Məhkəmə qərarları › İş №3(009)-2014/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2014/2023

22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2014/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə barədə qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, 04 iyun 2023-cü il tarixdə ** VT *** qeydiyyat nömrəli "BMW" markalı avtomaşınımla Bibiheybət məscidindən üzü şəhər istiqamətində hərəkətdə olarkən "jurnalistlərin binası" adlanan binanın qarşısında quraşdırılmış işıqforun yaşıl işığında keçdiyi zaman qarşı tərəfdən gələn yol patrul əməkdaşı sayrışan işıqları yandıraraq saxlama göstərişi verdi. Dərhal nəqliyyat vasitəsini saxlamışdır.. YPX əməkdaşı yaxınlaşaraq qırmızı işıqda keçdiyini bildirdi. O, yaşıl işıqda keçdiyini deyərək etiraz bildirmiş və kamera görüntülərini tələb etmişdir ki, onun yaşıl işıqda keçməyi daha aydın bilinsin. YPX əməkdaşı görüntüləri təqdim edə bilməyəcəyini, Bakı şəhəri DYP-nin 108-ci otağına yaxınlaşmağı bildimişi və əsassız olaraq İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 04 iyun 2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib etmişdir. Növbəti gün həmin 108-ci otağa yaxınlaşmış və sübut tələb etmişdir, lakin orada ona kamera görüntülərini təqdim edə bilməyəcəklərini bildirmişlər. Sonra orada olan əməkdaş isə 206-cı otağa yaxınlaşmağı bildirmişdir. 206-cı otağa yaxınlaşmış və baş veren hadisəni danışmışdır. Nə YPX nin əməkdaşı nədə ki 108-ci və 206-cı otaqlarda ona qırmızı işıqda keçməyini təsdiq edən kamera görüntüsü təqdim etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə məsuliyyət nəzərdə tutur. Lakin ona bunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. YPX tərəfindən əsassız və sübutsuz olaraq 04 iyun 2023-cü il tarixli İXP ******* nömrəli protokol əsasında ******* nömrəli 5 iyul 2023-cü il tarixli qərar qəbul edilmişdir. Şikayətinin əsasında Səbail rayon məhkəməsinin 10 avqust 2023-cü il tarixli 3(009)-1368/2023 nömrəli qərarı ilə Bakı şəhəri DYP-nin ******* nömrəli 05 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri DYP-nə göndərilmişdir. Lakin təəssüflər olsun ki, iştirakı təmin edilmədən və heç bir araşdırma aparılmadan yenidən əsassız olaraq İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan TP ******* nömrəli 18 sentyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərarla razı deyil və qərarın ləğv edilməsini zəruri hesab edir. Bu hala Səbail rayon məhkəməsinin 10 avqust 2023-cü il tarixli 3(009)-1368/2023 nömrəli qərarında münasibət bildirilmiş və protokolun heç bir sübuta əsaslanmadan yazıldığı göstərilmişdir Qeyd olunanların nəzərə alınmasını və xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə barədə qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini müdafiə edərək bildirmişdir ki, 04 iyun 2023-cü il tarixində idarə etdiyi 99VT943 dövlət qeydiyyat nişanlı, “BMW 5281” minik markalı avtomobili ilə Bakı şəhəri, Salyan yolu, dalan 4 ünvanı ilə hərəkət etmişdir. O, yoayrıcını keçərkən svetoforun yaşıl işığı yanırdı, qadağanedici işarə olan “qırmızı işıq” yanmırdı. Həmin zaman YPX əməkdaşı ona yaxınlaşaraq barəsində İXP ******* saylı protokol tərtib etmişdir. Hesab edir ki, o, qayda pozuntusu törətməmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X3 şikayətə etiraz edərək bildirmişdir ki, X4 04 iyun 2023-cü il tarixində idarə etdiyi 99VT943 dövlət qeydiyyat nişanlı, “BMW 5281” minik markalı avtomobili ilə Bakı şəhəri, Salyan yolu, dalan 4 ünvanı ilə hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətmişdir. Həmin vaxtı orada olan kamera işləmədiyindən videogörüntü mövcüd deyil. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, həmin yer yolayırıcıdır, özünün dayandığı istiqamət üzrə qırmızı işıq yanmışdır. Deməli üzbəüz yolda da qırmızı işıq yanmışdır. Həmin yer yolayrıcı olduğundan hər iki tərəfdə svetoforun qırmızı işığı yandıqda növbəti yolayrıcından hərəkət başlayır. Odur ki, Vüsal Məmmədovun yolayrıcını keçdiyi istiqamət üzrə yaşıl işıq yana bilməzdi. Bundan əlavə, Vüsal Məmmədovdan başqa digər maşınlar qırmızı işıq yandığından saxlamış, Vüsal Məmmədov isə hərəkətini davam etdirmişdir. Buna görə də tərəfindən saxlanılmış və barəsində protokol tərtib etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 18 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 04 iyun 2023-cü il tarixində saat 12:35 radələrində idarə etdiyi “BMW 5281” minik markalı 99VT943 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Salyan yolu, dalan 4 ünvanı ilə hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X4 04 iyun 2023-cü il tarixində saat 12:35 radələrində idarə etdiyi “BMW 5281” minik markalı 99VT943 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Salyan yolu, dalan 4 ünvanında hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 18 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X2 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcınm qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 18 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 avtomobili ilə Bakı şəhəri, Salyan yolu, dalan 4 ünvanında hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 18 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 18 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar