Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1948/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail Rayonu 41-ci PB-nin sahə inspektoru polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rüfət oğlunun iştirakları ilə, xx.xx.1993-cü ildə Qazı-Məmməd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Rüfət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Rüfət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs Rüfət oğlu qanunsuz olaraq narkotik vasitə olan marixuananı istehlak miqdarında qəbul etdiyinə görə Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsində narkotik vasitələrdən istifadə etmişdir. Nəticədə Şəxs Rüfət oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayonu 41-ci PB-nin sahə inspektoru polis baş leytenantı X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Rüfət oğlunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs Rüfət oğlu məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 2-3 ay olar ki, hərdən narkotik vasitə olan marixuana qəbul edir. O, xx.xx.2022-ci il tarixdə xalası oğlu Elvinlə birlikdə işləmək üçün Bakı şəhərinə gəlmişdir. Təxminən 20 gün əvvəl yaşadığı Hacıqabul rayonunda olan zaman tanımadığı şəxsdən bir çəkimlik narkotik vasitə olan marixuananı özü istifadə etmək üçün 10 manata almış, həmin vaxtdan marixuananı üzərində saxlamışdır. Bakı şəhərinə gəldikdən sonra xx.xx.2022-ci il tarixdə saat 00.30 radələrində xalası oğlunun kirayə yaşadığı Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi 28 ünvanında yerləşən evində xalası oğlu Elvinə üzərində 1 çəkimlik marixuana olduğunu demiş və ona marixuana çəkməyi təklif etmiş, Elvin razılaşmış və onlar evin həyətində siqaret dolusu marixuananı yandırıb çəkməyə başladıqdan sonra polis əməkdaşları həyətə gələrək onlara yaxınlaşıb özlərini təqdim edib çəkdiyinin nə olduğunu soruşduqda o, əlində olan və yarısını çəkdikləri marixuananı polis əməkdaşlarına təqdim edərək çəkdiklərinin marixuana olduğunu etiraf etmişlər. Bundan sonra polis əməkdaşları onları təqdim etdiyi siqaretin içərisində olan marixuana ilə birlikdə polis bölməsinə gətirmişlər. O, baş verənlərin hamsını etiraf etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Rüfət oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Rüfət oğlu 04 dekabr 2022-ci il tarixdə saat 23:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 05 dekabr 2022-ci il cinayət işi başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaşlar Şəxs Rüfət oğlunun və X1 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Rüfət oğlu və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin aidiyyəti əməkdaşına verilməsi qərara alınmışdır. Vətəndaş Şəxs Rüfət oğlunun təqdim etdiyi 0,18 qram çəkidə narkotik vasitə 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Səbail RPİ-yə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə nəticəsində tərtib edilmiş 1797 salı Protokoldan görünür ki, Şəxs Rüfət oğlunun narkotik maddə istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 7/1376 nömrəli rəyindən görünür ki, vətəndaş Şəxs Rüfət oğlunun təqdim etdiyi siqaretin içərisində tütün və təmiz çəkisi 0,18 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 05 dekabr 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 41-ci PB-si tərəfindən 0,18 qram çəkidə 1 ədəd papiros qarışıq kütlə təqdim edilmiş, 0.02 qram nümunə götürülmüş, 0,16 qram maddə geri qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiqlənmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na əsasən qurudulmuş marixuana 5 qram və yuxarı həddə olduğu halda əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Rüfət oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs Rüfət oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs Rüfət oğlunun 04 dekabr 2022-ci il tarixdə saat 23:40-da inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunacaq inzibati cərimənin məbləğindən ¼ hissəsi çıxılmalı və o, təyin ediləcək cərimənin ¼ hissəsindən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31,40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Rüfət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Rüfət oğlunun 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alınaraq barəsində tətbiq edilmiş 400 (dörd yüz) manat inzibati cərimənin 100 (yüz) manatından azad edilsin və üzərində 300 (üç yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxs Rüfət oğlu dərhal məhkəmə iclas zalından azad edilsin. Vətəndaş Şəxs Rüfət oğlunun təqdim etdiyi 0,18 qram çəkidə 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Səbail RPİ-yə təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,16 qram çəkidə narkotik vasitə marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1948/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1948/2022
05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver