Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1973/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil daxil olmuş 08 dekabr 2022-ci il tarixli, MN ******* saylı və 08 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 08 dekabr 2022-ci il tarixli, MN ******* saylı və 08 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar və materiallar müəyyən edildi ki, eyni şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş xətalar törədilmişdir. Ona görə də hesab edirəm ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli və eyni nömrə altında baxılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunanlara əsasən 3(009)-1973/2022 və 3(009)-1972/2022 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər ilk daxil olan nömrə altında, yəni 3(009)–1972/2022 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməlidir və həmin nömrə altında baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən, QƏRARA ALDİM: 3(009)-1973/2022 və 3(009)-1972/2022 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin. Həmin işlərə 3(009)-1972/2022 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. 3(009)-1973/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1973/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1973/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver