Məhkəmə qərarları › İş №3(009)-195/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-195/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-195/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1 Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə baxaraq, MÜƏYYƏNETDİ: X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 məhkəməyə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X3 izahatında bildirmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə saat 01:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ərazisində idarə etdiyi “Hyundai 130 minik” markalı, 99MU075 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək inzibati xəta törətmişdir. Məhkəmə barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106, 109 və 118-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar