Məhkəmə qərarları › İş №3(009)-1946/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1946/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1946/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Baxşəliyeva Sevinc Samir qızının katibliyi, Protokol tərtib edən şəxs Bakı şəhəri Səbail rayon RPİ-nin DYPŞ yol-patrul xidməti baş inspektoru, polis kapitanı X2, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Əbdürrəhmanov Səbuhi Əvəz oğlunun iştirakları ilə, Bakı şəhər X7 İdarəsinin 19 avqust 2024-cü il tarixli, EQ 23080602 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon RPİ-nin DYPŞ nin 19 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus olan "MERCEDES" markalı, **- FC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə X7 tərəfindən xx.xx.2024-cü il tarixondə, saat 19:11 radələrində 40 AZN və 2 bal cərimə tətbiq edilmişdir. O, cənab kapitandan niyə cərimə yazıldığını soruşanda, kapitanın ona cavabı dayanma durmanı düzgün etməmisən olmuşdur. O, kapitana dayanma durma nişan tələbi olmadığına görə ona cərimə yazmamalı olduğunu bildirmişdir. Kapitan ona kimə və hara şikayət vermək istəyirsən ver cavabı vermişdir. Hadisə 20-ci sahədə baş vermişdir və orada ona heç bir dayanmadurma nişanı göstərilə bilməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş 19 avqust 2024-cü il tarixli, EQ 23080602 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayəti müdafiə edərək inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak protokol tərtib edən Bakı şəhəri Səbail rayon RPİ-nin DYPŞ-nin yol-patrul xidməti baş inspektoru, polis kapitanı X4 şikayətin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail rayon RPİ-nin DYPŞ-nin 19 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş araşdırılması üçün yenidən Bakı şəhəri Səbail rayon RPİ-nin DYPŞ-nə göndərilməlidir. İş materiallarına əlavə edilmiş 19 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Bakı şəhəri, Salyan yolu istiqamətində xx.xx.2024-cü il tarixdə, saat 19:11-də Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X3 barəsində Bakı şəhər X7 İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadıqda inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə tərəfindən qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli Bakı şəhəri Səbail rayon RPİ-nin DYPŞ -nin 19 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhəri Səbail rayon RPİnin DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər X7 İdarəsin 19 avqust 2024-cü il tarixli, EQ 23080602 saylı Bakı şəhəri Səbail rayon RPİ-nin DYPŞ -nin 19 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhəri Səbail rayon RPİ-nin DYPŞ-nə göndərilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar