Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1968/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Afər qızının katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 19 avqust 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi qaydada taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 sentyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, 30.08.2021-ci il tarixdə saat 08:50 radələrində sürücü Şəxs "xxxx" MMC-yə məxsus olan və yol vərəqəsi ilə idarə etdiyi “Renault Megane” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi ilə X4 istiqamətində hərəkətdə olarkən A.Quliyev küçəsi 13 ünvanında, yaşayış zonasında yolun hərəkət hissəsini keçən piyada X2 vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, "xxxx" MMC-yə məxsus olan avtomobillə “Uber” şirkətindən qeydiyyatdan keçib, taksi sürücüsü kimi fəaliyyət göstərir. 30.08.2021-ci il tarixdə saat 08:50 radələrində "xxxx" MMC-yə məxsus olan və yol vərəqəsi ilə idarə etdiyi “Renault Megane” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi ilə X4 istiqamətində hərəkətdə olarkən bir qadın yolun sağında saxlanılmış avtomobillərin arasından qəflətən yola çıxmış və avtomobilinin sağ yan güzgüsünə dəyib yerə yıxılmışdır. O, avtomobili bir qədər qarşıda saxlayıb, yerə yıxılmış həmin qıza yaxınlaşmış və onu ayağa qaldırıb səkiyə çıxartmış, sonra ona su verib, kömək etməyə çalışmışdır. Həmin vaxt ora vətəndaşlar yığışmış, sonra bir nəfər yaşlı, ağsaçlı kişi hadisə yerinə gəlib həmin qadını yaxınlıqdakı binaya aparmışdır. O, onların arxasınca gedib, həmin kişiyə hadisənin onun avtomobili ilə baş verdiyini dedikdə həmin kişi “çıx get, heç nəyin lazım deyil” deyə bildirmişdir. Bundan sonra 0, öz avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmışdır. Hadisə Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsində, həmin qadının yaşadığı binanın qarşısındakı yolda baş vermiş, o, idarə etdiyi avtomobilin sağ yan güzgüsü ilə piyadanı vurmuşdur. Həmin yol dar olduğuna və əks istiqamətdə başqa avtomobil hərəkətdə olduğuna görə, həmin vaxt avtomobilinin sürəti 15 km/saatdan artıq olmamışdır. Piyada yolun sağında park edilmiş avtomobillərin arasından qəflətən yola çıxmışdır. Piyada onun avtomobiliin hərəkət istiqaməti üzrə yolu sağdan sola keçmiş, lakin onun qaçaraq və ya orta yerişlə çıxdığını görməmişdir. Təhlükəni piyada avtomobilinin sağ yan güzgüsünə dəyəndə gələn taqqıltı səsi zamanı hiss etmiş, həmin an dərhal tormoz əyləcindən istifadə etməklə avtomobili dayandırsa da, artıq hadisə baş vermişdir. Yaşlı kişi onunla danışmaq istəməmiş və çıxıb getməsini demişdir. Həmin vaxt onların arxası ilə yaşadıqları binanın həyətinə kimi getmiş, lakin kişi onu qovduğundan, hadisədən sonra özü barədə məlumatları heç kimə bildirməmişdir. O, həmin qadının başının arxasının qanlı olduğunu görmüşdür. Həmin vaxt orada olan vətəndaşlardan kimsə təcili yardıma zəng etdiyini demiş, lakin o, hadisənin şokundan özünü itirdiyi üçün təcili tibbi yardıma zəng etməmiş və hadisə barədə polisə məlumat vermədən hadisə yerini tərk etmişdir. Avtomobili idarə edən zaman spirtli içki qəbul etməmişdir. Şəxs əməldən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqqında iş üzrə yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, 30.08.2021-ci il tarixdə saat 08:50 radələrində yaşadığı Səbail rayonu, A.Quliyev küçəsi, ev 13 saylı binanın qarşısında yolu keçən zaman naməlum avtomobil onu vurmuş, o, avtomobilin kapotunun üstünə, sonra yerə yıxılmışdır. Avtomobilin sürücüsü həmin yerdə avtomobili dayandırmiş və ona yaxınlaşıb “Qorxma, qorxma, heç nə olmayıb”,-deyərək, onu ayağa qaldırmış və səkinin üzərinə qoyub, getmişdir. Həmin vaxt o, səkinin üstünə qusmuş və huşunu itirmişdir. Ayılan zaman qaynatası Nurəddin artıq yanında olmuş və onu evə aparmışdır. Qaynatası onu təcili yardım stansiyasına, oradan isə təcili yardım maşını ilə xəstəxanya aparmışlar. Xəstəxanada müayinə edilmiş və tibbi yardım göstərilb, evə buraxmışdır. Səbinə Nəciyeva qeyd etmişdir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi 13 saylı binanın qarşısındakı avtomobil yolunda baş vermişdir. Avtomobil qabaq sağ hissəsi ilə onun sol tərəfindən vurmuş, o avtomobilin kapotunun üstünə, sonra yerə yıxılmışdır. Hadisə zamanı sol diz nahiyəsindən, sol qolundan, alın nahiyəsindən, sol qolunun dirsəkdən yuxarı hissəsindən və başının sol tərəfindən xəsarətlər almışdır. O, yolu keçərkən sağa baxmış, avtomobilin gəldiyi istiqamətə baxmadığına görə, avtomobilin hansı küçədən çıxdığını görməmişdir. O, A.Quliyev küçəsi 13 saylı binanın qarşısıda yolun sağında park edilmiş avtomobillərin arasından “Azərpoçt”un binasının qarşısına doğru, onu vuran avtomobilin hərəkət istiqaməti üzrə yolu sağdan sola, düzünə orta yerişlə keçmişdir. Hadisə anidən olduğuna və huşunu itirdiyinə görə, onu vur avtomobilin markası və dövlət qeydiyyat nişanına fikir verməmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 iyul 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının 31.08.2021 -ci il tarixli 564 saylı ekspert rəyinə əsasən 1995-ci il təvəllüdlü X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin sol yarısının qançırı, eləcə də, sol kürək nahiyəsinin və sol diz oynağı nahiyəsinin ön-bayır səthlərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə şəraitdə, yəni 30.08.2021-ci il tarixli avtomobil travması, 0 cümlədən hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərşəkmiş şəxs X1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Şəxs qarşı heç bir tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1968/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1968/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver