Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2017/2022 28.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 07 dekabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 avqust 2022-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində idarə etdiyi «Hyundai- Elantra» markalı **-NA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında izahatı alınan Zərərçəkmiş şəxs izahatında görsətmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə təxminən saat 10 radələrində öz işlərinin dalınca getmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu.Ü.Hacıbəyov küçəsindən yolun əks tərəfinə keçmək istəyirkən piyadaların keçidi üçün nəzərdə tutulmuş zolağın üzərindən yolun sağ hissəsindən sol hissəsinə keçən zaman qəfildən R.Zorqe küçəsindən üzü Ü.Hacıbəyov küçəsinə dönməkdə olan sonradan bildiyi «Hyundai-Elantra» markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü idarə etdiyi avtomaşının ön sol yan hissəsi ilə onun böyründən vurdu. Həmin vaxtı onu vuran avtomaşının sürücüsü idarə etdiyi avtomaşını saxlamadan oradan sürüb getmişdi. O, oradan işlədiyi yerə gəlib bu barədə nişanlısına məlumat vermişdi, o, da öz növbəsində AR. DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdi. Sonradan ona Səbail RPİ-dən zəng gəlmiş və o, gələrək baş verənlər barədə məlumat vermişdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 27 oktyabr 2022 -ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, «Hyundai-Elantra» markalı **-NA-***dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Şəxs əməlində «Yol hərəkəti haqqındaw Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsi və Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin tələblərinə görə toplanmış rədd materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti onun inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Şəxs izahatı alınmış və o, izahatında bildirmişdir ki, təxminən 10 ay olar ki, o, özünə «Hyundai-Elantra» markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşını alaraq idarə edir. 17 avqust 2022-ci il tarixdə təxminən saat 10 radələrində idarə etdiyi «Hyundai-Elantra» markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, R.Zorqe küçəsindən üzü Ü.Hacıbəyov küçəsi istiqamətində hərəkətdə idi. Həmin küçə ilə hərəkətini davam etdirib öz işlədiyi ünvana gəlib orada parklanma yeri nəzərdə tutulmuş yerdə park etmişdi. Hərəkətdə olan zaman hər hansı bir piyadanı vurmamışdır. Sonra ona Səbail RPİ-dən zəng gəlmiş və o, gələrək baş verənlər barədə məlumat vermişdi. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022 -ci il tarixli 742 saylı rəyindən görünür ki, piyada Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətsol dirsək oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağı nahiyəsinin hematoması bərk küt əşyanın təsirindəqn törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi,o,cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «Hyundai-Elantra» markalı 99- NA-336 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Şəxs ehtiyatsızlığı və yol hərəkəti qaydalarını pozması nəticəsində piyada Zərərçəkmiş şəxs xəsarət almışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs Şəxs ilə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2017/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2017/2022
28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver