Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1955/2021 02.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-1867/21 saylı, 28.09.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN: **********) Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun 00100/2525 nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməyə görə təqsirli bilinib ilk dəfə inzibati xətanı törətməyə görə təqsirli bilinib ilk dəfə inzibati xəta törətməsi və vurduğu ziyanı tamamilə ödəməsi ilə əlaqədar məsuliyyətdən azad edilmiş, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən, yenidən İran İslam Respublikasından 144 nömrəli 12.08.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə Azərbaycan Respublikasına idxal etdiyi 19750 kq süd və ət məhsulları üçün stabilizələr yükünü 23 avqust 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsindən **********4315 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edərkən bu mallar X1 Mal Nomenklaturasına uyğun olaraq 2106 90 980 0 alt yarım mövqeyində sinifləşdirilməli olmasına baxmayaraq, 2106 90 590 0 alt yarım mövqeyində mövqeyində sinifləşdirməklə ödənilməli olan 65.47 manat idxal rüsumu, 90,35 manat əlavə dəyər vergisindən ibarət olmaqla ümumilikdə az miqdarda, yəni 155,82 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, iş materialına əlavə olunmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertizasının 24.09.2021-ci il tarixli, 9/6726 saylı rəyindən görünür ki, İİR-da istehsal olunmuş, ümumi çəkisi 19750 kq olan “X2 for X3 Add” adlı 25% süd zülalı konsentratı, 50% laktoza, modifikasiya olunmuş buğda nişastası, qida sənayesi üçün yeyilə bilən öküz jelatini əsaslı süd məhsulu olan qatığın hamar və qaymaqlı, rənginin, ləzzətinin, ətrinin və sıx toxunmasının effektliyini artırmaq məqsədilə istifadə olunan (stablizator) qida əlavəsinin 22.08.2021-ci il tarixə 1 kq-nın orta bazar topdan satış qiyməti təxminən 2,25 manat, 19750 kq-nın qiyməti isə 44437,50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi var və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bununla əlaqədar hazırki iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat dövlət hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ödənilməli olan 155,82 (yüz əlli beş manat, səksən iki qəpik) manat gömrük ödənişlərinin yetmiş faizi məbləğində, yəni 109,07 (yüz doqquz manat, yeddi qəpik) manat məbləğində cərimə edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat dövlət hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1955/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1955/2021
02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver