Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1953/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 avqust 2024-cü il tarixli, 00100- 02238/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati xətta haqqında protokola əsasən, X1 ilə, X3 ünvanına İran islam Respublikasından 42CG068/42ZA618 saylı həqliyyat vasitəsi ilə 857 saylı xx.xx.2024-cü il tarixli İnvoys üzrə daxil olmuş və Bakı Baş Gömrük idarəsində **********3534 sorqu nömrəli gömrük bəyannaməsi ilə rəsmıləşdirilən yüklərə qömrük baxışı keçirilən zaman **********3534 sorqu nömrəli qömrük bəyannaməsi ilə bəyan olunmayan 1 yerin içində 2 qutu Glucophaqe 500 mq (hərbirində 100 həb), 5 qutu Zipmet 50/500 (hər birində 30 həb), 1 qutu Castorex Barji 660 mq ( 60 kapsul), 4 qutu Barji Prosta ( hər birində 60 kapsul), 1 qutu Glibotex 5 (100 həb), 1 qutu Concor 5mg (üzərində 30 həb qeyd olunsada içində 79 həb), 1 qutu Gloripa (üzərində 30 həb qeyd olunsada içində 60 həb), 1 qutu Plavix 75 mq (üzərində 28 həb qeyd olunsada içində 84 həb) dərnan vasitəsi aşkar edilmişdir və bu barədə “yoxlama haqqında” protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X2 qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev ev 26, mənzi 50-dir. Nəzərə alsaq ki, X4 qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi qeydiyyatda olduğu ünvanda müvafiq tədbir görməyərək 2 qutu Glucopnaqe 500 mq (hər birində 100 həb), 5 qutu Zipmet 50/S0Q (hər zirində 30 həb), 1 qutu Glibotex 5 (100 həb), 1 qutu Concor 5 mq (üzərində 30 həb qeyd Zıunsada içində 79 həb), 1 qutu Gloripa (üzərində 30 həb qeyd olunsada içində 60 həb), 1 ədəd qutu Plavix 75 mq (üzərində 28 həb qeyd olunsada içində 84 həb) dərman vasitələrindən, 1 qutu Castorex Barji 660 mq ( 60 kapsul), 4 qutu Barji Prosta (hər birində 60 kapsul) qida əlavələrindən (Azərbaycan Respublikası Ədliiуyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3M6-16/2-6/2247-9/3156 ekspert rəyinə əsasən tədqiqata sərf edilən hər növ predmetdən 1 həb ( və ya kapsul) nəzərə alınaraq 2 qutu Giucophaqe 500 mq (ümumilikdə 199 həb), 5 qutu Zipmet 50/500 (ümumilikdə 149 həb), 1 qutu Glibotex 5 (ümumilikdə 99 həb), 1 qutu Concor 5 mq (ümumilikdə 78 həb), 1 qutu Gloripa (ümumilikdə 59 həb), 1 qutu Plavix 75 mq (ümumilikdə 83 həb) dərman vasitələrindən, 1 qutu Castorex Barji 660 mq ( ümumilikdə 59 kapsul), 4 qutu Barji Prosta (lumilikdə 239 kapsul) qida əlavələrindən) ibarət mallarını bəyan etməməklə hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi X2 qeydiyyatda olduğu ünvanda baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri X2 qeydiyyatda olduğu ünvandır. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş 21 avqust 2024-cü il tarixli, 00100-02238/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1953/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1953/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver