Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2005/2021 08.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, X1 03 dekabr 2019- 21.12.2020-ci il tarixlərdə yol hərəkəti və sığorta qaydaları əleyhinə olan inzibati xətaların törədilməsi ilə bağlı X2 barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların ləğv edilməsi, Mitsubishi Pajero markalı 90_DM-742 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və idarəetməkdən kənarlaşdırılması barədə şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 03 dekabr 2019- 21.12.2020-ci il tarixlərdə yol hərəkəti və sığorta qaydaları əleyhinə olan inzibati xətaların törədilməsi ilə bağlı X2 barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların ləğv edilməsi, Mitsubishi Pajero markalı 90_DM-742 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və idarəetməkdən kənarlaşdırılması barədə şikayəti daxil olmuşdur. Məhkəmə hesab edir ki, verilmiş şikayət və ona əlavə edilmiş materiallardan inzibati xəta haqqında qərarın mövcudluğu öz təsdiqini tapmadığından, həmçinin qərarının ləğv olunması tələb olunan dövlət orqanı göstərilmədiyindən və tələb qeyrimüəyyən olduğundan X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43 və 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 03 dekabr 2019- 21.12.2020-ci il tarixlərdə yol hərəkəti və sığorta qaydaları əleyhinə olan inzibati xətaların törədilməsi ilə bağlı X2 barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların ləğv edilməsi, Mitsubishi Pajero markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və idarəetməkdən kənarlaşdırılması barədə şikayəti və ona əlavə edilmiş materiallar ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2005/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2005/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver