Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1954/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 30 sentyabr 2021-ci il tarixli 00100-1808/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Pakistandan 42BZ223/10ZE350 nömrə nişanlı yük avtomobilində GSM/04/2021 nömrəli 16 mart 2021-ci il tarixli invovs sənədi ilə daxil olmuş mallar **********4168 sorğu nömrəli 06 aprel 2021-ci il il tarixli gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük İdarəsində bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş malların rəsmiləsdirilməsinin həyata keçirilməsi üçün gömrük orqanına gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan Azərbaycan Respublikasının X1 müvafiq sertifikatı gömrük orqanına təqdim edilməsinə dair öhdəliyin müddəti bitmiş, lakin, həmin sənəd Şəxs MMC tərəfindən müəyyən edilmiş müddət ərzində gömrük orqanına verilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən 08 aprel 2021-ci il tarixdə gömrük orqanına təqdim edilmiş öhdəlikdə qevd edilmişdir ki, **********4168 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük rəsmiləsdirilməsinə təqdim edilən mallara dair Azərbaycan Respublikasının X1 müvafiq sertifikatı üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edə bilmədikləri üçün həmin sənədin gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 15 gündən gec olmayaraq gömrük orqanına təqdim etməyi öhdəsinə götürür. Beləliklə də, Şəxs MMC-nin ünvanına Pakistandan 42BZ223/10ZE350 nömrə nişanlı yük avtomobilində daxil olmuş və Bakı Bas Gömrük İdarəsində **********4168 sorğu nömrəli 06 aprel 2021-ci il il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan Azərbaycan Respublikasının X1 müvafiq sertifikatı müəyyən edilmiş müddət ərzində gömrük orqanına təqdim edilməmiş və bununla da. Şəxs MMC tərəfindən müvafiq sənədin təqdim edilməsi müddəti pozulmuşdur. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtin olunmuş 10.09.2021-ci il tarixli raportundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Ejas Enterprises11 MMC ünvanına Pakistan İslam Respublikasından 42BZ223/10/ZE350 qeydiyyat nişanlı yük avtomobili ilə daxil olan, BBGİ-də **********4168 saylı sorğu nömrəsi ilə 06.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən qida üçün istifadəyə yararlı duz yükünə X1 müvafiq icazə sertifikatının olmaması səbəbi ilə yükün öhdəlik məktubu ilə götürülməsinə icazə verilmiş, lakin buna baxmayaraq 24/ 24/ 009465 nömrəli öhdəliyin müddəti bitməsinə baxmayaraq işin icrası ilə bağlı heç bir tədbir görülməmişdir. İş materiallarında olan 06.04.2021-ci il tarixli **********4168 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 192 kq qida üçün yararlı yodlaşdırılmış duz idxal edilmişdir. İş materiallarına əlavə edilən 08.04.2021-ci il tarixli öhdəlikdən müəyyən olunur ki, Şəxs MMC tərəfindən **********4168 saylı gömrük bəyənnaməsi ilə rəsmiləşdirilməsinə təqdim edilmiş mallara dair AQTA sertifikat sənədini üzürlü səbəblərə görə gömrük bəyənnaməsi ilə birlikdə təqdim edə bilmədiyi üçün, həmin sənədlər gömrük bəyənnaməsi təsdiq edildiyi gündən 15 gündən gec olmayaraq gömrük orqanına təqdim etməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150.5-ci maddəsinə əsasən ayrı-ayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda, bəyannaməçinin yazılı, o cümlədən elektron formada müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı, o cümlədən elektron formada öhdəlik təqdim edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, araşdırma zamanı Şəxs MMC-nin ünvanına Pakistandan 42BZ223/10ZE350 nömrə nişanlı yük avtomobilində GSM/04/2021 nömrəli 16 mart 2021-ci il tarixli invovs sənədi ilə daxil olmuş mallar **********4168 sorğu nömrəli 06 aprel 2021-ci il il tarixli gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük İdarəsində bəyan edilmiş, sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş malların rəsmiləsdirilməsinin həyata keçirilməsi üçün gömrük orqanına gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan Azərbaycan Respublikasının X1 müvafiq sertifikatı gömrük orqanına təqdim edilməsinə dair öhdəliyin müddəti bitmiş, lakin, həmin sənəd Şəxs MMC tərəfindən müəyyən edilmiş müddət ərzində gömrük orqanına verilməmişdir. "xxxx" MMC tərəfindən 08 aprel 2021-ci il tarixdə gömrük orqanına təqdim edilmiş öhdəliklə **********4168 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük rəsmiləsdirilməsinə təqdim edilən mallara dair Azərbaycan Respublikasının X1 müvafiq sertifikatı üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edə bilmədikləri üçün həmin sənədin gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 15 gündən gec olmayaraq gömrük orqanına təqdim etməyi öhdəsinə götürmüşdür. Beləliklə Ejas Enterprises” MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 493-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1954/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1954/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver