Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2010/2022 28.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs oğlunun iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 07 dekabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində idarə etdiyi Khazar LX markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, o, BC kateqoriyalı sürücülük hüququna malikdir və idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində etibarnamə ilə idarə etdiyi Khazar LX markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Qurban Abbasov küçəsində «Mooncron» restoranı ilə üzbəüz yolun sağ kənarında dayanaraq müştəri gözləyən zaman evdən ona zəng gəlmişdir. Düşünmüşdür ki, müştəridə yoxdur, elə avtomobili geriyə doğru hərəkət etdirmişdir ki, yaşadığı binanın qarşısında saxlayaraq evinə getsin, avtomobili təxminən 2- 3 metr geriyə doğru hərəkət etmişdir ki, avtomobilin arxa hissəsindən bərk tapılltı səsi gəlmiş və o dərhal avtomobili saxlayaraq yerə düşüb avtomobilin arxa hissəsinə keçdikdə bir nəfər tanımadığı qadın avtomobilin arxa hissəsində yerə uzandığını görüb, dərhal ona ilk yardım göstərmiş və idarə etdiyi avtomobilə qadını əyləşdirərək onu yaxınlıqdakı təcili yardıma aparmışdır. Orada özü barədə məlumat vermiş və hadisənin necə baş verdiyini danışmışdır. Bundan sonra orada həmin qadını müayinə etdikdən sonra qadını təcili yardım avtomaşını ilə KTM-ə aparmışlar. O da öz avtomobili ilə onların arxasınca xəstəxanaya getmişdir. Orada qadını MRT müayinəsindən keçirmişlər, bədənində yüngül əziklərin olduğunu və alnında çapılmış yara olduğu üçün tikilib evə buraxmışlar. Hadisə baş verən zaman o spirtli içki və ya psixotrop maddə qəbul etməyib, həmin vaxt sürəti 10 km/saat olmuşdur. O, təhlükəni hiss etməmiş, yalnız avtomobilin arxa hissəsinə niynsə dəydiyini səsini eşidən zaman hiss etməmiş və dərhal əyləci basaraq avtomobili tam dayandırmışdır. O, hərəkət edən zaman piyadının hərəkət etdiyini görməmişdir, çox güman ki həmin vaxt yolun kənarında avtomobillər dayandığından ola bilsin ki, o, sağa və yaxud sola baxan zaman həmin dayanmış avtomobillərin arxasında yolun hərəkət hissəsinə çıxıb. Bu səbəbdən piyadanı görməmişdir. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışdığını, onun heç bir şikayət və tələbinin olmamasının, ona dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödənilməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün cinayət işi başlanmasının rədd olunması barədə qərar materialla birlikdə Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin vasitəsi ilə Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizanın 746 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ qaşüstü nahiyənin əzilmiş yarası, alın və sağ almacıq nahiyələrinin sıyrıqları, eləcə də sağ göz orbitası ətrafının, sol baldırın yuxarı 1/3-nin bayır səthinin və sağ baldırın yuxarı 1/3-nin ön səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarından görünür ki, material üzrə izahatı alınmış X3 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Səbail rayonu Bayıl qəsəbəsində olan zaman Qurban Abbasov küçəsində yolun sol istiqamətindən sağ istiqamətinə doğru piyada keçərkən yolun sağ tərəfindən hərəkət edən avtomobillərin hərəkət istiqamətinə baxıb hər hansı bir təhlükənin olmadığını görüb yolun əks istiqamətinə piyada addımlamağa başlamışdır. Təxminən 2-3 metr addam atmışdır ki, gözlənilmədən sol tərəfdən avtomobil geriyə doğru hərəkət edərək bədənin sol hissəsindən vurması nəticəsində o müvazinətim itirib yerə yıxılmışdır. Dərhal avtomobilin sürücüsü sonradan adını bildiyi Yalçın adlı şəxs onu idarə etdiyi avtomobilə əyləşdirib yaxınlıqda yerləşən təcili tibbi yardıma aparmış, oradan isə X5 aparıb müayinədən keçmişdir. Orada o tibbi müayinədən keçib lazımi tibbi yardım göstərilmişdir. Sonra ambulator müalicə üçün evə buraxmışlar. Hal-hazırda vəziyyəti yaxşıdır. Avtomobilin onu vurması təhlükəsinin yaranmasını 1 metr məsafədə görmüşdür. Məsafə az olduğundan təhlükədən yayına bilməmişdir. Baş vermiş hadisə ilə bağlı şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində etibarnamə ilə idarə etdiyi Khazar LX markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillə arxa-arxaya verərkən ehtiyatsızlıq edib piyada qismində olan X2 vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32, 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2010/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2010/2022
28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver