Məhkəmə qərarları › İş №3(009)-2012/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2012/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2012/2021 02.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi və qərarından şikayət olunan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8i Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8i Xidməti 2ci ərazi X8 İdarəsinin 24 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından "xxxx" MMC-nin nümayəndəsi X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : "xxxx" MMC-nin nümayəndəsi X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8i Xidməti 2-ci ərazi X8 İdarəsinin 24 sentyabr 2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 24 sentyabr 2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi zamanı kobud prosesual pozuntulara yol verilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkararın maraqlarının müdafiəsi haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən yoxlayıcı orqan sahibkarı və aidiyyəti şəxslərin yoxlama materiallarıa baılması ilə bağlı iclasın vaxtı və yeri haqqında rəsmi qaydada yazılı şəkildə xəbardar etməyə borclu olduğu bildirilmişdir. Lakin, bununla bağlı nə "xxxx" MMC-yə nə də X4 məlumat verilməmişdir. Həmin Qanunun 32.1-ci maddəsində yoxlayıcı orqanın vəzifəli şəxsləri yoxlama materiallarına baxarkən düzgün qərarın çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğunu və X3 yoxlama materiallarına baxılması prosesində iştirak etməməyi əhəmiyyət kəsb edən halların qapalı qalmasına gətirib çıxardığını qeyd etmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.17-3.4.21-c maddələrində reyestrə yoxlama ilə bağlı daxil edilməli olan məlumatlar əks olunmuşdur. Yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat, yoxlamanın nəticəsi, aşkaranmış qanun pozuntusunun məzmunu, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri, qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərin götürülüb-götürlməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri, məsuliyyətə cəlb edilmiş şəxslər, materialların göndərildiyi dövlət orqanları, aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, həmin tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri reyestrdə qəbul olunmamışdır. İXM-nin 100.1-ci maddəsində izibati xəta haqqında protokolda göstərilməli olan məlumatlar öz əksini tapmamışdır. Tərtib edilmiş protokolda inzibati xətanın mahiyəti barədə məlumat dəqiq yazılmamış, sadəcə X1 6.1 - 6.10-cu maddələrinin tələblərinin pozulması qeyd edilməklə ötüşdürülmüşdür. Qərar verilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.3 və 115.1.4. maddələrinə riayət edilməmiş, fərdi identifikasiya nömrəsi və müəyyən edilmiş hallar bütöv şəkildə əks etdirilməmiş, sadəcə ümumi sözlərdən istifadə edilərək qəbul edildiyi göstərilərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8i Xidmətinin 24 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən və qərarından şikayət olunan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8i Xidmətinin nümayəndəsi X7 yazılı etirazı məhkəməyə təqdim edərək bildirmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211609327 nömrəli çıxarış əsasında 10.09.2021-ci il tarixdə yoxlama keçirilmişdir və 10.09.2021-ci il tarixli, 2829 nömrəli Yanğın texniki- Müayinə Aktı tərtib edilmişdir. 10 sentyabr 2021ci il tarixdə MN ******* nömrəli tərtib edilmiş Protokolda YTQ 01-2001 bənd 6.1-6.10 tələbləri pozulduğu qeyd edilmiş və X4 təqdim edilməklə imza etdirilmişdir. "xxxx" MMC-nin Corneliani mağazasının Yanğına qarşı cavabdeh şəxsi X6 olduğunu, 14.09.2021-ci il tarixli, 37/M-00886 nömrəli Bildiriş "xxxx" MMC-nin nümayəndəsi İsmayılzadə Elvinə təqdim edildiyini və imza etdirildiyini qeyd etmişdir. 24.09.2021-ci il tarixli, MN ******* nömrəli qərarı çıxarılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8i Xidməti 2-ci ərazi X8 İdarəsinin nümayəndəsi X5, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti-87 ünvanında yerləşən "SİNTEKS” MMC-yə məxsus Corneliani mağazasında yanğın-texniki müayinə keçirən zaman bu obyektdə yanğın xəbərçisi siqnalizasiya qurğularının olmadığı aşkar olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti-87 ünvanında yerləşən "SİNTEKS” MMC-yə məxsus Corneliani mağazasında yanğın-texniki müayinə keçirən zaman bu obyektdə yanğın xəbərcisi siqnalizasiya qurğularının olmadığı aşkar olunmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 10 sentyabr 2021-ci il tarixli yanğın-texniki müayinə aktından görünür ki, "SİNTEKS” MMC tərəfindən elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılması və istismar vəziyyəti ilə bağlı pozuntular aşkar olunmuşdur. Qeyd olunan pozuntular məhkəməyə təqdim olunmuş fotoşəkillərlə də öz təsdiqini tapır. 14.09.2021-ci il tarixli, 37/M-00886 saylı bildirişdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qismində 24.09.2021-ci il tarixdə, saat 10:00-da Azərbaycan Respublikası İXM-nin 518.1-ci madəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 713 nömrəli işin baxılmasında iştirak etmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8i Xidməti 2-ci ərazi X8 İdarəsinə çağırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8i Xidməti 2-ci ərazi X8 İdarəsi tərəfindən tərtib edilmiş 24.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "SİNTEKS” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. 10 sentyabr 2021-ci il tarixli əmrdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti-87 ünvanında yerləşən "SİNTEKS” MMC-yə məxsus Corneliani mağazasının yanğın təhlükəsizliyinin təmini və ona nəzarəti üçün “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”na uyğun olaraq X6 təyin edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti-87 ünvanında yerləşən "SİNTEKS” MMC-yə məxsus Corneliani adlı mağazada yanğın-texniki müayinə keçirən zaman bu obyektdə yanğın xəbərçisi siqnalizasiya qurğuları aşkar olmadığından "SİNTEKS” MMC-nin barəsində 10.09.2021-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 24 sentyabr 2021-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 10 sentyabr 2021-ci il tarixli əmrə əsasən yanğın təhlükəsizliyinin təmini və ona nəzarəti üçün “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”na uyğun olaraq X6 tərəfindən nəzərdə tutulmasına baxmayaraq MMC üzərinə düşən vəzifələri lazımınca icra etməmiş və barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8i Xidməti 2-ci ərazi X8 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8i Xidməti 2-ci ərazi X8 İdarəsinin 24.09.2021-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan "xxxx" MMC-nin nümayəndəsi X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC-nin nümayəndəsi X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8i Xidməti 2ci ərazi X8 İdarəsinin 24 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar