Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1020/2021, 27.05.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinmiş və 6500 (altı min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Şəxs apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2645/2021, 11.11.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 3(009)-1020/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəxs nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 21.04.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində açılmış inzibati xəta üzrə icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 16.04.2021-ci il tarixdə Şəxs istifadəsinə verilmiş torpaq sahəsinə baxış keçirilən zaman plastik və digər bərk qarışıq tullantılarınqanunla müəyyən edilmiş ərazilərdə qeyri qanuni qalaqlanmışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ünvan 1 ünvanda Baş plan üzrə bina və qeyri yaşayış obyektlərinin tikintisi üçün Şəxs MTK-ya icazə verilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs nümayəndəsinin iştirakını təmin etmək üçün tədbirlər görülmüşdür. Elşən Mahmudov adlı şəxs Şəxs satış təmsilçisi olduğunu bildirmiş və onun iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Şəxs istifadəsinə verilmiş torpaq sahələrində heç bir zaman istehsal və məişət tullantılarının qalaqlanması halı olmayıb. Fotoşəkillərdə olan ərazinin Şəxsnə heç bir aidiyyatı yoxdur. Reyd keçirilərkən nümayəndənin iştirakı təmin olunmayıb. Reyddə adı qeyd olunmuş şəxs Şəxs işçisi deyil. İnzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs ünvanına heç bir bildiriş göndərilməmiş və iştirak təmin edilməmişdir. Qeyd olunanların nəzərə alınmasını və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 aprel 2021-ci il tarixdə tərtib edilmiş 62825 saylı aktına əsasən keçirilən reyd zamanı ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarının tikintisi zamanı tikinti materiallarından ibarət plastik torbaların və digər bərk qarışıq tullantıların qanunla müəyyən olunmamış ərazilərdə qeyri-qanuni olaraq qalaqlanması fakt aşkarlanmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə Şəxs nümayəndəsi ilə birlikdə sözügedən ünvanda araşdırma aparılmış və həmin ərazidə məişət tullantılarının qalaqlanması qaydalarının pozulması faktı öz təsdiqini tapmışdır. İş materiallarda olan 07.12.2015-ci i tarixli 513 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamına əsasən Şəxs MTK-nın 25.11.2015-ci il tarixli, 28 saylı müraciəti, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bkı şəhər İcra Hakimiyyətinin 24.12.2014-cü il tarixli, 615 saylı sərəncamı nəzərə alınara ünvan 1 ünvanda Baş plan üzrə 2, 3 və 4 saylı yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün Şəxs MTK-ya icazə verilmişdir. İş materiallarda olan 17.12.2015-ci i tarixli 533 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin Başçısının sərəncamına əsasən 07.12.2015-ci il tarixli 513 saylı sərəncamının 2-ci hissəsi “ünvan 1 ünvanda Baş plan üzrə 2, 3 və 4 saylı yüksəkmərtəbəli yaşayış binalarının və 2 mərtəbəli A və B qeyri-yaşayış obyektlərinin tikintisi üçün Şəxs MTK-ya icazə verilsin” kimi oxunması haqqında sərəncam verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 21 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən 16.04.2021-ci il tarixdə Şəxs istifadəsinə verilmiş torpaq sahəsinə baxış keçirilən zaman plastik və digər bərk qarışıq tullantılarınqanunla müəyyən edilmiş ərazilərdə qeyri qanuni qalaqlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 21 aprel 2021-ci il tarixdə keçirilən reyd zamanı ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarının tikintisi zamanı tikinti materiallarından ibarət plastik torbaların və digər bərk qarışıq tullantıların qanunla müəyyən olunmamış ərazilərdə qeyri-qanuni olaraq qalaqlanması fakt aşkarlanmışdır. Özünü Şəxs MTK -nın satış təmsilçisi kimi təqdim edən Elşən Mahmudovun iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 21.04.2021-ci il tarixli akt tərtib edilmiş və 21.04.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı ilə ünvan 1 ünvanda Baş plan üzrə 2, 3 və 4 saylı yüksəkmərtəbəli yaşayış binalarının və 2 mərtəbəli A və B qeyri-yaşayış obyektlərinin tikintisi üçün Şəxs MTK-ya icazə verilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə həmin ərazinin Şəxsnə aid olmadığını, protokolda adı qeyd olunmuş şəxs Elşən Mahmudovun Şəxs işçisi olmadığını bildirsə də, bu hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə hesab edir ki, nümayəndənin səlahiyyətlərinin müəyyən edilməməsi inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdirilməsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə görə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır.Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X1 Komitəsi və Səhiyyə Nazirliyi) müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır. Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər.Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X1 Komitəsi və Səhiyyə Nazirliyi) tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115, 128-130, 271-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 6500 (altı min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2/2022
12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver