Məhkəmə qərarları › İş №3(009)-2016/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2016/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2016/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-1957/21 saylı, 09 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMCnin ünvanına 19.09.2021-ci il tarixdə Qərb Ərazi Bas Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasının “X3 Lojistik” şirkətindən 99ZN396/99ZH396 nömrə nişanlı yük avtomaşınında GİB**********036 nömrəli 14.09.2021-ci il tarixli invovs sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük idarəsində **********0900 sorğu nömrəli 21.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 24.09.202t-ci il tarixdə “ipək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından 99ZN396/99ZH396 nömrə nişanlı yük avtomaşınında daxil olmuş yüklərə dair gömrük orqanına təqdim edilmiş **********0900 sorğu nömrəli 21.09.2021-ci il tarixli gömrük bəyannaməsində mənşə ölkəsi Türkiyə Respublikası bəyan edilmiş 1 (bir) ədəd 15 başlıqlı 9 iynəli və 9 rəngli sap ilə işləyən “Original” nişanlı işlənmiş tikiş maşını (220V-50HZ-2KW) yükünün mənsə ölkəsinin Türkiyə Respublikası deyil, Çin Xalq Respublikası olduğu aşkar edilmişdir. Araşdırma zamanı **********0900 sorğu nömrəli 21.09.2021-ci il tarixli gömrük bəyannaməsini tərtib etmiş "xxxx" MMC-nin direktoru, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında qeyd etmişdir ki, "xxxx" MMC-nin əsas fəaliyyəti şəxslərlə bağlanmış müqavilə əsasında qısa idxal bəyannaməsinin, gömrük bəyannaməsinin tərtib edilməsindən, həmçinin, bəzi hallarda idxal edilmiş malların rəsmiləşdirilməsindən, sonradan həmin malların idxalatçıya təhvil verilməsindən ibarətdir, "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından 99ZN396/99ZH396 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara dair qısa idxal bəyannaməsi, **********0900 sorğu nömrəli 21.09.2021-ci il tarixli gömrük bəyannaməsi "xxxx" MMC tərəfindən tərtib edilmiş, həmin bəyannamə "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında tərtib edilmiş, "xxxx" MMC tərəfindən həmin mallara dair yalnız qısa idxal bəyannaməsi, **********0900 sorğu nömrəli 21.09.2021-ci il tarixli gömrük bəyananməsi tərtib edilmiş, mallara dair digər rəsmiləşdirmə hərəkətləri isə "xxxx" MMC tərəfindən həyata keçirilməmiş, sözügedən mallara dair sənədlər "xxxx" MMC tərəfindən elektron poçt vasitəsi ilə "xxxx" MMC-və göndərildikdən sonra **********0900 sorğu nömrəli 21.09.2021ci il tarixli gömrük bəyannaməsi tərtib edilmiş, göndərilmiş mənsə sertifikatında həmin malların mənşə ölkəsi Türkiyə göstərilmiş, bu səbəbdən də, **********0900 sorğu nömrəli 21.09.2021-ci il tarixli gömrük bəyannaməsində malların mənsə ölkəsi Türkiyə yazılmış, həmin malların mənsə ölkəsi Çin olması barədə "xxxx" MMC tərəfindən hec bir məlumat yerilməmiş, həmin mallara dair bəyannamə mənsə sertifikatına uyğun tərtib edildikdən sonra gömrük orqanına göndərilmiş, gömrük orqanı tərəfindən malın şəklinin sistemə əlavə edilməsi istənilmiş, mallara dair səkillər sistemə əlavə edilərkən malın üzərində olan birkada malın mənşə ölkəsinin Çin olduğu qeyd edilmiş, bundan sonra "xxxx" MMC-nin nümayəndəsi ilə əlaqə saxlanılmış, malın mənsə ölkəsinin Çin olduğu bildirilmiş, o, isə heç bir problemin olmadığını, mənşə ölkəsinin mənşə sertifikatında olduğu kimi, yəni Türkiyə qeyd edilməsini bildirmişdir. Həmçinin, o izahatında **********0900 sorğu nömrəli 21.09.2021-ci il tarixli gömrük bəyannaməsinin təqdim edilmiş mənsə sertifikatı əsasında, yəni təqdim edilmiş mal-müşayiət sənədinə uyqun tərtib edildiyini bildirmişdir. Aparılan araşdırma zamanı mənşə ölkəsi Çin Xalq Respublikası olan 1 (bir) ədəd 15 başlıqlı 9 iynəli və 9 rəngli sap ilə işləyən “Oriqinal” nişanlı işlənmiş tikiş masını (220V-50HZ-2KW) yükünün qiymətləndirilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006-24/006632 nömrəli 29.09.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edərək ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyinin 144 nömrəli 05.10.2021-ci il tarixli ekspertiza aktına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş mənşə ölkəsi Çin Xalq Respublikası olan 1 (bir) ədəd 15 başlıqlı 9 iynəli və 9 rəngli sap ilə işləyən “Oriqinal" nişanlı işlənmiş tikiş maşınının (22QV-50HZ-2KW) 19.09.2021-ci il tarixə orta bazar qiymətinin 8000,00 (səkkiz min) manat olduğu müəvvən edilmişdir. Həmçinin, aparılan araşdırma zamanı orta bazar qiyməti 8000,00 (səkkiz min) manat olan 1 (bir) ədəd 15 başlıqlı 9 iynəli və 9 rəngli sap ilə işləyən “Qriqinar nişanlı işlənmiş tikiş maşını (220V-50HZ-2KW) yükünün gömrük dəyərinin müəvvən edilməsi və həmin gömrük dəyəri ilə **********0900 sorğu nömrəli 21.09.2021-ci il tarixli gömrük bəyannaməsində gömrük orqanına bəyan edilmiş gömrük dəyəri arasında fərqin olub-olmaması, olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/026201 saylı 07.10.2021-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq daxil olmuş 34/012/026270 saylı 08.10.2021-ci il tarixli raportda "Azərekspertiza” Birliyinin 144 nömrəli 05.10.2021-ci il tarixli ekspertiza aktına əsasən malların orta bazar qiyməti 8000,00 (səkkiz min) manat olduğu təqdirdə bu halın gömrük ödənişləri yaratmayacağı və gömrük ödənişlərinin məbləğinə təsir etməyəcəyi qeyd olunmuşdur. Beləliklə də, "xxxx" MMC tərəfindən gömrük orqanına gömrük ödənişlərinin (borcunun) məbləğinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir, belə ki, şirkət tərəfindən Türkiyə Respublikasından 99ZN396/99ZH396 nömrə nişanlı yük avtomaşınında idxal edilmiş 1 (bir) ədəd 15 başlıqlı 9 iynəli və 9 rəngli sap ilə işləyən “Qriginai” nişanlı işlənmiş tikiş maşını yükünün mənsə ölkəsi Çin Xalq Respublikası olduğu halda, **********0900 sorğu nömrəli 21.09.2021-ci il tarixli gömrük bəyannaməsinin 16-cı qrafasında sözügedən malın mənşə ölkəsi Türkiyə Respublikası bəyan edilmişdir.Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X4, Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatları vermişdir. Nəticədə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tərkibi var və onun 1000 (min) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar