Məhkəmə qərarları › İş №3(009)-1951/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1951/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1951/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X16 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:20-də NİSSAN JUKE minik markalı 99LV677 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən xx.xx.1985-ci il tarixdə ünvan 1 mən 101 ünvanında yaşayan Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi üzrə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələbi pozulmuşdur. İş materiallarında olan raportun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində vətəndaş X10 idarə etdiyi “Nissan” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu “Azneft” dairəsində dairəvi hərəkət üzrə hərəkətdə olaraq “Mersedes Sprinter” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X4 hərəkətdə olduğu yola gözləmədən anidən çıxması nəticəsində toqquşaraq idarəetməni itirmiş və həmin vaxtı Nizami küçəsində dayanmış X11 idarə etdiyi "Kia Cerato” markalı **-BL-*** dövlət nömrə nişanlı avtomaşın ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Nissan” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 dərəcəsi təyin edilməyən, “Mersedes Sprinter” markalı **-GU- *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X9 isə YÜNGÜL dərəcəli bədən xəsarəti almışdır. Material üzrə araşdırma zamanı X2 və X6 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən “14” sentyabr 2020-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozub yol-nəqliyyat hadisəsi törədərək Mersedes Sprinter” markalı **- GU-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X4 yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olduğu üçün sürücü X6 əməlində Azərbaycan Respublikası İXMin 327.8-ci maddəsinin tərkib əlamətləri vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən xx.xx.2020ci il tarixində, saat 17:20-də “Azneft” dairəsində “Nissan” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “KİA” markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobillərin və “Mersedes” markalı **-GU-*** dövlət nömrə nişanlı mikroavtobus toqquşmuşdur. Məlumat əsasında yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri çəkilərək protokol tərtib edilmiş və materiala əlavə olunmuşdur. Araşdırma zamanı izahatı alınmış X9 bildirmişdir ki, “Mersedes Sprinter” markalı **-GU-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə və “BCD” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2020-ci il tarixdə saat təxminən 18:00 radələrində idarə etdiyi avtomaşın ilə Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti ilə üzü Azneft dairəsi istiqamətində hərəkətdə olaraq işıqforun yaşıl işığında Azneft meydanında dairəvi hərəkət olan yol ayrıcına daxil olduqda dairəvi hərəkət üzrə hərəkətdə olaraq onun hərəkətdə olduğu yola çıxan “Nissan” markalı avtomaşın ilə toqquşmuşlar.Bundan sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişdir. İzahatı alınmış X10 bildirmişdir ki, “Nissan Juke” markalı **-LV-*** dövlət nömrə nişanlı avtomaşın ona məxsusdur və “B” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində işyoldaşları Gövhər xanım və onun nəvəsi Ayan ilə birlikdə idarə etdiyi avtomaşın ilə Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti ilə üzü şəhər istiqamətində hərəkətdə olaraq “Azneft” meydanında olan dairədən üzü Niyazi küçəsi istiqamətində dönüş edərkən sağ tərəfdən gələn avtomaşın ilə toqquşmuşlar və həmin hadisədən sonra heçnə xatırlamır. Daha sonra hadisə yerinə təcili tibbi yardım avtomaşını gəlmiş və ona məlum olmuşdur ki, 1 avtomaşın ilə toqquşduqdan sonra idarə etdiyi avtomaşın digər avtomaşına çırpılmışdır. İzahatı alınmış X13 bildirmişdir ki, “Kia Cerato” markalı **-BL-*** dövlət nömrə nişanlı avtomaşın ona məxsusdur və “B” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2020-ci il tarixdə saat təxminən 18:15 radələrində idarə etdiyi avtomaşın ilə Bakı şəhəri Səbail rayonu Niyazi küçəsi ilə üzü Azneft meydanı istiqamətində hərəkətdə olaraq Azneft meydanında yerləşən dairəvi yola çatmamış dairəvi hərəkətdə olan avtomaşınlara yol vermək üçün dayanaraq yolun boşalmasını gözləyərkən dairəvi hərəkətdə olan “Nissan Juke” markalı avtomaşın ilə üzü “Azneft” meydanı istiqamətində hərəkətdə olan “Mersedes” markalı mikroavtobus toqquşmuş və “Nissan Juke” markalı avtomaşın idarəetməni itirərə onun idarə etdiyi avtomaşının sol tərəfindən vurmuşdur.Bundan sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları yaxınlaşmışdır. İzahatı alınmış Əliyeva Gövhər Məlikməmməd qızı bildirmişdir ki, təxminən 2010-cu ildən Mirzəyeva Aytən ilə birlikdə işləyir və həmin vaxtdan da bir-birlərini tanıyırlar. xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində Aytən Mirzəyevanın idarə etdiyi “Nissan Juke” markalı **-LV-*** dövlət nömrə nişanlı avtomaşın ilə Aytən onu yaşadığı ev tərəfə apararkən Səbail rayonu Neftçilər prospekti ilə üzü şəhər istiqamətində hərəkətdə olaraq “Azneft” meydanında olan dairədən üzü Niyazi küçəsi istiqamətində dönüş edərkən sağ tərəfdən gələn avtomaşın ilə toqquşmuşlar. Daha sonra hadisə yerinə təcili tibbi yardım avtomaşını və polis əməkdaşları gəlmişdir. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2/5526 nömrəli tibbi müayinə protokolundan müəyyən olunmuşdur ki, X1 halları aşkar edilməmişdir. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2/5530 nömrəli tibbi müayinə protokolundan müəyyən olunmuşdur ki, X3 halları aşkar edilməmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X8 rayon şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, N»408 saylı ekspert rəyindən görünür ki, X4 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər- sağ əlin 1-ci barmağının bağlarının hissəvə zədələnməsi ilə müşaiyət olunan barmağın əziyi qançırı bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixli avtomobil travması, o cümlədən, hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X8 rayon şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, N»407 saylı ekspert rəyindən görünür ki, X6 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər- sol bazunun orta-yuxarı 3/1-nin iç səthinin qançırı bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixli avtomobil travması, o cümlədən, hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər və sağlamlığa zərəvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli 8/1314 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Nissan Juke” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 6-cı hissəsinin 13-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: -hərəkət üçün təhkükə yaranan anda “Mersedes Sprinter” markalı 99-GU- 105 dövlət qeydiyyat nişanlı mikroavtobusun toqquşma yerindən 24.6-33.6 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X4 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhkükə yaranan anda “Mersedes Sprinter” markalı 99-GU- 105 dövlət qeydiyyat nişanlı mikroavtobusun toqquşma yerindən 24.6-33.6 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X4 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat araşdırması zamanı “Mersedes Sprinter” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X9 ilə birlikdə hadisə yerinə təkrar baxış keçirilmiş və vətəndaş Rəfail Quliyev həmin hadisə zamanı “Nissan” markalı avtomaşını toqquşmadan öncə harada görməsini göstərmişdir. Araşdırma zamanı təkrar izahatı alınmış X9 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 18:00 radələrində idarə etdiyi avtomaşın ilə Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti ilə üzü “Azneft” dairəsi istiqamətində hərəkətdə olaraq işıqforun yaşıl işığında “Azneft” dairəsində dairəvi hərəkət olan yol ayrıcına daxil olduqda dairəvi hərəkətdə olaraq mənim istiqamətdə olduğum yola anidən çıxan “Nissan” markalı avtomaşını toqquşmadan öncə təxminən 8-10 metr məsafədə görmüş və toqquşmadan yayma bilməmişdir. Beləliklə, toplanmış materialdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində vətəndaş X10 idarə etdiyi “Nissan” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu “.Azneft” dairəsində dairəvi hərəkət üzrə hərəkətdə olaraq “Mersedes Sprinter” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X4 hərəkətdə olduğu yola gözləmədən anidən çıxması nəticəsində toqquşaraq idarəetməni itirmiş və həmin vaxtı Nizami küçəsində dayanmış X11 idarə etdiyi “Kia Cerato” markalı 99- BL-749 dövlət nömrə nişanlı avtomaşın ilə toqquşmuşdur. Baş vermiş yol- nəqliyyat hadisəsi zamanı “Nissan” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 dərəcəsi təyin edilməyən, "Mersedes Sprinter” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X9 isə YÜNGÜL dərəcəli bədən xəsarəti almışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozub yol-nəqliyyat hadisəsi törədərək Mersedes Sprinter” markalı 99- GU-105 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X4 yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olduğu üçün sürücü X6 əməlində Azərbaycan Respublikası İXM- in 327.8-ci maddəsinin tərkib əlamətləri vardır. X2 və X6 əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X10, əməlindən səmimi peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar