Məhkəmə qərarları › İş №3(009)-197/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-197/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-197/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə2 Əlayif oğlunun, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin inzibati tənbeh vermə haqqında 19 yanvar 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 19 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin “tornaçı” vəzfəsində çalışan X8 xx.xx.2022 tarixli 2022/06-23 saylı əmr ilə “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” - tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən işinə xitam verilmişdir. X4 işdən azad oluğu gün ona hesablanmış olan 29.57 AZN (doqquz yüz iyirmi doqquz manat, 57 qəpik) son haqq-hesabı onlardan asılı olmayan səbəblərə görə ödənilə bilməmişdir. Onun son haqq-hesabı hissəli olaraq 16.06.22 tarixində 300 AZN (üç yüz manat), 22.07.22 tarixində 200 AZN (İki yüz manat) Xalq bank ASC-dəki - hesablarından, xx.xx.2022 tarixində 150 AZN (Bir yüz əlli manat), xx.xx.2023 tarixində 30 AZN (otuz manat) Paşa bank ASC-dəki hesablarından və xx.xx.2022 tarixində 250 AZN (İki yüz əlli manat) Muğan bank ASCdəki hesablarından ödənilmişdir. Belə ki, ödənişin vaxtında edilməməsinin səbəbi hər iki bank hesablarında, yəni Paşa bank ASC və Xalq bank ASC hesablarında kredit borcunun vaxtında ödənilməməsinə və gecikmələr səbəbində blok olmasıdır. Əlavədə olan çıxarışlardan da göründüyü kimi Paşa bank hesabı xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinə kimi, Xalq bank hesabımız isə xx.xx.2022 tarixindən bu günə kimi aktiv olmamışdır. Şirkət adından hər iki banka həm rəsmi, həm də şifahi şəkildə dəfələrlə Mülki Məcəllənin 965-ci maddəsinə əsaslanaraq əmək haqqı öhdəliyinin kredit və digər öhdəliklərdən əvvəl ödənilməsinin zəruri olduğu bildirilsə də, heç bir nəticə ala bilməmişlər. Müvafiq banklar şirkət hesaba pul mədaxil olan kimi ilk öncə kredit öhdəliyini həyata keçirirdilər. Son haqq-hesabın vaxtında ödənilməməsinə görə X8 AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinə şikayət etmişdir. Lakin, İnzibati orqan şikayəti hərtərəfli araşdırmadan, son haqq hesabın ödənilməsindəki gecikməyə görə məsuliyyət daşıyan şəxslərin müvafiq Paşabank ASC və Xalqbank ASC-i olduğu, məhz həmin bankların qanunsuz əməllərinə görə şikayətçi Camal Məmmədova son haqq hesab verilməsində gecikmə olması nəzərə alınmamışdır. Bu səbəblə də 19 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətam törətdiyinə görə, barəmizdə 900 AZN (doqquz yüz manat) tənbeh vermə növü tətbiq edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 19 yanvar 2023-cü il tarixində MN ******* nömrəli 900 (doqquz yüz AZN) manat inzibati tənbeh vermə barədə qərar (inzibati cərimə) ləğv edilməlidir. Protokol və qərarlar bütün qanun-qaydalar pozularaq, qanunsuz olaraq tərtib edilmişdir. 19 yanvar 2023-cü il tarixli MN ******* nömrəli qərardan xx.xx.2023- cü il tarixində məlumatlanmışdır. Buna görə də hesab edir ki, şikayət vermə müddəti daxilində həmin qərardan şikayət verilir. Lakin, məhkəmənin şikayət vermə müddətinin ötürülməsi barədə qənaətə gələbiləcəyini nəzərə alaraq, hazırkı şikayətə, buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət də əlavə olunur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN1292295 saylı inzibati tənbehvermə haqqında qərarı ləğv edilməsi xahiş edilmişdir. Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış "xxxx" MMC-nin nümayəndəsi X7 şikayəti müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 19 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə2 Əlayif oğlu vəsatət verərək bildirmişdir ki, əmək məcəlləsinin müvafiq tələblərindən də göründüyü kimi işçinin maaşı işə götürənin maliyyə vəziyyətindən aslı olmayaraq işdən çıxıdığı gün ödənilməlidir. "xxxx" MMC tərəfindən göndərilmiş sənədlərdə bildirilir ki, şirkətin maliyyə durumu ilə əlaqədar (bank hesabında kredit borcunun olması) işçinin son haqq- hesabı dərhal ödənilməmişdir. Bildirmişdir ki, əmək qanunvericiliyində işçinin son haqq-hesabının ödənilməsi ilə bağlı işəgötürənlər üçün hər hansı bir güzəşt müəyyən edilməmişdir. Şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin inzibati tənbehvermə haqqında 19 yanvar 2023-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan X9 Xidmətinin MN ******* saylı, 19 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmiş, lakin son haqq-hesabı gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Bununla da, "xxxx" MMC-nin direktoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsinin tələbləri pozulmuş və o, 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdıması zamanı müyyən edilmişdir ki, təqdim olunmuş sənədlərdən görünür ki, işçinin əmək müqviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə də, onun son haqq hesabı həmin gün ödənilməmiş, 250 manatı xx.xx.2022-ci ii tarixdə, 30 manat məbləğ isə xx.xx.2023-cü il tarixdə, 150 manatı xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə X9 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, 19 yanvar 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı vətəndaş X4 şikayəti əsasında qəbul edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsində araşdırma aparılmışdır. Belə ki, X1 haqq-hesabın ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozduğundan barəsində MN ******* saylı, 19 yanvar 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi X9 Xidmətinin Bakı şəhər İdarəsi qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab etmişdir ki, "xxxx" MMC-nin direktoru X5 vətəndaş X1 haqq-hesabın ödənilməsində qanun pozuntusuna yol vermişdir. Ona görə də MN ******* saylı, 19 yanvar 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlər bir daha X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmasını sübut edir və məhkəmə hesab edir ki, X2 şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Şikayətçi qərarın ləğvi üçün əsas ola biləcək hər hansı dəliləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsində göstərilir ki, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri)) bölməsində nəzərdə tutulan qaydada həll edilir.İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsində göstərilir ki, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Əgər bu maddənin ikinci hissəsində göstərilmiş hallarda ödəncləri ödəməyə işəgötürənin maddi-maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərədə tutulmuşdur ki, İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X5 əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN ******* saylı, 19 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN ******* saylı, 19 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar