Məhkəmə qərarları › İş №3(009)-2014/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2014/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2014/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 AYNA tərəfindən tərtib edilmiş 31 iyul 2024-cü il tarixli AYN ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 AYNA tərəfindən tərtib edilmiş 31 iyul 2024-cü il tarixli AYN ******* nömrəli, inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, idarə etdiyi Chevrolet **-KJ-*** nömrəli avtomobilimə xx.xx.2024-cü ildə AYNA-mn işçiləri tərəfindən 346-.1.1-ci maddəsinə əsasən barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Yazıb Sizə bildirir ki, o, birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Avtomobili saxladığı zaman AYNA-mn əməkdaşları ona yaxınlaşıb bildiriblər ki, siz müharibə iştirakçısısınız. Onun surətini maşının ön şüşənə qabağına qoyub rahat gedə bilərsiz və onu əmin ediblər. Çəkilmiş fotoda da bu aydın görünür. O, arxayın olaraq hər hansı ödəniş etməyib. Bu əsaslarla ona inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar 130.1-ci maddəsinə əsasən qərarın surəti həmin Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 31 iyul 2024-cü il tarixdə qəbul edilsə də, şikayət Səbail Rayon məhkəməsinə 05 sentyabr 2024-cü il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətində qərarı hansı tarixdə aldığını göstərməmiş, ərizəyə qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 AYNA tərəfindən tərtib edilmiş 31 iyul 2024-cü il tarixli AYN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda ona izah olunur ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 AYNA tərəfindən tərtib edilmiş 31 iyul 2024-cü il tarixli AYN ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar