Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1956/2021 29.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 29 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 29 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 11.02.2021-ci il tarixli İD********** nömrəli müraciət əsasında idxal edilmiş qida məhsullarının sertifikatsız satışını həyata keçirmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 29 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC -nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 11.02.2021-ci il tarixli İD********** nömrəli müraciət əsasında idxal edilmiş qida məhsullarının sertifikatsız satışını həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin İD ********** nömrəli, 16.07.2021-ci il tarixli qərardan görünür ki, 23.06.2021-ci il tarixdə X1 İnformasiya sistemindən ərizəçinin şəxsi kabinetinə ödəniş bildirişi göndərilmiş, lakin müvafiq dövlət rüsumunun ödənilməsi barədə qəbz Agentliyə təqdim edilməmişdir. Həmin qərarla Şəxs MMC 11.02.2021-ci il tarixli İD ********** nömrəli müraciəti əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida sertifikatı ləğv edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin Şəxs MMC-yə ünvanlanmış 16.07.2021-ci il tarixli məktubu ilə ölkəyə idxal olunmuş qida məhsulları partiyası barədə 17.08.2021-ci il tarixədək Agentliyin Bakı regional bölməsinə təqdim edilməsi xahiş olunmuşdur. Həmçinin qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və inzibati icraat başlanılacağı barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı 11.02.2021-ci il tarixli İD********** nömrəli müraciət etmiş, Şəxs MMC-yə qanunla nəzərdə tutulan dövlət rüsumunun ödənilməsi üçün 23.06.2021-ci il tarixdə X1 İnformasiya Sistemi üzərindən ərizəçinin şəxsi kabineti üzərindən bildiriş göndərilmiş, lakin ərizəçi dövlət rüsumunun ödənilməsinə dair müvafiq qəbzi Agentliyə təqdim etməmişdir. “Lisenziyalar və icazələr” haqqında Azərbaycan Respublikasının qanununun 19.11-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş dövlət rüsumu ödənilmədiyinə görə 11.02.2021-ci il tarixli İD ********** nömrəli müraciət əsasında idxal edilmiş yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatının ləğvi üçün 16.07.2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmçinin sözügedən məhsulların partiyalarının satılması, istehlakçıya geri qaytarılması və ya anbarda saxlanılması barədə məlumatların əldə edilməsi üçün 16.07.2021-ci il tarixli məktub ünvanlanmış və 17.08.2021-ci il tarixədək Agentliyə bu barədə məlumat verilməsi qeyd olunsa da, Şəxs MMC tərəfindən məktuba cavab ünvanlanmamışdır. Həmçinin məktubda qeyd olunan müddət ərzində quruma məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. “Lisenziya və icazələr” haqqında Azərbaycan Respublikası qanununun 19.11-ci maddəsinə əsasən dövlət rüsumunu və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya və icazə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim edilmədikdə, lisenziya və icazə lisenziya və icazə verən orqan tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 447.0.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1956/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1956/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver