Məhkəmə qərarları › İş №3(009)-1953/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1953/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1953/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, X1 nümayəndəsi və vəkili Qanuni nümayəndə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 23 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, İçərişəhər ərazisində yerləşən Qaynana restoranına baxış keçirən ETSN əməkdaşları texniki vasitəni manqalın bacasına yaxınlaşdırmış və ardınca bildirmişlər ki, baca vasitəsilə tüstünün tərkibində atmosferə atılan zərərli maddələrin miqdar ətraf mühit üçün yol verilə bilən həddən artıqdır. ETSN əməkdaşları həm protokolda, həm də protokol üzrə tərtib edilmiş qərarda baca vasitəsilə tüstünün tərkibində atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilə bilən həddən artıq olmasını irəli sürür və bu əsasla barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul edirlər, ancaq qanunvericiliyimizdə sözügedən hədd müəyyən edilməmişdir. Başqa sözlə, xx.xx.2001 tarixli Atmosfer havasının mühafizəsi haqqında AR qanununun 4.0.2 maddəsinə görə atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddini tərtib və təsdiq etmək dövlətin vəzifəsi olaraq təsbit edilmişdir. xx.xx.2003 tarixli NK qərarı ilə təsdiqlənmiş sözügedən qaydaların 2.2 maddəsinə görə, Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğun olaraq atmosfer havasının keyfiyyətinin ekoloji normativlərini, onların müəyyən edilməsi üsullarını və atmosfer havasının mühafizəsi məqsədi ilə digər ekoloji normativləri Azərbaycan Respublikasının Ekoıugij a və Təuii Sərvətlər Nazirliyi müəyyənləşdirir və tətbiq edir. Lakin bu günə kimi ETSN tərəfindən sözügedən normativ və üsullar müəyyənləşdirilməmişdir. Bununla da nəticə olaraq ETSN əməkdaşlarının yoxlama zamanı xəyali olaraq hansı normativi nəzərdə tutduqları, hansı üsullara istinad etdikləri mücərrəd, qeyri-müəyyən və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Qanuni nümayəndə şikayətdə qeyd edilənlərə uyğun izahat verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, qərardan yuxarı orqana şikayət edilmişdir, araşdırmanın nəticəsini gözləmədən məhkəməyə müraciət edilmişdir. Qərardan verilmiş şikayətə baxılmış və qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alıb şikayətin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib hesab edir ki, X2 şikayəti geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Monitoring İdarəsi tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında protokoldan görünür ki, 17 iyun 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Qaynana” restoranın XKEM-nin əməkdaşları tərəfindən ölçmə işləri aparılmışdır. Ölçmə işləri zamanı atmosferə atılan zərərli maddələrin miqdarı ətraf mühit üçün yol verilə bilən həddən artıqdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Monitoring İdarəsinin 25 iyul 2025-ci il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və X8 Monitorniq İdarəsi tərəfindən Böyük Qala ev 55 mən 1 ünvanında yerləşən “Qaynana” iaşə obyektinin ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativləri ilə bağlı yoxlama aparılmış və məlum olmuşdur ki, restoranda toz tutucu təmizləyici qurğu quraşdırılmışdır. Lakin əraziyə baxış zamanı ərazidə tüstü müşahidə edilirdi. İaşə obyekti fəaliyyətdə olan zaman qarşısında Annat 64M3-03 səyyar cihazı vasitəsilə aparılmış yoxlama zamanı məlum olmuşdur ki, həmin ərazidə CO(dəm qazı) -13.2 mq/m3 (norma 5.0 mq/m3) ətrafda zərərli maddələrin miqdarı təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 23 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan yuxarı orqana şikayət edildiyindən sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 114 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar