Məhkəmə qərarları › İş №3(009)-1978/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1978/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1978/2022 09.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədirliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, X2, Zərərşəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB-si tərəfindən tərtib edilmiş 09 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* və 09 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərardadı ilə 3(009)- 1978/2022 və 3(009)-1979/2022 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilmiş, həmin işlərə 3(009)-1978/2022 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması və iş başqa işə birləşdiyindən 3(009)-1979/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* və 09 dekabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00-da Səbail rayonu, Fəvvarələr Meydanı adlanan ərazidə taksi sürücüsü olan X3 məxsus 200 manat dəyərində “Samsung” A54 markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirmiş, xx.xx.2022-ci il tarixdə, saat 00:01 radələrində Səbail rayonu, R.Rza küçəsində taksi sürücüsü olan vətəndaş X5 məxsus 300 manat dəyərində Samsung A22 markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarında olan, 08 dekabr 2022-ci il tarixli AZA 018787 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 dekabr 2022-ci il tarixdə saat 04:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 08 dekabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 00:01 radələrində Səbail rayonu, R.Rza küçəsində taksi sürücüsü olan vətəndaş X5 məxsus 300 manat dəyərində Samsung A22 markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00-da Səbail rayonu, Fəvvarələr Meydanı adlanan ərazidə taksi sürücüsü olan X3 məxsus 200 manat dəyərində “Samsung” A54 markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, X6 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, onun barəsində heç bir şikayətinin olmadığını bildirmişdir. Bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaları etiraf edərək, əməllərindən səmimi peşman olduğunu, ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə əsasən, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən haldır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X4 ilə barışmasını yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00-da Səbail rayonu, Fəvvarələr Meydanı adlanan ərazidə taksi sürücüsü olan X3 məxsus 200 manat dəyərində “Samsung” A54 markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirmiş, xx.xx.2022-ci il tarixdə, saat 00:01 radələrində Səbail rayonu, R.Rza küçəsində taksi sürücüsü olan vətəndaş X5 məxsus 300 manat dəyərində Samsung A22 markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Abdinov X7 Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar