Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1961/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 şikayətinə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayət ərizəsindən şikayətçinin hansı qərardan şikayət verməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, şikayətçi barəsində qəbul edilmiş İXM 211.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbehvermə barədə qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın surətini iş materiallarına əlavə etməmişdir. Göstərilən hal isə, yəni şikayət verilmiş qərarının surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Həmçinin şikayətçi şikayətində 19.10.2020-ci il tarixdə və 06.12.2020-ci il tarixdə barəsində inzibati tənbeh tətbiq olunduğunu qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi inzibati tənbehvermə barədə qərarlar 19.10.2020-ci il, 06.12.2020-ci il tarixlərdə qəbul edilsə də, şikayət məhkəməyə 1 ilə yaxın müddət keçdikdən sonra sonra, yəni 04 oktyabr 2021-ci il tarixdə daxil olmuşdur. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 02.02.2021-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 İXM-nin 211.2-ci maddəsi ilə inzibati tənbehvermə barədə qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1961/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1961/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver