Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2009/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 05 oktyabr 2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 70000.00 avro vəsaiti 13 sentyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 70000.00 avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 14 sentyabr 2021-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Sintez Polimer MMC və “X4 TİC.LTD.STİ” şirkəti arasında 20.06.2019-cu il tarixli müqavilə bağlanmış və 13.09.2021-ci il tarixdə 70000.00 avro avans köçürmə edilmişdir. 13.09.2019-cu il tarixdə icra edilmiş 70000.00 avro avans köçürmə edilmişdir. Həmin köçürmə üzrə 31361.86 avro dəyərində mallar **********82 və **********2694 saylı gömrük bəyannamələri ilə 13.01.2020 və 30.08.2021-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Qalıq qalmış 38,638.14 avro isə “Malapascua Trading” FZE şirkəti və Şəxs MMC arasında bağlanmış 01.06.2019-cu il tarixli 01/2019 saylı ödəmə razılaşma ilə Şəxs MMC və “Malapascua Trading” şirkəti arasında bağlanmış 07.08.2018-ci il tarixli, 58 nömrəli müqaviləyə əsasən malların satılması müqabilində 01.05.2019-cu il tarixli, MTF/002-2019 saylı Borc ödənişi müqaviləsinə əsasən “Malapascua Trading” FZE şirkətinin “X4 TİC.LTD.STİ” şirkətinə olan 144513,02 ABŞ dolları məbləğində borcunu ödəməyi öhdəsinə götürmüşdür. **********4657 saylı 19.06.2019-cu il tarixli gömrük bəyənnaməsinə əsasən ixracatçı “Malapascua Trading” şirkəti tərəfindən Şəxs MMC ünvanına Dubai B.Ə.Ə-dən 109175 kq ilkin formada etilen polimerləri ölkə ərazisinə idxal edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə nümayəndənin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, 13.09.2019-cu il tarixdə Şəxs MMC tərəfindən 70000.00 avro məbləğində qabaqcadan ödəniş etməklə “X4 TİC.LTD.STİ” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarında olan 13.01.2020 və 30.08.2020-ci il tarixli **********8182 saylı və **********2694 saylı gömrük bəyannamələrindən və bəyannamənin üzərində aparılmış qeydlərdən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 70000.00 avro məbləğində xarici valyuta qismən ümumilikdə 31361.86 avro müqabilində qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş 15.10.2021-ci il tarixli Unibank KB tərəfindən tərtib olunmuş arayışa əsasən 13.09.2019-cu il tarixli icra edilmiş 70000.00 avro avans köçürmə **********8182 və **********2694 YGB-lara əsasən qismən (31,361.86) bağlanmışdır. Avans köçürmə üzrə qalıq 38638.14 avrodur. İş materiallarına əlavə edilmiş Şəxs MMC və “Malapascua Trading” şirkəti arasında bağlanmış 07.08.2018-ci il tarixli, 58 nömrəli müqaviləyə əsasən satıcı (Malapascua Tradin FZE”) əlavə razılaşmada göstərilmiş məhsulun satmağı, alıcı (Sintez Polimer MMC) isə dəyərini ödəyib qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.05.2019-cu il tarixli, MTF/002-2019 saylı Borc ödənişi müqaviləsinə əsasən “Malapascua Trading” FZE şirkəti 144513,02 ABŞ dolları məbləğində borcunu etiraf etmiş və vəsaiti “X4 TİC.LTD.STİ” şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş “Malapascua Trading” FZE şirkəti və Şəxs MMC arasında bağlanmış 01.06.2019-cu il tarixli 01/2019 saylı ödəmə razılaşmasına əsasən Şəxs MMC “X4 TİC.LTD.STİ” şirkətinə 144513,02 ABŞ dolları məbləğində olan “Malapascua Trading” FZE şirkətinin borcunu (MTF/002-2019 saylı Borc ödənişi müqaviləsi üzrə) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş **********4657 saylı 19.06.2019-cu il tarixli gömrük bəyənnaməsindən görünür ki, ixracatçı “Malapascua Trading” şirkəti tərəfindən Şəxs MMC ünvanına Dubai B.Ə.Ə-dən 109175 kq ilkin formada etilen polimerləri ölkə ərazisinə daxil olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 70000.00 avro məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında ərizəyə əsasən bankda olan hesabından 13 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə 31361.86 avro dəyərində mallar **********82 və **********2694 saylı gömrük bəyannamələri ilə 13.01.2020 və 30.08.2021-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Qalıq qalmış 38,638.14 avro isə “Malapascua Trading” FZE şirkəti və Şəxs MMC arasında bağlanmış 01.06.2019-cu il tarixli 01/2019 saylı ödəmə razılaşma ilə Şəxs MMC və “Malapascua Trading” şirkəti arasında bağlanmış 07.08.2018-ci il tarixli, 58 nömrəli müqaviləyə əsasən malların satılması müqabilində 01.05.2019-cu il tarixli, MTF/002-2019 saylı Borc ödənişi müqaviləsinə əsasən “Malapascua Trading” FZE şirkətinin “X4 TİC.LTD.STİ” şirkətinə olan 144513,02 ABŞ dolları məbləğində borcu ilə əvəzləşdirilmişdir. Bunun müqabilində **********4657 saylı 19.06.2019-cu il tarixli gömrük bəyənnaməsilə ixracatçı “Malapascua Trading” şirkəti tərəfindən Şəxs MMC ünvanına Dubai B.Ə.Ə-dən 109175 kq ilkin formada etilen polimerləri ölkə ərazisinə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin 31361.86 avro dəyərində mallar müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün, həmçinin qalıq məbləğin Şəxs MMC və “Malapascua Trading” şirkəti arasında bağlanmış 07.08.2018-ci il tarixli, 58 nömrəli müqavilə üzrə ödənişlər “Malapascua Trading” FZE şirkəti və Şəxs MMC arasında bağlanmış 01.06.2019-cu il tarixli 01/2019 saylı ödəmə razılaşması ilə əvəzləşdirildiyindən, həmçinin “Malapascua Trading” şirkəti tərəfindən Şəxs MMC ünvanına göndərilmiş mallar ölkə ərazisinə idxal olunduğundan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2009/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2009/2021
10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver