Məhkəmə qərarları › İş №3(009)-2015/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2015/2021

12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2015/2021 12.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi, Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vasif Həsənlinin Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs İcra sənədi üzrə tələbkar X2 iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, ailəli, işləməyən, Bakı, şəhəri, ak.H.Abdullayev küçəsi, ev 15, mənzil 47-də qeydiyyatda olan və yaşayan Şəxs AR İXM-nın 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru Vasif Həsənli tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş MNNo0392292 saylı inzibati xəta haqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Nizami rayon Məhkəməsinin 2(007)-843/2021 saylı, 04.02.2021-ci il tarixli icra sənədinə əsasən hər ay 02.02.2020-ci il təvəllüdlü X1 üçün 170 manat alimenti X3 ödəməlidir. Lakin T.Abbasrv həmin icra sənədini icra etməmiş və onun hazırda 2640 manat aliment borcu yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmişdir. İcra məmuru həmçinin göstərmişdir ki, borclu könüllü surətdə icra yerinə gəlmədiyi üçün axtarışa verilmiş və məcburi qaydada şöbəyə gətizdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, alimenti ödəmədiyi üçün özünü inzibati xəta törətməkdə təqsirli bilir. Lakin alimentin ödəməməyinin səbəbi maddi imkanının olmaması və heç bir yerdə işləməməsidir. İşə düzəlib maddi təminatı yaranan kimi ödənişləri həyata keçirəcək. Məhkəmə iclasında izahatı alınmış icra sənədi üzrə tələbkar X5 göstərmişdir ki, Toğrul bir dəfə 30 manat, bir dəfə 50 manat pul versə də, bir il ərzində uşağı ilə maraqlanmır, nə ad günündə, nə də digər tədbirlərdə uşağı görmək istəmir, alimenti ödəmir. İş materiallarını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin xarakterini, alimentlə əlaqədar yaranmış borc məbləgini, onların yaranma səbəbini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. AR Konstitusiyasının 129-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq məhkəmə qeyd edir ki, borclu Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün, onun əməlində AR İXM-nın 528.1-ci maddəsinin tərkibi vardır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 528.1-ci maddəsinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyəti, inzibati işin hallarını, inzibati xətanın xarakterini və onun maddi vəziyyəti nəzərə alınmışdır. Məhkəmə Şəxs inzibati tənbeh kimi cərimə tədbirinin tətbiqini kifayət hesab etməyərək, onun barəsində inzibati tənbeh növü kimi inzibati həbs təyin edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən və AR İnzibatı Xətalar Məcəlləsinin 22, 40, 43, 48-51, 115.1.1, 117, 130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilsin. Həbs etmənin müddəti Şəxs faktiki tutulduğu vaxtdan, yəni 12 oktyabr 2021-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar