Məhkəmə qərarları › İş №3(009)-1987/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1987/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1987/2022 13.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Əlirza Azər oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra icra məmuru X14 tərəfindən tərtib edilmiş 13 dekabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X14 bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4003/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 21 iyun 2008-ci il təvəllüdlü X4, 12 fevarl 2013-cü il təvəllüdlü X3 və 08 oktyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün 2016-cı aprel ayından başlayaraq, X1 hər ay hər uşaq üçün 117 manat olmaqla cəmi 351 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İcra sənədi xx.xx.2016-cı il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, borcluya məxsus hər hansı əmlak aşkar edilməmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclu Şəxs heç bir aliment borcunun olmadığını bildirmişdir. Daha sonra tələbkar Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2020-ci il şöbəyə daxil olmuş ərizədə borcun ödənilməsi istiqamətində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu xx.xx.2020-ci il tarixdə şöbədə olarkən izahatı alınmış və izahatında bir yerdə yaşadıqları üçün aliment ödəmədiyini, bu səbəbdən yalnız tələbkarın xx.xx.2020-ci il tarixli müraciətindən sonra 351 manat aliment ödədiyini bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək xx.xx.2021-ci ilə qədər borclunun 500 manat ödənişinə razılıq verdiyini, icra tədbirlərinin dayandırılmasını və göstərilən vaxta ödənilmədikdə icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Borclu Şəxs xx.xx.2021 -ci il tarixdə şöbədə olarkən xx.xx.2020-ci il tarixdə verdiyi izahatını təsdiqləmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs tərəfindən şöbəyə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizədə borclunun 510 manat məbləğində aliment borcunun yarısını ödədiyi, qalan hər ay ödənilməli olan aliment məbləği və əvvəlki borc məbləğinin ödənilməmiş qaldığı qeyd edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu Şəxs barəsində xx.xx.2022-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Səbail rayon İcra şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs şöbədə olarkən ondan izahatı alınmış, izahatında aliləsi ilə ona məxsus olan evdə bir yerdə yaşadıqlarını və 2020-ci ildən bugünədək bütün alimenti vaxtında ödədiyini, həmçinin heç bir aliment borcunun olmadığını qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə tələbkar şöbədə ərizə yazaraq borclu Şəxs alimentin ödənilməsi üçün xx.xx.2022-ci il tarixinədək vaxt verdiyini bildirmişdir. Lakin borclu bu vaxt müddətində tələbkarın hesabına cəmi 75 manat məbləğində aliment ödəmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Borclu tərəfindən tələbkara 4500 manat ödəniş edilmiş, qalıq borcu 17.671 manatdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs bildirmişdir ki, dəfələrlə borcluya möhlət verdiyini, heç yerdə işdəmədiyini bildirərək aliment borcunun ödənilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, boşandıqdan sonra 4 il deyil, 2 il eyni evde yaşayıblar, lakin birgə təsərrüfat aparmayıblar. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, onlar 2016-cı ildə boşansalar da, 4 il ərzində birgə yaşayıb, birgə təsərrüfat aparmışlar, hazırda atasından ona qalan maşınla taksi fəaliyyəti ilə məşğuldur, lakin maşının cərimələri olduğundan cərimə meydançasına yerləşdirilib, buna görə də aliment borcunu tam ödəyə bilmir. Yaxın gələcəkdə mərhum atasına dövlət tərəfindən ödənilməli olan sosial yardım ona və qardaşlarına ödəniləcək, o da həmin puldan ona çatası 800 manatı tələbkara ödəməyə hazırdır. Maddi qazancı stabil olan zaman aliment borcunu mütəmadi olaraq ödəyir. Borcundan yayınmır, qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-4003/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 21 iyun 2008-ci il təvəllüdlü X4, 12 fevral 2013-cü il təvəllüdlü X2 və 08 oktyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 2016-cı aprel ayından başlayaraq, Şəxs hər ay hər uşaq üçün 117 manat olmaqla cəmi 351 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu Şəxs borcundan 13 dekabr 2022-ci il tarixdə 51 (əlli bir) manat ödəniş etmişdir. Müəyyən edilmişdir ki, borclu tərəfindən tələbkara 4500 manat ödəniş edilmiş, qalıq borcu 17.671 manat qalmış, xx.xx.2022-ci il tarixdə tələbkar şöbədə ərizə yazaraq borclu Şəxs alimentin ödənilməsi üçün xx.xx.2022-ci il tarixinədək vaxt verdiyini bildirmiş, borclu bu vaxt ərzində tələbkarın hesabına 75 manat məbləğində aliment ödəmiş, 13 dekabr 2022-ci il tarixdə isə 51 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğunu, xx.xx.2022-ci il tarixdə Şəxs borcundan 51 (əlli bir) manat ödəniş etməsini nəzərə alaraq, Şəxs izahatında göstərdiyi dəlillərini ağlabatan hesab edir və belə qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar