Məhkəmə qərarları › İş №3(009)-1962/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1962/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1962/2025 15.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4, Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X10 nümayəndələri X12 və X3 iştirakları ilə, Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X15 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 539.3-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 539.3-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 25 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində həmin İdarə ilə X8 arasında xx.xx.2025-ci il-xx.xx.2025-ci il tarixinədək obyektlərim mühafizəsi vəzifəsi üzrə əmək münasibətlərinin yaranmasına baxmayaraq, həmin münasibətlər AR ƏM-nin 7-ci maddəsinin tələbləri pozularaq mülki hüquqi müqavilə ilə rəsmiləşdirilmiş və əmək müqaviləsi bağlanmamışdır. Həmçinin Z.Kərimovun şikayəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən İçərişəhər DTMQİnin işəgötürəninə 3-17-5/2-52006/2025 tarixli xx.xx.2025-ci il tarixli məktubda sənədlərin 7 iş günü ərzində tam və düzgün təqdim olunması DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tələb olunsa da tam təqdim edilməmişdir. Nəticədə Şəxs DTMQİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati protokol tərtib olunmuş Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X13 nümayəndəsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, belə ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri məhz Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi əsasında müəyyən edilə bilər. Müfəttişlik tərəfindən tərtib edilmiş 25 iyul 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda qeyd edilir ki, İdarə ilə X8 arasında xx.xx.2025-xx.xx.2025- ci il tarixinədək “obyektlərin mühafizəsi” (digər xidmətedici) vəzifəsi üzrə əmək münasibətlərinin yaranmasına baxmayaraq, həmin münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbləri pozulmaqla mülki-hüquqi müqavilə ilə rəsmiləşdirilmiş və əmək müqaviləsi bağlanılmamışdır. Əmək Məcəlləsinin 7ci maddəsinin 2-4-cü hissəsində həmin Məcəllənin 2-3-cü hissəsində nəzərdə tutulmuş hallardan biri aşkar edildikdə əmək müqaviləsinin bağlanmalı olduğu müəyyən olunmuşdur. Lakin Müfəttişlik tərəfindən Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində nəzərdə tı t Jİan hallardan hansının və ya hansılarının konkret olaraq mövcud olduğu qeyd olunmamışdır və sübut edilməmişdir. Həmin hallardan 2-3.4-cü maddədə nəzərdə tutulan “tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi” ilə bağlı halın olması iddia edilə bilərdi ki, İdarənin fəaliyyət istiqamətləri Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2017-ci il tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”nin 2-ci hissəsində müəyyən olunmuşdur və həmin istiqamətlər arasında mühafizə fəaliyyəti mövcud deyildir. Bununla belə Nizamnamədə qoruqlar ərazisində qorunan tarix və mədəniyyət abidələri ilə əlaqədar “mühafizə” “mühafizə zonalarının müəyyən edilməsi” və digər oxşar ifadələr istifadə olunur ki, bu da “mühafizəçi” tərəfindən yerinə yetirilən mühafizə fəaliyyətini deyil, qoruqlar ərazisində müxtəlif inşaat, təmir-bərpa işlərinin aparılması, habelə abidələr üzərində təmir, rekonstruksiya, regenerasiya tipli işlərlə bağlı mühafizəni ehtiva edir (Nizamnamənin 3.1.3-3.1.6-cı bəndləri). (2) Əmək Məcəlləsinin 6cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə həmin Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Qeyd olunan müqavilələrin xüsusiyyətləri əmək müqaviləsinin xüsusiyyətləri ilə oxşarlıq təşkil ediyi üçün belə hallarla bağlı yaranan mübahisələrin həllində problemlər yarandığı üçün Əmək Məcəlləsinin 7-ci maddəsinə 2-3-cü və 2-4-cü hissələr əlavə edilməklə belə münasibətlərin hansı hallarda əmək münasibətləri olduğunu müəyyən etməyə imkan verən meyarlar təsbit olunmuşdur. Yəni mülki-hüquqi müqavilələr əsasında qurulmuş münasibətlər hər bir halda əmək münasibəti hesab oluna bilməz və belə münasibətlərin əmək münasibəti olması məhz Məcəllənin 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən müəyyən olunmalıdır. Lakin hazırkı halda həmin meyarlardan heç biri mövcud deyildir, mövcudluğu sübut edilmir və inzibati xəta haqqında protokolda konkret olaraq hansı meyarın olduğu qeyd edilməyib. Əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarına əsasən, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində nəzərdə tutulan hallarda yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması həmin Qərarda nəzərdə tutulmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq, məhkəmələr tərəfindən müəyyən edilməlidir. Belə ki, adıçəkiln Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, hazırkı inzibati xəta haqqında iş üzrə icraatın predmeti olan münasibəti əmək münasibəti yoxsa mülki münasibət olmasını yalnız məhkəmə müəyyən edə bilər. Lakin hazırkı halda hər hansı məhkəmə qərarı olmadan Müfəttişlik tərəfindən bu münasibət birbaşa əmək münasibəti kimi qiymətləndirilmiş, həm İdarə, həm də X6 sədri barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında müəyyən olunmuş hüquqi mövqe nəzərə alınmamışdır. Həmçinin 11 avqust 2025-ci il tarixində Müfəttişlik tərəfindən İdarə Heyətinin sədri Rüfət Mahmud barəsində tərtib edilmiş protokol əsasında işə baxılaraq, məhkəmənin qərarı gözlənilmədən İXM-in 192.1 -ci maddəsi ürzrə inzibati tənbeh tətbiq edilməsi haqqında qərar verilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli Orrarında qeyd olunur ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma kimi X1 “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-cil 2 aprel tarixində daxil edilmişdir və həmin Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Yuxarıda qeyd edilənlərdən də aydın olduğu kimi hazırkı halda məcburi dövlət sosial ödənişlərindən yayınmaq məqsədilə əmək münasibətlərinin pərdələnməsi vəziyyəti mövcud deyildir. 2025-ci ildə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmadığı üçün ştatdankənar vəzifədə olan Zaur Kərimovla əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilmiş və müvəqqəti zərurətlə əlaqədar mülki- hüquqi müqavilə əsasında xidmət alınmışdır. Xidmət müqaviləsinin bağlanmasının səbəbi İdarənin ştatında boş yerin olmaması və dövlət büdcəsindən ştatdankənar əmək müqaviləsi əsasında işə götürülən işçilər üçün əvvəlki illər üçün vəsait ayrılsa da, 2025-ci il üçün maliyyə vəsaitinin ayrılmaması olmuşdur. Yəni burada hər hansı əmək münasibətinin pərdələnməsi məqsədi olmamışdır. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2017-ci il tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”nin 5.2-ci bəndinə əsasən, İdarənin əmlakının əsas mənbəyi təsisçi tərəfindən verilən əmlak və dövlət büdcəsindən ayrılan vəsaitdir. Publik hüquqi şəxslərə dövlət büdcəsindən vəsaitin ayrılması Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli 901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası” (Qayda) ilə tənzimlənir. Həmin Qaydanın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, publik hüquqi şəxslərə dövlət büdcəsindən maliyyə vəsaiti dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün ödənilir və təyinatlı tədbirlər dedikdə dövlət sifarişi əsasında publik hüquqi şəxslərin nizamnamələrinə uyğun olaraq həyata keçirdikləri işlər, layihələr, xidmətlər, proqramlar və s. başa düşülür. Qaydanın 2.1-2.3-cü bəndlərinə uyğun olaraq, vəsaitin ayrılması üçün publik hüquqi şəxslə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunan müqavilə bağlanılır və həmin müqavilədə X13 həyata keçirəcəyi təyinatlı tədbirlərin dairəsi qeyd olunur. Müfəttişlik tərəfindən artıq iş materialı kimi məhkəməyə təqdim edilmiş 2025-ci il üzrə dövlət büdcəsindən İdarəyə maliyyə vəsaitinin ayrılması ilə bağlı İdarə ilə Maliyyə Nazirliyi arasında bağlanmış Müqavilənin 1.2-ci və 2.2.1 -ci bəndlərindən də göründüyü kimi həmin müqavilə üzrə ümumilikdə 7 033 898 (yeddi milyon otuz üç min səkkiz yüz doxsan səkkiz min) manat məbləğində vəsait ayrılmaqla, bu vəsaitin yönləndiriləcəyi dövlət sifarişi olan təyinatlı tədbirlərin dairəsi və ayrılan vəsaitin həmin tədbirlər üzrə bölgüsü Müqavilənin 1 nömrəli Əlavəsində müəyyən olunmuşdur. 1 nömrəli Əlavədə nəzərdə tutulan cədvəlin 1 -ci bölməsində İdarənin tabeliyində olan 7 qurum üzrə tədbirlər və həmin tədbirlərə görə əməyin ödənişi məbləği nəzərdə tutulmuşdur. İdarənin Aparatı üzrə isə (hansı ki, Zaur Kərimov 01 fevral 2025-ci il tarixinədək Aparatda ştatdankənar mütəxəssis vəzifəsində işləmişdir) cədvəlin 3-cü bölməsində tədbirlər və onların həyata keçirilməsi üçün insan resurslarının ştat işçiləri üçün (191 ştat vahidi üzrə) 2 719 703 (iki milyon yeddi yüz on doqquz min yeddi yüz üç) manat məbləğdə əməyin ödənişi xərcləri (əməyin ödənişi fondu) nəzərdə tutulmuşdur. Cədvəlin 3-cü bölməsinin “Gözlənilən nəticə” sütunundan da göründüyü kimi həmin məbləğ daxilində “Sair xərclər” kimi “mülki-hüquqi müqavilə əsasında cəlb olunan işçi 80 vahid - əməyin ödənişi fondu 270 720 (iki yüz yetmiş min yeddi yüz iyirmi) manat” ayrılmışdır. Müqayisə üçün 2024-cü il üzrə dövlət büdcəsindən İdarəyə maliyyə vəsaitinin ayrılması ilə bağlı İdarə ilə Maliyyə Nazirliyi arasında bağlanmış Müqavilənin (əlavə olunur) 1.2-ci və 2.2.1-ci bəndlərinə əsasən, ümumilikdə 9 378 785 (doqquz milyon üç yüz yetmiş səkkiz min yeddi yüz səksən beş) manat məbləğində vəsait ayrılmış və bu vəsaitin məqsədli təyinatı və bölgüsü müqaviləyə 1 nömrəli Əlavədə müəyyən olunmuşdur. 1 nömrəli Əlavənin 2-ci bölməsindən də göründüyü kimi İdarənin Aparatına ümumilikdə 4 870 000 (dörd milyon səkkiz yüz yetmiş min) manat ayrılmış və “Gözlənilən nəticə” sütununun sonuncu abzasına əsasən, “İdarənin insan resurslarının (ştat sayı 190 vahid və müqavilə əsasında (əmək və mülki-hüquqi) cəlb olunan işçi 133 nəfər clmaqla əməyin ödənişi xərcləri - 3 614 307 (üç milyon altı yüz on dörd min üç yüz yeddi) manat) saxlanılması” xərc istiqaməti üzrə vəsait ayrılmışdır. Yuxarıda qeyd olunan hər iki büdcə ili üzrə ayrılmış vəsaitlərin məbləğinin müqayisəsindən də görünür ki, 2025-ci il üzrə İdarənin Aparatına əməyin ödənişi fondu üzrə 2024-cü ildəkindən 894 604 (səkkiz yüz doxsan dörd min altı yüz dörd) manat az vəsait ayrılmışdır. Həmçinin 2025-ci il üzrə dövlət büdcəsindən əməyin ödənişi fondu üzrə vəsait ayrılan ştatdankənar, müqavilə əsasında işləyən işçilərin də sayı 53 üç nəfər az olmuşdur və yalnız “mülki-hüquqi müqavilə əsasında cəlb olunan işçi 80 vahid” üçün vəsait ayrılmışdır. Beləliklə, İdarə tərəfindən Zaur Kərimovun xidməti müqavilə əsasında xidmətlərin göstərilməsinə cəlb olunması məcburi zərurətdən irəli gəlmişdir və əmək münasibətlərinin pərdələnməsi məqsədini daşımamışdır. İXM-in 101.1-ci və 101.2-ci maddələrinə əsasən, inzibatı xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir və ya işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Zaur Kərimov 12 may 2025-ci il tarixli ərizə ilə Müfəttişliyə müraciət etmişdir. Bu zaman Müfəttişlik ərizəyə uyğun olaraq X2 Sitemi vasitəsilə 1 fervral 2025- ci il tarixindən 1 may 2025-ci il tarixinədək olan dövr üçün onunla əmək müqaviləsinin bağlanmadığını müəyyən etmişdir. Daha sonra İdarədən müvafiq mülki-hüquqi müqavilənin təqdim edilməsini tələb etmişdir. Həmin müqavilə də daxil olmaqla Müfəttişliyin tələb etdiyi sənədlər 17 iyul 2025-ci il tarixli 7-2/2-316/2025-ci il tarixli məktubla (elektron sənəd dövriyyəsi sistemində məktub göndərilərkən həmin gün çatdırılır) təqdim edilmişdir. Yəni inzibati xətanın aşkar olunma tarixi ən geci 17 iyul 2025-ci il tarixi hesab oluna bilərdi ki, Müfəttişlik tərəfindən inzibati xəta haqqında protokol həmin tarixdən dərhal sonra və ya 2 gün ərzində deyil, bu müddəti ötürməklə 25 iyul 2025-ci il tarixində tərtib edilmişdir. Beləliklə İXM-in 101-ci maddəsinin tələbləri poulmuşdur. Qeyd edilənlərə əsasən, inzibati xətalar barədə prosessual normaların pozulmasına görə həmin protokol əsasında İdarəyə və X6 sədri Rüfət Mahmuda inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Həmçinin İXM-in 18.2-ci maddəsinin müddəalarını nəzərə alaraq, İdarənin hüquqi şəxsi təmsil etmək və adından qərar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxsi olan İdarə Heyətinin hazırkı sədri Rüfət Mahmud Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2025- ci il tarixli 483 nömrəli Sərəncamı ilə vəzifəyə təyin edilmişdir. X6 əvvəlki sədri Şahin Seyidzadə isə Azərbaycan Respublikası Prezidenti.ıin 23 sentyabr 2024-cü il tarixli 300 nömrəli Sərəncamı ilə vəzifəsindən azad olunmuşdur. Belə ki, qeyd edilən tarixlər aralığında İdarənin (hüquqi şəxsin) qanuni təmsilçi səlahiyyətinə malik vəzifəli şəxsi olmamış və idarəetmə müvəqqəti olaraq Aparat rəhbəri İntiqam Babayev tərəfindən həyata keçirilmişdir. Bu halda X11 rəhbəri kimi İdarənin vəzifəli şəxsi olsa da, İdarənin hüquqi şəxsi təmsil etmək və adından qərar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxsi olan İdarə Heyətinin sədrinə münasibətdə isə işçi kimi çıxış etmişdir. Belə ki, İXM-in 18.2.4-cü maddəsinə uyğun olaraq, inzibati xəta həmin Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədildiyi halda hüquqi şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Belən olan halda İXM-in 18.2.4-cü maddəsinin ümumi tərkib əlaməti kimi müəyyən etdiyi tələb mövcud olmur. Bu məsələ ilə əlaqədar qeyd edirik ki, eyni əmələ görə Müfəttişlik tərəfindən həm İdarənin keçmiş Aparat rəhbəri İntiqam Babayev, həm də nazırkı İdarə Heyəti sədri Rüfət Mahmud barəsində İXM-in 192.1 -ci maddəsi üzrə protokol tərtib edilmişdir. Lakin qurumun rəhbəri kimi İdarə Heyətinin hazırkı sədri fəaliyyətinə yeni başlamışdır və İdarənin 400-dən artıq əməkdaşı olmaqla fəaliyyət sahəsinin geniş olması nəzərə alınmaqla bu qədər qısa zaman ərzində İdarənin fəaliyyətindəki uyğunsuzluqların nəzarət qaydasında aşkar edilərək aradan qaldırılması qeyri-mümkündür. Digər tərəfdən hazırda mövcud olan vəziyyətdə dövlət büdcəsindən müvafiq vəsaitin ayrılmaması və Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2017-ci il tarixli 1573 nömrəli Fərmanının 4.2-ci bəndinə uyğun olaraq, İdarənin strukturunun, işçilərinin say həddinin və aylıq vəzifə maaşlarının təsdiq edilmsi səlahiyyətlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsus olması səbəbindən İdarənin fəaliyyəti ilə bağlı mövcud problemlərin nəzarətə götürülməsi və həlli zaman tələb edir. Bu baxımdan İdarə Heyəti sədrinin vəzifəyə yeni təyin olunduğu və Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində tənzimləmənin və nəzarətin həyata keçirilməsi ilə bağlı İdarənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər gördüyü də nəzərə alınmalıdır. Həmçinin Müfəttişlik tərəfindən İXM-in 192.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətaya (bir əmələ) görə həm keçmiş Aparat rəhbərinə, həm də hazırkı idarə Heyəti sədrinə inzibati tənbeh tətbiq etməsi qanunsuzdur. Müfəttişlik tərəfindən eləcə də həm İdarə, həm də İdarə Heyətinin sədri Rüfət Mahmud barəsində İXM-in 539.3-cü maddəsi üzrə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimafın 118-ci bəndinə əsasən, sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarəti təşkilatların, struktur bölmələrinin rəhbərləri həyata keçirirlər. İXM-in 18.2.4-cü maddəsinə uyğun olaraq, inzibati xəta həmin Məcəllənin 18.2.1- 18.2.3- cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədildiyi halda hüquqi şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Hazırkı halda Müfəttişlikdən daxil olan məktub elektron sənəd dövriyyəsi vasitəsilə icra üçün İdarənin müvafiq struktur bölməsinə yönləndirilir və müvafiq struktur bölmə rəhbəri həmin struktur bölmə daxilində sənədin yekun icraçısını təyin etməklə onun tərəfindən sənədin icrasına nəzarət edir. Beləliklə, sənədin icrasına nəzarət vəzifəsi adıçəkilən normativ hüquqi aktla struktur bölmə rəhbərinə həvalə edildiyi üçün hazırkı iş üzrə məlumatların (sənədlərin) tam təqdim edilməməsi əməli inzibati xəta olsa belə bu əməl İdarə Heyətinin sədrinin deyil, müvafiq struktur bölmə rəhbərinin öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsidir. Qeyd olunanlara əsasən, sözügedən inzibati xəta əlamətləri olan məlumatın tam təqdim olunması vəzifəsinin icrasına nəzarət etməli olan şəxsin İdarənin hüquqi şəxsi təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan İdarə Heyətinin sədri Rüfət Mahmud olmadığını nəzərə alaraq, hazırkı iş üzrə İdarə İXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Digər tərəfdən, tərtib olunmuş protokoldan da göründüyü kimi məlumatların təqdim edilməsi barədə Müfəttişliyin 10 iyun 2025-ci il tarixli məktubu üzrə məlumatların tam təqdim edilmədiyi bildirilir. Həmin məktubda məlumatların 7 iş günü arzində təqdim edilməli olduğu qeyd olunmuşdur. Baxmayaraq ki, məlumatlar elektron sənəd dövriyyəsi sistemi vasitəsilə 17 iyul 2025-ci il tarixli 7-2/2-316/2025-ci il tarixli məktubla (elektron sənəd dövriyyəsi sistemində məktub göndərilərkən həmin gün çatdırılır) gec təqdim edilmişdir, Müfəttişliyin inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirakla bağlı 22 iyul 2025-ci il tarixli 3-17-5/2- 64778/2025 nömrəli məktubu İdarəyə daxil olduqdan sonra məlumatların Müfəttişliyə çatmadığı məlum olmuş və həmin məlumatlar 22 iyul 2025-ci il tarixində elektron poçt vasitəsilə Müfəttişliyə yenidən təqdim edilmişdir. Məlumatların 22 iyul 2025-ci il tarixində təqdim edilməsinə baxmayaraq, məhkəməyə təqdim olunmuş materiallardan da göründüyü kimi Müfəttişlik 25 iyul 2025-ci il tarixində saat 9:18-də məlumatların tam təqdim edilməsi barədə elektron poçtla bildiriş ünvanlamış, lakin həmin bildirişdə tam təqdim olunmanın ağlabatan müddəti müəyyən olunmamışdır. Daha sonra isə elə həmin gün saat 14:00 radələrində protokol tərtib olunmuşdur. Belə ki, Müfəttişlik İXM-in 539.3-cü maduəsi üzrə protokol tərtib edərkən məhz məlumatların təqdim edilməsi barədə idarəyə ünvanladığı 10 iyun 2025-ci il tarixli 3-17- 5/2-52006/2025 nömrəli məktubu əsas götürmüşdür. İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibinin 4 əlaməti müəyyən edilmişdir: Məlumatların (sənədlərin) təqdim edilməməsi; Məlumatların (sənədlərin) tam təqdim edilməməsi; Məlumatların (sənədlərin) düzgün təqdim edilməməsi; Məlumatların (sənədlərin) vaxtında təqdim edilməməsi. İXM-in 101.1 -ci və 101.2-ci maddələrinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir və ya işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 10 iyun 2025-ci il tarixli 3-17-5/2-52006/2025 nömrəli məktubun elektron sənəd dövriyyəsi sistemi vasitəsilə təqdim edildiyini nəzərə alaraq, həmin məktubda məlumatların təqdim edilməsi üçün müəyyən olnumuş 7 iş günü müddəti 19 iyun 2025-ci il tarixində tamamlanmışdır. Bu halda 20 iyun 2025-ci il tarixində inzibati xəta törədilmiş və aşkar olunmuş olur ki, Müfəttişlik yuxarıda göstərilən tərkib əlamətlərindən məlumatların (sənədlərin) təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi əsası ilə dərhal və ya 2 gün ərzində protokol tərtib edə bilərdi. Lakin müvafiq məlumatlar 17 iyul 2025-ci il tarixli 7-2/2-316/2025-ci il tarixli məktubla təqdim edilsə də, Müfəttişliyin 22 iyul 2025-ci il tarixli 3-17-5/2-64778/2025 nömrəli məktubundan göründüyü kimi məlumatların təqdim edilmədiyi qeyd edilir və buna görə İdarə 25 iyul 2025-ci il tarixində saat 14:00-da protokolun tərtib ediln isində iştiraka dəvət edilir. Yəni İXM-in 539.3-cü maddəsi üzrə protokolun məhz məlumatların təqdim edilməməsi əsası ilə tərtib olunması nəzərdə tutulmuşdur. Daha sonra İdarə tərəfindən 22 iyul 2025-ci il tarixli 3-17-5/2-64778/2025 nömrəli məktub alındığı üçün 17 iyul 2025-ci il tarixli 7-2/2-316/2025-ci il tarixli məktub və ona əlavə olunmuş sənədlər 22 iyul 2025-ci il tarixində yenidən elektron poçt vasitəsilə təqdim edilir. Belə olan halda tam təqdim edilməmə faktının özü belə 17 iyulda baş vermiş, daha sonra isə 22 iyulda təkrar baş vermişdir. Buna baxmayaraq, Müfəttişlik elektron poçtla təqdim edilmiş məlumatların tam olmaması barədə 25 iyul 2025-ci il tarixində elektron məktub göndərmiş və elə həmin gün bir neçə saat sonra protokol tərtib etmişdir. Lakin həmin elektron məktubda belə çatışmayan sənədlərin təqdim edilməsi tələb olunur və bunun üçün heç bir müddət qoyulmur. Beləliklə, Müfəttişlik İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətlərinin hamısı üzrə protokol tərtib etmə müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17,18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 12 yanvar 2023-cü il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyə əsasən, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh tətbiq edilməsi üçün İXM-in 3-cü maddəsində sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zəruridir. Təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığı üçün onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir və hüquqi şəxsin təqsiri inzibati xətanın səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqəlidir. İXM-in 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1- 18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Həmçinin, həmin Məcəllənin 75-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (Məcəllənin 84.1 -ci maddəsi). Bu baxımdan, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifəiəri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib- keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Məhkəmə tərəflərin nümayəndələrini və şahidləri dinləyib, inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 539.3-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 539.3-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış 17 iyul 2025-ci il tarixli 7-2/2-316/2025 saylı məktubundan görünür ki, Zaur Kərimov xx.xx.2020-ci tarixindən xx.xx.2025-ci il tarixinədək Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X13 ərazinin mühafizəsi sektorunda ştatdankənar mütəxəssis vəzifəsində əmək müqaviləsinə əsasən çalışmışdır. Zaur Kərimovun əmək müqaviləsi ilə işlədiyi dövr ərzində məzuniyyət hüququndan istifadəm etməsi cədvəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X15 tərəfindən əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab edir ki Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X15 tərəfindən işçi ilə əmək müqaviləsi bağlanmamasına dair pozuntuya yol verilməsi aşkar edilmədiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 539.3-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlməmiş Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X15 barəsində haqlı olmayaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X9 protokolda qeyd edilənlərə uyğun izahat verərək Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X13 barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X10 nümayəndələri X12 və X7 etiraza uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələbinə əsasən, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk öncə qeyd edir ki hər hansı bir inzibati məsuliyyətin yaranması üçün törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi X13 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 539.3cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 539.3-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 539.3-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar