Məhkəmə qərarları › İş №3(009)-1973/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1973/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1973/2021 21.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 29 sentyabr 2021-ci il tarixli 00100-1869/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 90KY161/61K15593 nömrəli nəqliyyat vasitəsilə, ********* saylı 29.07.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş “maşınlar və avadanlıqlar üçün hissələr” yükü **********0781 sorğu nömrəli 21.09.2021 -ci ıl tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/003-25/004731 saylı 24.09.2021-ci il tarixli məktubun nəticəsinə əsasən ********* saylı 29.07.2021- ci il tarixli invoys üzrə bəyan edilmiş “maşınlar və avadanlıqlar üçün hissələr” yükünün XİF MN üzrə 1 -ci pozisiya üzrə ********** (0%), 2ci və 9-cu pozisiya üzrə ********** (15%), 3-cü mövqe üzrə ********** (15%), 4-cü üzrə ********** (15%), 5-ci mövqe üzrə ********** (15%), 6-cı mövqe üzrə ********** (15%), 7-ci pozisiyaya görə ********** (15%), 8ci mal üzrə isə ********** (15%) saylı kodlar kod altında sinifləşdirildiyi, yəni malın “5”% rüsum dərəcəsinə aid olmadığı deyil . Cəmiyyət tərəfindən əlavə ödəniləcək məbləğ 5535.90 manat təşkil edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Böyük Britaniyanın “Stork Technical Services UK LTD” şirkətindən “X3” şirkətinin tapşırığı ilə 90KY161/61K15593 nömrə nişanlı yük avtomaşınında ********* nömrəli 10.08.2021-ci il tarixli invovs sənədi ilə daxil olmuş mallar Bakı Bas Gömrük İdarəsində **********0781 sorğu nömrəli 21.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş malmüsaviət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında “5” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləsdirildivinin müəyyən edilməsi məqsədi ilə X1 İdarəsinə 1400-012/004-25/006214 nömrəli 21.09.2021-ci il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Bas Gömrük idarəsinə göndərilmiş 2200-017/003-25/004731 nömrəli 24.09.2021-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına ********* nömrəli 10.08.2021-ci il tarixli invovs sənədinin 1-9-cu mal mövqeləri üzrə idxal olunan yük XİFMN-ə görə aşağıdakı kimi sinifləsdirilir: İnvoys mövqeyi Malın adı XİF MN üzrə kod üzrə 202105072 nömrəli invoys 1 -ci mövqe üzrə 8532 29 000 0 420-470 volt elektrik gərginliyinə, 50/60 Hz tezliyə hesablanmış kondensator 2, 9-cu mövqe üzrə İndikator lampaları 8539 39 000 0 3-cu mövqe üzrə Əriyən qoruyucular 8536 10 900 0 4-cü mövqe üzrə Birləşdirici və paylaşdırıcı 8536 90 100 0 5-ci mövqe üzrə Ştepsel vilkaları 8536 90 850 0 6-cı mövqe üzrə 8544 42 900 0 Birləşdirici qurğularla təchiz edilmiş elektrik kabeli 7-ci mövqe üzrə Termocüt üçün nəzərdə tutulmuş elektrik kabel 8544 49 950 0 8-ci mövqe üzrə 0.7A, 80Vt, 110V enerji gərginliyinə 8414 59 800 9 hesablanmış ventilyator Bununla da, X1 İdarəsinin rəyinə əsasən malların Şəxs MMC tərəfindən **********0781 sorğu nömrəli 21.09.2021 -ci il tarixli gömrük bəyannaməsində bəyan edilən XİFMN üzrə ********** kod altında devil, yuxarıda qeyd edilən cədvəldə göstərilən XİFMN üzrə kodlar altında sinifləşdirildivi təqdirdə Şəxs MMC-nin ümumilikdə 5535,90 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC **********0781 sorğu nömrəli 21.09.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 5535,90 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Həmçinin həmin protokolla müəyyən edilmişdir ki, **********3986 sorğu nömrəli 21 05.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə 7429,23 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 03.06.2021-ci il tarixdə 00100-1050/21 saylı is üzrə icraat başlanılmışdır. İlk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs “X2" MMC barəsində 00100- 1050/21 nömrəli is üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qevd hissəsinin 2-ci bəndinə əsasən 00100/1049 nömrəli 03.06.2021-ci il tarixli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. İş materiallarına əlavə edilmiş 00100/1049 nömrəli 03.06.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs “X2" MMC barəsində 00100-1050/21 nömrəli is üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qevd hissəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmişdir. Cəmiyyətin nümayəndəsi inzibati xətanın törədilməsini etiraf etmiş və yaranmış əlavə gömrük ödənişlərini ödəməyə hazır olduqlarını bildirmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2 MMC” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, “X2 MMC” MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X2 MMC” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 5535,90 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 5535,90 (beş üç min beş yüz otuz beş manat doxsan qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 3875 (üç min səkkiz yüz yetmiş beş) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar