Məhkəmə qərarları › İş №3(009)-2/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. 19 fevral 2020-ci il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, 19.02.2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş orqana, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş X2 məlumat verilməsinə, həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin gətirilməsi barədə qərar qəbul olunmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqana, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş X1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarındakı digər sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 19 fevral 2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu Z.Əliyeva və Bül-Bül küçələrinin kəsişməsində 19.02.2020-ci il tarixdə saat 05:30-da yol nəqliyyat hadisəsinin başverməsi ilə əlaqədər hadisə yerinə gəlib sənədləşmə apararkən hadisə iştirakçılarından biri X3 hadisə yerində yazılı izahat verməkdən imtina etmişdir. İş materiallarında olan Baş X6 İdarəsinin 07.05.2020-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1999-cu il təvəllüdlü Şəxs sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X1 19.02.2021-ci il tarixli izahatından görünür ki, o, idarə etdiyi avtomobillə BülBül prospekti ilə hərəkət edib, Z.Əliyeva küçəsi ilə kəsişməni yaşıl işıqda keçərkən Z.Əliyeva küçəsi ilə kəsişməni qırmızı işıqda keçən, Khazar markalı 99RA525 dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomaşını sol yan hissəsindən vurmuş, o da zərbənin təsirindən səkiyə dəyib dayanmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmamış, qarşı tərəfin sürücüsü və o, ayıq vəziyyətdə olmuşdur. Səbail Rayon Məhkəməsinin 3(009)-874/2020 saylı, 19.05.2020-ci il tarixli qərardaddan görünür ki, inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə aidiyyatı üzrə vaxtında göndərilmədiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını təmin etmək mümkün olmadığından, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsinə geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər BPİ-nin DYPİ-nin YNHÜŞ-nin baş inspektoru polis mayoru Mehman Həmzəyev tərəfindən tərtib olunmuş 11.06.2020-ci il tarixli arayışdan görünür ki, 3(009)-874/2020 saylı, 19.05.2020-ci il tarixli qərardadın icrası ilə əlaqədar Şəxs ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanmış o, izahatının alınması və digər sənədlərlə tanış olması üçün Bakı Şəhər X6 İdarəsinin YNHÜŞ-nə dəvət edilmiş, o, protokoldan məlumatı olduğunu, qayda pozuntusu ilə razı olduğunu, törətdiyi nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən onun Bakı Şəhər DYPİ-nə çağırlmasının qadağan edildiyini, məhkəmədə işə baxılarkən məhkəmədən rəsmi bildiriş olduqdan sonra məhkəmədə gəlib iştirak edəcəyini bildirmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-1245/2020 saylı, 18.06.2020-ci il tarixli qərardaddan görünür ki, xx.xx.1999-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının DİN-nin Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin 17.08.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 25 A ünvanında dəfələrlə olmaqlarına baxmayaraq, vətəndaş Şəxs həmin ünvanda müəyyən etmək, eyni zamanda telefon əlaqəsi saxlamaq mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iş materialları və məhkəmə iclasında tədqiq edilməsi sübutlarla Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXMnin 328 – 331 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, Şəxs İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar