Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1966/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi ilə, xx xxxx 1995-ci il tarixdə Zərdab rayonu, Şıxbağı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu, Bağbanlar ərazi dairəsi, Saybalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 05 avqust 2025-ci il tarixli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair 02 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Bakı Şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkonvik-leytenantı Pərviz Mustafayevin 28 aprel 2025-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 02 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə təxminən saat 23:55 radələrində etibarnamə və “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “MERSEDES BENZ E 240” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi Salyan yolu ilə üzü Qaradağ rayonu istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olan zaman həmin yolda yerləşən Jurnalistlər binasının qarşısında onunla eyni istiqamətdə qarşıda ikinci zolaqla hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Chevrolet Malibu” minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında dayanıb gözləyən anda məsafə yaxın olduğundan birincinin idarə etdiyi avtomobilin ön hissəsi ikincinin avtomobilinin arxa hissəsinə dəyib toqquşmuş və toqquşmanın təsirindən “Chevrolet Malibu” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və sərnişin qismində avtomobildə olan həyat yoldaşı Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədilmişdir. Bu barədə Şəxs barəsində Bakı Şəhəri Səbail Rayon Polis Şöbəsi tərəfindən 02 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Səbail rayon DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkonvik-leytenantı Pərviz Mustafayev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuş, hadisəni törətmiş sürücü Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış material icra edilməsi üçün aidiyyatı üzrə Səbail RPİ-nin DYPŞ-nin vasitəsilə Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında 02 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:55-də radələrində İXM-nin 327.8-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarı ilə həmçinin müəyyən edilir ki, Səbail RPİ-nin TŞdə toplanmış HK-1/141 nömrəli rədd materialında olan Azərbaycan Respublikası Məhkəmə tibbi ekspertizasının Səhiyyə Nazirliyi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin 01 aprel 2025-ci il tarixli 126 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş tibbi sənəddə xəsarət kimi qeyd olunan “başın səthi travması onurğanın döş şöbəsinin bağ aparatının gərilməsi, zədələnməsi, qarının beldən aşağı şöbəsinin bağ aparatının gərilməsi zədələnməsi”diaqnozu bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixli avtomobil travması, o cümlədən avtomobillərin toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aiddir. Məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarı ilə həmçinin müəyyən edilir ki, Səbail RPİ-nin TŞdə toplanmış HK-1/141 nömrəli rədd materialında olan Azərbaycan Respublikası Məhkəmə tibbi ekspertizasının Səhiyyə Nazirliyi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin 14 aprel 2025-ci il tarixli 158 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 adına tərtib olunmuş tibbi sənəddə xəsarət kimi qeyd olunan “bel nayihəsində ağrılar və hərəkət məhdudluğu ilə müşayiət olunan” diaqnozu bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixli avtomobil travması, o cümlədən avtomobillərin toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aiddir. Məhkəmə inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə təxminən saat 23:55 radələrində etibarnamə və “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Mersedes Benz E240” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi Salyan yolu ilə üzü Qaradağ rayonu istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olan zaman həmin yolda yerləşən Jurnalistlər binasının qarşısında onunla eyni istiqamətdə qarşıda ikinci zolaqla hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Chevrolet Malibu” minik markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında dayanıb gözləyən anda məsafə yaxın olduğundan birincinin idarə etdiyi avtomobilin ön hissəsi ikincinin avtomobilinin arxa hissəsinə dəyib toqquşmuş və toqquşmanın təsirindən “Chevrolet Malibu” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və sərnişin qismində avtomobildə olan həyat yoldaşı Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törənmişdir. Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkonvik-leytenantı Pərviz Mustafayevin 28 aprel 2025-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd edilənlərə əsasən məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Şəxs 27 mart 2025-ci il tarixədə inzibati xətanı törətmiş, müvafiq təhqiqat aparılmış, Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkonvikleytenantı Pərviz Mustafayevin 28 aprel 2025-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd olunmuş, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edildikdən 03 ay 08 gün sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur.(05 avqust 2025-ci il tarixdə). Araşdırılma nəticəsində inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsi müəyyən edilməmiş, işə məhkəmədə baxılan zaman artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibatı xətanın törədilməsində təqsirli olsa da, cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edildiyi 28 aprel 2025-ci il tarixədən üç aydan artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1966/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1966/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver