Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1977/2022 13.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Toyota Prius minik markalı, 10FY618 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş yol nəqliyyat hadisəsi üzrə Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin tərkibi yaranmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlindən səmimi peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materialında olan məhkəmə tibbi ekspertizasının 768 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər-döş qəfəsinin yumşaq toxumalarının əzilməsi və sağ diz oynağı nahiyyəsinin ön səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, 31 oktyabr 2022-ci il arxidə, yol-nəqliyyat hadisəsi, o, cümlədən hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə tibbi ekspertizasının 786 saylı, 11 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən olunmuş xəsarətlər alın və sağ diz oynağı zahiyyəsinin ön səthinin qançırları, eləcə də sağ diz oynağı nahiyyəsinin ön səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərqrın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkəydə olan avtomobillərin toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə tibbi ekspertizasının 787 saylı, 11 noyabr 2022-ci il tarixli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-başın sol təpə zahiyyəsininvə sol baldır aşağı 1/3-nin iç səthinin əzilmiş yaraları,sol üst göz qapağının hematoması, sol gözaltı və sağ diz oynağı nahiyyəsinin bayır səthinin sıyrıqları, eləcə də, sol diz oynağı nahiyyəsinin ön səthinin və sol budun yuxarı 1/3-nin bayır səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hisəssində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqiliyyat hadisəsi zamanı, o cümlədən hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs 31 oktyabr 2022-cil tarixdə saat 02:09 radələrində “B” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Toyota Prius minik” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti ilə üzü Neftçilər prospekti istiqamətində disk görüntülərinə əsasən zərəkətdə olub Xəqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsindəki işıqforun qadağanedici qırmızı işığında keçərkən anidən sağ tərəfdən, yəni Xəqani küçəsi ilə üzü Çin səfirliyi istiqamətində zərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota Prius minik” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtmobil işıqforun yaşıl işığında gəldiyi sürətlə də hərəkətini davam etdirərək avtomobilin sağ tərəf ön hissəsi ilə birincinin avtomobilinin sağ qabaq qanad və təkər hissəsindən dəyib toqquşmuşdur. Zərbədən idarə etməni itirərək avtomobil yolun kənarına çıxıb, reklam lövhəsinə və məhəccərə dəyib dayanmışdır. Belə olan halda “Toyota Prius minik” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs “X2” Azərbaycan Respublikası Qanununun 60.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə Şəxs ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1977/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1977/2022
13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver