Məhkəmə qərarları › İş №3(009)-1969/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1969/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1969/2021 05.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədirliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs oğlu barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 03.10.2021-ci il tarixli BB 005400 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, vətəndaş Şəxs 03.10.2021-ci il tarixdə saat 02:30-da tutulmuşdur. İş materiallarında olan 03 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru, X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bildirmişdir ki, o sərxoş halda avtomobili idarə etdiyini polis əməkdaşlarına özü etiraf etmişdir, və onlardan inzibati xəta haqqında protokolun ona təqdim edilməsini tələb etmişdir. Yalnız bundan sonra o avtomobilin açarını və sənədlərini təqdim edəcəyini bildirmişdir. İnzibata xəta haqqında protokol ona təqdim edilmədiyindən o, polis əməkdaşlarına avtomobilin açarını və sənədlərini təqdim etməkdən imtina etmişdir. Həmçinin bildirmişdir ki, protokolla razı deyil, özünü təqsirli bilmir, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasına şahid qismində dindirilən Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinin YPX-nin inspektoru X6 ifadəsində 03 oktyabr 2021-ci il tarixdə saat 01:00 radələrində xidmətdə olduğu zaman Səbail rayon Neftçilər prospekti ilə hərəkət edən ** LE *** X7 BMW markalı avtomobil uzaq vuran işıqlardan istifadə etdiyinə görə tərəfindən saxlanılmışdır. Ekipaj yoldaşı sürücüyə yaxınlaşıb özünü təqdim etmişdir. Yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etməsi məlum olmuşdur. Sürücüdən sənədləri istədikdə o polis əməkdaşlarına tabesizlik göstərərək sənədləri təqdim etməkdən imtina etmişdir. Daha sonra onlar sürücünü öz xidməti avtomobilləri ilə sərxoşluğu müəyyən etmək üçün həkim müayinəsinə apardılar. Sürücünün öz istəyi ilə avtomobili saxladıqları yerə qayıtdılar. Həmin yerə sürücünün avtomobilinin açarını və sənədlərini bir daha tələb etsələr də, sürücü onların qanuni tələblərinə əməl etmədi, sənədləri və açarı təqdim etməkdən imtina etdi. Həmin əraziyə PPX əməkdaşlarını dəvət etdiklərini və onların köməkliyi ilə sürücünü ərazi üzrə 39-cu PB-ə gətirdiklərini, daha sonra isə avtomobili evakuator vasitəsi ilə dayanacağa təqdim etdiklərini bildirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilən Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinin YPX-nin inspektoru X4 şahid X2 izahatına uyğun ifadə verərək onun göstərdiklərini təsdiqlədi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbləri pozulmuşdur.. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs oğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 03 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 03 oktyabr 2021-ci il tarixdən hesablansın. Şəxs oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar