Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2006/2021 08.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X3, Tələbkar Məmmədov Məmməd Yaqub oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxxxx 1962-ci il tarixdə Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 08 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu Səbail Rayon Məhkəməsinin 2(009)-2407/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-2407/2018 saylı, 05.09.2018- ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 5000 manat və 30 manat dövlət rüsumu tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi 06.03.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclu Şəxs adına Göygöl rayonu Çaykənd kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və 1,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar olunmuş, onların üzərinə həbs qoyulması məqsədilə Səbail rayon məhkəməsinə təqdimat ilə müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin 8(009)-223/2019 saylı, 19.08.2019-cu il tarixli qərardadına əsasən sözügedən torpaq sahələrinin üzərinə həbs qoyulması qərarı alınmışdır. Torpaq sahələrinin hərracda satılması hissəsində icra olunması üçün Göygöl rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. “Daşmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti’' MMC- nin 22.05.2020-ci il tarixli məktubuna əsasən Göygöl rayonu Çaykənd kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi 12.000 manat və Göygöl rayonu Çaykənd kəndində yerləşən 1,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 5600 manat dəyərində qiymətləndirilmişdir. 05.08.2020-ci il tarixdə torpaq sahələri hərraca çıxarılmış lakin, heç bir alıcı tərəfindən alınmamışdır. Daha sonra tələbkara təklif olunmuşdur. Lakin tələbkar tərəfindən qəbul edilməmişdir. Daha sonra icra sənədi aidiyyatı üzrə icra tədbirlərinn davam etdirilməsi üçün Səbail rayon İcra şöbəsinə göndərilmiş və 23.12.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Borclu Şəxs 13.04.2021-ci il tarixdə şöbəyə gəlmiş, ondan izahatı alınmışdır. Daha sonra borclu barəsində 27.07.2021-ci il tarixdə axtarış qərarı qəbul olunmuş və icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. 08.10.2021-ci il tarixdə borclu şöbəyə gəlmiş, yenidən ondan izahatı alınmışdır. Borclu öz növbəsində hazırda borcu ödəmək üçün imkanın olmadığını qeyd etmişdir. Bugünədək ümumi borc məbləğindən 300 manat tələbkarın xeyrinə ödəniş olunmuşdur. Hazırda borc məbləği 4730 manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam şəkildə təmin edilməsini tələb edir. Göstərilənlərə əsasən Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında bildirmişdir ki, o, məhkəmə qərarını maddi imkanının olmaması səbəbindən icra edə bilməmişdir. Belə ki, o, işləmir və gəlir yeri yoxdur. Adına torpaq sahəsi olsa da torpaq sahəsi hərraca çıxarılmış, hərracda satılmamış, X5ə təklif edilsə də o, torpaq sahəsini götürməmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak tələbkar Məmmədov Məmməd Yaqub oğlu izahatında bildirmişdir ki, borclu Şəxs oğlu tərəfindən icra sənədinin icra edilərək borc məbləğinin ona ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)- 2407/2018 saylı, 05.09.2018- ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 5000 manat və 30 manat dövlət rüsumu tutularaq X1 xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən 06.03.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu Şəxs oğluna tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq o, icra sənədlərini icra etməmiş və izahatında maddi imkanı olmadığından ödəniş edə bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs oğlunun yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs oğlunun törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün muddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2006/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2006/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver