Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2017/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 11 oktyabr 2021-ci il tarixli 00100-1896/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Neftçala şəhəri, Heydər Əliyev prospekti, ev 209 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına İran İslam Respublikasının “X2 Kasht Gil” şirkətindən 151 nömrəli 25.09.2021-ci il tarixli invoys sənədi ilə 78A44710/78A44810 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və Bakı Baş Gömrük idarəsində **********8729 sorğu nömrəli 27.09.2021-ci il tarixli gömrük bəyannamasi ilə bəyan edilmiş mərmər və travertin daşları yükünə 27.09.2021-ci il tarixdə “İpək Yolu" gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı Şəxs MMC tərəfindən **********8729 sorğu nömrəli 27.09.2021-ci il tarixli gömrük bəyannamasi ilə bəyan edilən mərmər və travertin daşları yükündən əlavə gömrük orqanına bəyan edilməyən, mal-müşayiət sənədlərində qeyd edilməyən 1 (bir) ədəd İtaliya istehsalı “SAER" markalı və 1 (bir) ədəd Çin Xalq Respublikası istehsalı “LEO” markalı su nasosları yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan 1 (bir) ədəd İtaliya istehsalı “SAER” markalı və 1 (bir) ədəd Çin Xalq Respublikası istehsalı “LEO” markalı su nasosları yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006-24/006673 nömrəli 30.09.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyinin 146 nömrəli 05.10.2021-ci il tarixli ekspertiza aktına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 (bir) ədəd İtaliya istehsalı “SAER” markalı su nasosunun orta bazar qiymətinin 480,00 manat, 1 (bir) ədəd Çin Xalq Respublikası istehsalı “LEO” markalı su nasosunun orta bazar qiymətinin 650,00 manat, ümumilikdə ekspertiza tədqiqatına təqdim edilmiş 2 (iki) ədəd su nasosunun 26.09.2021-ci il tarixə orta bazar qiymətinin isə 1130,00 (bir min yüz otuz) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən 1 (bir) ədəd İtaliya istehsalı “SAER” markalı və 1 (bir) ədəd Çin Xalq Respublikası istehsalı “LEO” markalı su nasosları yükünün ümumilikdə orta bazar qiyməti 1130,00 (bir min yüz otuz) manat təşkil edir. Nəticədə Şəxs MMC tərəfindənAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İpək Yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 78A44710/78A44810 nömrəli avtomaşınla daxil olan və BBGİ-də **********8729 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 27.09.2021-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı bəyannamənin 31-ci qrafasında göstərilən 12 yer 397 kv.m.olan mərmər və travertin daşlarından əlavə olaraq bəyan olunmayan 1 ədəd İtaliya istehsalı SAER markalı, 1 ədəd isə Çin istehsalı LEO markalı su nasosları aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azərekspertiza” Birliyinin 146 nömrəli 05.10.2021-ci il tarixli ekspertiza aktından görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 (bir) ədəd İtaliya istehsalı “SAER” markalı su nasosunun orta bazar qiymətinin 480,00 manat, 1 (bir) ədəd Çin Xalq Respublikası istehsalı “LEO” markalı su nasosunun orta bazar qiymətinin 650,00 manat, ümumilikdə ekspertiza tədqiqatına təqdim edilmiş 2 (iki) ədəd su nasosunun 26.09.2021-ci il tarixə orta bazar qiymətinin isə 1130,00 (bir min yüz otuz) manat olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 26.09.2021-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, ünvan 2 qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına İran İslam Respublikasından 78A44710/78A44810 nömrə nişanlı avtomaşında daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********8729 saylı GB ilə bəyan edilmiş yer sayı 12, brutto çəkisi 25430 kq olan yükə gömrük yoxlaması keçirildi. Yoxlama zamanı 78A44710/78A44810 nömrə nişanlı avtomaşında daxil olmuş və təqdim edilmiş **********8729 saylı GB-nin 31-ci qrafasında göstərilən 12 yer 397 kv.m olan mərmər və travertin daşlarından əlavə olaraq bəyan olunmayan 1 ədəd İtaliya stehsalı SAER markalı, 1 ədəd isə Çin istehsalı LEO markalı su nasosları aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatından görünür ki, Şəxs MMC-nin əsas fəaliyyəti müxtəlif ölkələrdən keramika məmulatlarının idxalı, sonradan həmin malların daxili bazarda topdan satışını həyata keçirməkdən ibarətdir. “Keramo Group" MMC-nin ünvanına 26.09.2021-ci il tarixdə İran İslam Respublikasının “X2 Kasht Gil” şirkətindən 78A44710/78A44810 nömrə nişanlı yük avtomaşınında mərmər və travertin daşları yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük idarəsində **********8729 sorğu nömrəli 27.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, qeyd edilən bəyannamə üzrə bəyan edilmiş yükə görə gömrük ödənişləri ödənildikdən sonra gömrük bəyannaməsi sənəd məmuru tərəfindən emal edilərək buraxılışa verilmiş, MMC-nin ünvanına iran islam Respublikasının “X2 Kasht Gil” şirkətindən 78A44710/78A44810 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və Bakı Baş Gömrük idarəsində **********8729 sorğu nömrəli 27.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar Şəxs MMC və İran İslam Respublikasının “X3 Kasht Gil” şirkəti arasında bağlanmış 101/382 nömrəli 18.05.2020-ci il tarixli mügavilə əsasında idxal edilmiş, idxal edilmiş mallara görə qarşı tərəfə ödənişlər həyata keçirilməmişdir, belə ki, tərəflər arasında razılığa əsasən ödənişlər mallar idxal edildikdən sonra 24 (iyirmi dörd) ay müddətində həyata keçiriləcəkdir, idxal edilən mərmər və travertin daşları yükü ixrac edən şirkət tərəfindən göndərilmiş sənədlər əsasında rəsmiləşdirilmiş, belə ki, həmin sənədlərdə göstərilən yükün adı, çəkisi, ölçüsü **********8729 sorğu nömrəli 27.09.2021-ci il tarixli gömrük bəyannaməsində öz əksini tapmış, qeyd edilən 2 ədəd su nasos yükünün nəqliyyat vasitəsində olduğu barədə əvvəlcədən məlumat verilməmiş, həmin malların nəqliyyat vasitəsində olduğunu mallara “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilərkən məlumatları olmuşdur, aşkar edilən mallar Şəxs MMC-yə məxsusdur, yükü göndərən şirkətin səhvi nəticəsində həmin mallar 78A44710/78A44810 nömrə nişanlı yük avtomaşınına yüklənərək Şəxs MMÇ-jıin.adına göndərilmiş, lakin, mal-müşayiət sənədlərində qeyd edilməmiş, bu səbəbdən də adıçəkilən mallar Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməmiş, həmin su nasoslaru şirkət tərəfindən sifariş edilmiş, lakin, 78A44710/78A44810 nömrə nişanlı yük avtomaşınında deyil, sonradan karqo vasitəsi ilə göndərilməsi nəzərdə tutulmuşdur, gömrük orqanına bəyan edilməyən mallarla bağlı müvafiq qərar verildikdən sonra sözügedən malların gömrük ödənişlərini ödəyib rəsmiləşdirmək niyyətindədirlər. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan gömrük orqanına bəyan edilməyən malların dəyərinin 40(qırx) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 114-115, 482.1 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində gömrük orqanına bəyan edilməyən malların dəyərinin 40(qırx) faizi məbləğdə, yəni 452 (dörd yüz əlli iki) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti veriləbilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2017/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2017/2021
27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver