Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1962/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə Mirsahib oğlu və qərarından şikayət olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 24.09.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı 24.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 “X17” MMC-nin Baş direktoru vəzifəsində çalışmışdır. X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən K.İbrahimov haqqında MN ******* nömrəli 24.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərar çıxarılmış, İXM-nin 192.4-cü maddəsi üzrə 1000 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərarın çıxarılmasının əsası kimi “X17” MMC-nin Baş direktorunun sabiq 1-ci müavini X4 “əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanunveriliciliyin tələblərinin pozulması göstərilmişdir”. “X17” MMC-nin keçmiş rəhbərliyinin qanunsuz əməllərə yol verməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cinayət Məcəlləsinin 308.2-ci, 179.4-cü, 178.3.2-ci maddələri ilə cinayət işi başlanmış, təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işinin istintaqı çərçivəsində “X17” MMC-nin 13.284.572 manat pul vəsaitinin mənimsəmə yolu ilə talanması, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulun israf edilməsi faktı ilə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində “X17” MMC-nin Baş direktorunun sabiq 1-ci müavini X6 da təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş və o həbs edilmişdir. “X17” MMC-nin 13.284.572 manat pul vəsaitinin çatışmamazlığını Ç.Həsənov özü etiraf etmişdir. Baş direktorunun 1-ci müavini X6 ilə başlanmış əmək müqaviləsinə əsasən onun əmək funksiyalarına müəssisədə aparılan maliyyə və digər təsərrüfat əməliyyatlarına, onların həyata keçirilməsinə, maliyyə və təsərrüfat əməliyyatları ilə əlaqədar mühasibat uçotunun təşkilinə, hesabatların təqdim edilməsinə nəzarət etmək, məhsulların satışına nəzarət etmək olmuşdur. Lakin onun tərəfindən əmək funksiyalarını və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini lazımı qaydada yerinə yetirmədiyi, nəzarəti lazımı qaydada həyata keçirmədiyi, təşkil etmədiyi, nəticədə Cəmiyyətin xəzinəsində xüsusi ilə külli miqdarda maliyyə vəsaitlərin çatışmamazlığı yarandığı səbəbindən 07 iyul 2021-ci il tarixində “X17” MMC-nin Baş Direktorunun sabiq 1-ci müavini Ç.Həsənov ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Ç.Həsənovla Tam maddi məsuliyyət haqqında Müqavilə də imzalanmışdır. Ç.Həsənovun hərəkətləri və şirkətə vurulmuş ziyan ilə bağlı tərəflər arasında əmək mübahisəsi vardır və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istindaqın davam edildiyini qeyd etmişdir. Göstərilən xüsusatlar X-Y-0281 saylı, 31.08.2021-ci il tarixli məktubla DƏMX-nin BŞİ-nə bildirilmiş, bu faktlar nəzərə alınmadan Kamal İbrahimovun barəsində qanunsuz və əsassız qərarın çıxarıldığını bildirərək, “X17” MMC-nin Baş direktoru X3 oğlunun barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin 24.09.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini və X3 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə Mirsahib oğlu şikayəti müdafiə edərək, “X17” MMC-nin baş direktoru X1 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin 24.09.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X7 qərarı müdafiə edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, 24.09.2021-ci il tarixli qərarının surətindən görünür ki, X3 tərəfindən işçinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Nəticədə, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş 07.07.2021-ci il tarixli orderdən görünür ki, X6 barəsində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 318.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş nağd pul vəsaitlərinin çatışmazlığı haqqında “X17” MMC-nin Baş direktoru X6, Baş müsahibi X5, kassiri (xəzinədrı) X8 tərəfindən təsdiq olunmuş 23.02.2021-ci il tarixli aktdan görünür ki, haqqında “X17” MMC-nin müşahidə şurasının sədri X9 tərəfindən 01.01.2017-ci il tarixdən 29.01.2021-ci il tarixədək olan dövrdə, hissə-hissə olmaqla, ümumilikdə 13.284.572,00 manat məbləğində nəğd pul götürülmüşdür və hazırda 23.02.2021-ci il tarixində “X17” MMC-nin kassasında 13.284.572,00 manat məbləğində nəğd pul vəsaiti çatışmır. İş materiallarına əlavə edilmiş 07.07.2021-ci il tarixli, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X1 əmək müqaviləsinə 07.07.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinin “ğ” bəndinə əsasən, işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü məddəsinə əsasən, İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui- istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Beləliklə, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Belə ki, işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkibini yaratmır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 24.09.2021-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 24 sentyabr 2021-ci il tarixli MN ******* saylı qərarı ləğv edilsin və və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1962/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1962/2021
28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver