Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2016/2022 26.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Şəxs Əsgəran oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Əsgəran oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 dekabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə və barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əsgəran oğluna qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Əsgəran oğlunun Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, sürücü Şəxs Əsgəran oğlu xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində “Fidan“ MMC-yə məxsus, ”Daewoo BS 090 avtobus” markalı **-TG-*** qeydiyyat nişanlı avtobusla 53 saylı marşurut üzrə Səbail rayonu M.Hüseyin küçəsində təxminən 20-25 km/saat sürətlə hərəkətdə olduğu zaman yolu döşəmə daşlardan və hava yağışlı olduğundan sürüşkənlik hiss etmiş, tez əyləci sıxmış, buna baxmayaraq avtobusun təkərinin sürüşdüyünü görüb avtobusu yolun sağ tərəfinə çəkərək yolun kənarındakı səkiyə toxundurub saxlamaq istəmişdir. Bu vaxt abtobus yolun kənarındakı səkiyə və küçə işığı dirəyinə dəyib zədələnərək dayanmışdır. Həmin vaxt əyləcin sıxılması nəticəsində sərnişinlər muvazinətlərini itirmiş, sərnişin qismində avtobusda əyləşən X1 və X2 yüngül bədən xəsarətlərinin alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermisdir. Şəxs Əsgəran oğlunu əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş və Şəxs Əsgəran oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bundan əlavə həmin qərarla müəyyən edilmişdir ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair akta əsasən Şəxs Əsgəran oğlunun alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Məhkəmə-tibb ekspertizanın xx.xx.2022-ci il tarixli 645 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-üst dodağın yumşaq toxumalarının qançır və hematoması (əzilməsi) bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə, yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtobusun statik maneə ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər dərəcədinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Həmçinin Məhkəmə-tibb ekspertizanın xx.xx.2022-ci il tarixli 60 saylı rəyindən görünür ki, digər sərnişin X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2022-ci il tarixdə, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər Beləliklə, müəyyən edilmişdir ki, sürücü Şəxs Əsgəran oğlu xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində “Fidan “MMC”-yə məxsus, ”Daewoo BS 090 avtobus” markalı **-TG-*** qeydiyyat nişanlı avtobusla 53 saylı marşurut üzrə Səbail rayonu M.Hüseyin küçəsində təxminən 20-25 km/saat sürətlə hərəkətdə olduğu zaman yolu döşəmə daşlardan və hava yağışlı olduğundan sürüşkənlik hiss etmiş, tez əyləci sıxmış, buna baxmayaraq avtobusun təkərinin sürüşdüyünü görüb avtobusu yolun sağ tərəfinə çəkərək yolun kənarındakı səkiyə toxundurub saxlamaq istəmişdir. Bu vaxt abtobus yolun kənarındakı səkiyə və küçə işığı dirəyinə dəyib zədələnərək dayanmışdır. Həmin vaxt əyləcin sixilması nəticəsində sərnişinlər muvazinətlərini itirmiş, sərnişin qismində avtobusda əyləşən X1 və X2 yüngül bədən xəsarətlərinin alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da sürücü Şəxs Əsgəran oğlu həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin ( Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir) tələblərini pozmuşdur. Bununla da, Şəxs Əsgəran oğlu Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs Əsgəran oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs Əsgəran məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs Əsgəran oğlunun şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əsgəran oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2016/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2016/2022
26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver