində pul köçürməsini xahiş etmişdir.. Bir müddət keçəndən sonra taksi sürücüsü onun hesabına 32 AZN pul məbləği köçürəndən sonra o, onun mobil nömrəsini əngəlləmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə maddi vəziyyəti aşağı olduğundan özünü “Villa Lux” adlı otelin meneceri kimi təqdim edərək müəyyən ərzaqların alınması və kart hesabına müəyyən məbləğ pul köçürməsini, aldığı sifarişləri “Villa Lux” adlı otelə çatdırmasını taksi sürücüsündən xahiş etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha eyni əməllərə yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X15 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində yerləşən “Axundov bağı” yaxınlığında taksi fəaliyyətilə məşğul olan zaman bir nəfər şəxsin ona sifariş verməsini, daha sonra aralarındakı danışığa əsasən ***-***-**-** nömrəsinə “Milliön” apartında yerləşən “Emon” tətbiqi vasitəsilə 65 AZN pul məbləği köçürməsini xahiş etmiş, lakin o, həmin məbləği köçürdükdən sonra həmin şəxs onu aldadaraq onun mobil nömrəsini əngəlləmişdir. Hadisə nəticəsində ona ümumilikdə 65 AZN maddi ziyan vurulmuşdur, zərər ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, taksi fəaliyyətilə məşğul olur, xx.xx.2022-ci il tarixində bir nəfər şəxs ***-***-**-** nömrəsindən ona sifariş vermiş, daha sonra aralarındakı danışığa əsasən 0 Badamdar qəsəbəsindən ərzaq məhsulları almasını və onun hesabına 380 manat pul köçürməsini xahiş etmiş, lakin o, həmin məbləği köçürdükdən sonra həmin şəxs onu aldadaraq onun mobil nömrəsini əngəlləmişdir. Hadisə nəticəsində ona ümumilikdə 380 AZN maddi ziyan vurulmuşdur, zərər ödənilməmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli, MN seriyal ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə taksi sürücüsü X8 53 manat məbləğində pulunu dələduzluq edərək ələ keçirmiş və nəticədə Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 04 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə Qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 07:59-da vətəndaş X13 DİN-nin 102 xidmətinə zəng edərək 9111 taksi şirkətində sürücü işlədiyini, şirkətə ***-***-**-** nömrəsindən sifariş gələrək sifariş əsasında ***-***-**-** nömrəsinə 53 manat pul köçürməsi, 12 manat dəyərində bazarlıq etməsi, Səbail rayonu, Şıxov qəsəbəsi, Panorama Villux yaşayış kompleksinə çatdırılmasını xahiş etmiş və o, bazarlıq etmiş və həmin şəxsin kart hesabına pul göndərdikdən sonra həmin ünvana çatdıqda isə aldadılmasını aşkar etməsi barədə məlumat vermişdir. X8 DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X9 məxsus 53 manat pulu aldatma yolu ilə ələ keçirmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü tədbirlərin davam etdirilməsi məqsədilə qəbul edilmiş qərarın bölmənin aidiyyəti əməkdaşına həvalə edilməsi üçün təhqiqat orqanının rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan İnzibati qaydada tutma haqqında 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 04 dekabr 2022-ci il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli, MN seriyal ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə taksi sürücüsü X10 65 manat məbləğində pulunu dələduzluq edərək ələ keçirmiş və nəticədə Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Hüseynzadə küçəsində yaşayan X15 DİN-nin 102 xidmətinə müraciət edərək taksi fəaliyyətilə məşğul olduğunu, müştəri qismində sifariş verən şəxsin onu aldadaraq ona məxsus 65 AZN pul məbləğini ələ keçirməsi barədə məlumat vermişdir. İş materiallarında olan 04 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə Qərardan görünür ki, X10 DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X14 məxsus 65 manat pulu aldatma yolu ilə ələ keçirmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü tədbirlərin davam etdirilməsi məqsədilə qəbul edilmiş qərarın bölmənin aidiyyəti əməkdaşına həvalə edilməsi üçün təhqiqat orqanının rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli, MN seriyal ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə taksinin sürücüsü X1 380 manat məbləğində pulunu dələduzluq edərək ələ keçirmiş və nəticədə Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Səbail rayonu ünvan 2 ünvanında yaşayan, taksi fəaliyyəti ilə məşğul olan vətəndaş X4 DİN-in 102 XZMyə müraciət edərək, ***-***-**-** nömrəsindən zəng edən şəxsin ona Badamdar qəsəbəsindən ərzaq məhsulları almasını və onun hesabına 380 manat pul köçürməsi ilə əlaqədar Səbail RPİ 41-ci PB-nin təhqiqatçısı tərəfindən araşdırılması aparılan və əməldə cinayət tərkibi yaranmadığı üçün icraatı rədd edilmiş, inzibati xəta hadisəsini törətmiş naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İXM-nin 277-ci maddəsi ilə inzibati tədbirlər görülməsi üçün Səbail RPİ 41-ci PB-nin xx.xx.2022-ci il tarixli 299-9190-1222 nömrəli məktub icraata daxil olmuşdur. İş materiallarında olan 11 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə Qərardan görünür ki, X1 DİNnin 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X2 aldadaraq pulunu mənimsəyən naməlum şəxs müəyyən olunarsa onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü tədbirlərin davam etdirilməsi məqsədilə qəbul edilmiş qərarın bölmənin aidiyyəti əməkdaşına həvalə edilməsi üçün təhqiqat orqanının rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli, MN seriyal ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə taksinin sürücüsü X5 aldadaraq 50 manat məbləğində pulunu ələ keçirmiş və nəticədə Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan raportdan görünür ki, ünvan 3 ünvanında yaşayan vətəndaş X7 DİN-in 102 Xidməti Zəng Mərkəzinə zəng edərək, taksi sürücüsü olduğunu ***-***-**-** nömrəli mobil nömrəsindən taksi sifariş edən şəxsin istəyi ilə ünvan 4 ünvanında yerləşən “Araz” marketindən 18 manat dəyərində məhsul alması və marketdə yerləşən ödəmə terminalı vasitəsilə şəxsin ona göndərdiyi nömrəyə 32 manat məbləğində balans yükləməsi, lakin həmin şəxsin qeyd etdiyi ünvanda olmaması və dələduzluq edərək onu aldatması barədə müraciəti Səbail RPİ 41-ci PB-nin təhqiqatçısı tərəfindən araşdırılması aparılan və əməldə cinayət tərkibi yaranmadığı üçün icraatı rədd edilmiş, inzibati xəta hadisəsini törətmiş naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbirlər görülməsi üçün Səbail RPİ 41-ci PB-nin xx.xx.2022-ci il tarixli ***-**** nömrəli məktub icraata daxil olmuşdur. İş materiallarında olan 26 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, X3 DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X5 aldadaraq pulunu mənimsəyən naməlum şəxs müəyyən olunarsa onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü tədbirlərin davam etdirilməsi məqsədilə qəbul edilmiş qərarın bölmənin aidiyyəti əməkdaşına həvalə edilməsi üçün təhqiqat orqanının rəhbərinə təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli 05 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 88, 114-115, 128.2.1, 130.1 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2 (iki) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs faktiki tutulduğu andan, yəni 04 dekabr 2021-ci il tarixdən, saat 02:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1946/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1946/2022
05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver