Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2/2023 07.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Vəkil və protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 29 avqust 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 29 avqust 2022-ci il tarixli 00100-1806/2022, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “HSC Arıtım Sanayi Ve Ticaret A.Ş.” şirkətindən 61K3117/61K3609 nömrə nişanlı yük avtomaşınında 1HR**********070 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar **********2719 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük İdarəsində bəyan edilmişdir. X1 İdarəsinin rəyinə əsasən İHR**********070 nömrəli xx.xx.2022-ci il tarixli invovs sənədinin 5, 7-23-cü mövqeləri üzrə idxal olunan malların XİFMN üzrə yuxarıda qeyd edilən cədvəldə göstərilən kodlar altında sinifləsdirildiyi təqdirdə Şəxs MMC tərəfindən **********2719 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 8744,46 manat, ƏDV üzrə 1574,00 manat, elektron gömrük xidməti haqqı üzrə 30,00 manat, elektron gömrük xidməti üzrə ƏDV 5,40 manat olmaqla ümumilikdə 10353,86 manat təşkil edir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC **********2719 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 10353,86 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bundan əvvəl **********7775 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə 11545,82 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə 00100-1805/22 saylı iş üzrə icraat başlanılmışdır. İlk dəfə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100-1805/22 nömrəli is üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qevd hissəsinin 2-ci bəndinə əsasən 00100/1779 nömrəli xx.xx.2022-ci il tarixli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 (bir) il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X4, protokolu müdafiə edərək Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Vəkil, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların kodlarına uyğunluğu iş materiallarında olan sənədlərə 2,5 inline sediment filtre çubuk – 8421 99 900019, 2,5 inline sediment filtre çubuk 1 micron çubuk - 8421 99 900019, 2,5 inline GAC Karbon Filtre çubuk - 8421 99 900019, 2 post karbon filtre çubuk - 8421 99 900019, 2 mineral filtre çubuk - 8421 99 900019, 2,4 mineallı filtre çubuk - 8421 99 900019, CTO blok karbon filtre 10 - 8421 99 900019, GAC karbon filtre 10 - 8421 99 900019, spun filtre 10 5 micron - 8421 99 900019, antikaller dolu - 3824 99 45 0000, reverse osmosis membran 75 GPD - 8421 99 900012, Star Membran 75 GPD - 8421 99 900012, Musluk ultralüks Paslanmaz - 8481 80 990029, Ro adaptör elektronik 24 V CN Kapalı Kase – 8504 40 829019 kodlarına uyğunluğu müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin eksperti Ləman Hüseynova ifadəsində bildirmişdir ki, İHR**********070 saylı, xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər dair 5, 15-ci mövqeyləri üzrə - 3926 90 970 9, 7-12, 16-18, 20-23-cü mövqeyləri üzrə - 8421 29 000 9, 13-14-cü mövqeyləri üzrə - 8421 99 000 0, 19-cu mövqeyi üzrə 8421 99 000 0 XİF MN kodu ilə sinifləşdirilir. Məhkəmə proses iştirakçılarını dinləyib, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə digər mühüm əhəmiyyət kəsb edən materialları araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin xüsusi gömrük prosedurları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 61K3117,61K3609 nömrəli nəqliyyat vasitəsi ilə, İHR**********070 saylı, xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********2719 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmişmallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-012/0xx-xx/004713 saylı, xx.xx.2022-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmişdir. X1 İdarəsinin rəyinə əsasən **********2719 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 8744.46 AZN ƏDV üzrə 1574 AZN elektron gömrük xidməti haqqı üzrə 30.00 AZN, elektron gömrük xidməti üzrə ƏDV 5.40 AZN təşkil edir. X1 İdarəsinin 17 sentyabr 2020-ci il tarixli 1000/192 rəyinə əsasən İHR**********070 saylı, xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər üzrə 5, 15-ci mövqeyləri üzrə - 3926 90 970 9, 7-12, 16-18, 20-23-cü mövqeyləri üzrə - 8421 29 000 9, 13-14-cü mövqeyləri üzrə - 8421 99 000 0, 19-cu mövqeyi üzrə 8421 99 000 0 XİF MN kodu ilə sinifləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2022-ci il tarixli 9/7320 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə 2,5 inline sediment filtre çubuk – 8421 99 900019, 2,5 inline sediment filtre çubuk 1 micron çubuk - 8421 99 900019, 2,5 inline GAC Karbon Filtre çubuk - 8421 99 900019, 2 post karbon filtre çubuk - 8421 99 900019, 2 mineral filtre çubuk - 8421 99 900019, 2,4 mineallı filtre çubuk - 8421 99 900019, CTO blok karbon filtre 10 - 8421 99 900019, GAC karbon filtre 10 - 8421 99 900019, spun filtre 10 5 micron - 8421 99 900019, antikaller dolu - 3824 99 45 0000, reverse osmosis membran 75 GPD - 8421 99 900012, Star Membran 75 GPD - 8421 99 900012, Musluk ultralüks Paslanmaz – 8481 80 990029, ro adaptör elektronik 24 V CN Kapalı Kase – 8504 40 829019 kodlarına uyğunluğu göstərilmişdir. “HSC ARTİM SAN ve TİC. AŞ” şirkətinin 26 avqust 2022-ci il tarixli məktbundan görünür ki, 11 avqust 2022-ci il tarixində həyata keçirilmiş 22080100EX00027316 gömrük nömrəli ixraclarına münasibətdə GTİP kodlarına hər hansı bir yanlışlıq olmamışdır. Bilərəkdən qlobal kodlar olan bu gömrük kodlarına hər hanı bir müdahilə olmamışdır. Göründüyü kimi, Şəxs MMC tərəfindən İHR**********070 saylı, xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklərə dair kodlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə uyğun olaraq düzgün verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver