Məhkəmə qərarları › İş №3(009)-2013/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2013/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2013/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələri ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli İD**********, xx.xx.2023-cü il tarixli İD**********, xx.xx.2023-cü il tarixli **********13 və xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətləri əsasında ölkəyə idxal olunmuş qida məhsul partiyalarının serifikatlaşdırılması və xx.xx.2023-cü il tarixli 319/FN, xx.xx.2023-cü il tarixli 333/FN və xx.xx.2023-cü il tarixli 335/FN və xx.xx.2023-cü il tarixli 349/FN nömrəli qərarların icra olunmamasına görə vəzifəli şəxs X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli İD**********, xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətləri əsasında idxal olunmuş qida məhsul partiyalarının serifikatlaşdırılması və xx.xx.2023-cü il tarixli 335/FN, xx.xx.2023-cü il tarixli 349/FN nömrəli qərarların icra olunmamasına görə vəzifəli şəxs X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 inzibati xəta haqqında protokola etiraz edərək, protokolun düzgün tərtib olunmadığını, protokol və “Qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərarları arasında ziddiyyət olduğunu bildirərək, işin geri qaytarılmasına i xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi Nümayəndə2 qərarlar və protokollar arasında ziddiyyətlərin olmasını və işin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material düzgün tərtib olunmadığından və inzibati xətalar haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkar olduğundan, təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraata başlanması bildirişindən görünür ki, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli İD**********, xx.xx.2023-cü il tarixli İD**********, xx.xx.2023-cü il tarixli **********13 və xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətləri əsasında ölkəyə idxal olunmuş qida məhsul partiyaları barədə “Qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” xx.xx.2023-cü il tarixli 319/FN, xx.xx.2023-cü il tarixli 333/FN və xx.xx.2023-cü il tarixli 335/FN və xx.xx.2023-cü il tarixli 349/FN nömrəli qərarlar qəbul olunmuşdur. “Qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qəbul olunmuş xx.xx.2023-cü il tarixli 319/FN, xx.xx.2023-cü il tarixli 333/FN və xx.xx.2023-cü il tarixli 335/FN və xx.xx.2023-cü il tarixli 349/FN nömrəli qərarların icra müddəti 10 (on) gün qeyd olunmuşdur. Lakin, qərarın icrası ilə bağlı məlumat Agentliyin Bakı regional bölməsinə daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqındaprotokol düzgün tərtib olunmamışdır. İnzibati xəta haqqında protokollar vəzifəli şəxs X1 barəsində tərtib olunsa da Şəxs MMC-nin barəsində iş baxılması üçün məhkəməyə göndərilmişdir. Bu çatışmamazlığı isə işə baxılarkən aradan qaldırmaq mümkün deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materialda ziddiyyət olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və toplanmış material tamamlanması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,109,118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələri ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar və toplanmış material Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar