Məhkəmə qərarları › İş №3(009)-2006/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2006/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2006/2022 26.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 dekabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, O, 2020-ci ildən “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində etibarnamə ilə idarə etdiyi “Toyoto Prius” markalı **-FY-*** dövlət nömrə nişanlı avtomobillə Ə.Cavad küçəsi ilə üzü Axundov Bağı istiqamətində hərəkət edərkən Ə.Cavad küçəsi ilə Murtuza Muxtarov küçəsinin kəşişməsində piyada zolağından keçən piyadanın ayağına dəyib. O, avtomobili saxlayaraq X2ndan hər hansı xəsarət aldığını soruşmuş və yaxınlıqda yerləşən xəstəxanalardan birinə aparmağı təklif etmişdir. X2 heç bir xəsarətin olmadığını bildirmiş və yoluna davam etdiyini qeyd etmişdir. Daha sonra sürücü Şəxs avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Sonra polisdən sürücüyə bildirdilər ki, həmin X2 xəstəxanaya müraciət edərək xəsarət aldığını bildirmiş, sürücü dərhal polis idarəsinə gəldiyini qeyd etmişdir. O, avtomobil idarə edən zaman spirtli içki qəbul etməmişdir. Özünü təqsirli bilir, əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində etibarnamə ilə idarə etdiyi “Toyoto Prius” markalı **-FY-*** dövlət nömrə nişanlı avtomobillə Ə.Cavad küçəsi ilə üzü Axundov Bağı istiqamətində hərəkət edərkən Ə.Cavad küçəsi ilə Murtuza Muxtarov küçəsinin kəşişməsində piyada zolağından keçən piyadanın ayağına dəyməklə piyada X1 YÜNGÜL zərərvurmaqla nol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da sürücü Şəxs həmin hərəkətləri ilə “X8 “ Azərbaycan Respublikasının Qanununun 54.1-ci maddəsinin (Piyada keçidində NV-nin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki,yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü NV-ni dayandırmalı və piyadaya yol verməlidir) tələblərini pozmuşdur. Odur ki, sürücü Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi müəyyən edilməmişdir. Lakin təqsirkar sürücü Şəxs öz hərəkətləri ilə yol hərəkəti qaydalarını pozmaqla inzibati xəta törətmişdir. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərara əsasən X5 izahat verərkən hadisə ilə bağlı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə-tibbi ekspertizanın 74 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X4 qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan zaman avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə, müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində etibarnamə ilə idarə etdiyi “Toyoto Prius” markalı **-FY-*** dövlət nömrə nişanlı avtomobillə Ə.Cavad küçəsi ilə üzü Axundov Bağı istiqamətində hərəkət edərkən Ə.Cavad küçəsi ilə Murtuza Muxtarov küçəsinin kəşişməsində piyada zolağından keçən piyadanın ayağına dəyməklə piyada X1 YÜNGÜL zərərvurmaqla nol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar