Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-202/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 14 yanvar 2021-ci il tarixli 00100-0068/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edib Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Fransa Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 34AG3416/34AFY541 nömrəli avtomaşınla, FB200152-220 saylı 09.12.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********3291 sorğu nömrəli 24.12.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “842129 0002”, “842139 2000”, “841229 8900”, “732599 9000”, 848790 5900 "842199 0000”, 847989 9700”, 848790 9000” saylı kodlar altında “0”, “5”, “0”, “5”, “0”, “5”, “0”, “0” %-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/003-25/006843 saylı 30.12.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən FB200152-220 saylı 09.12.2020-ci il tarixli invoysun 1-7-ci, 9-15-ci, 18-ci, 24-30-cu, 35-38-ci, 40cı və 41-ci mövqeləri üzrə idxal olunan “yağ filtri, “parker” markalı hidravlik nasos, alüminiumdan dirək, poliester tərkibli filtr torbası” yüklərinin XİF MN üzrə “842129 0009”, “842139 2000”, “841360 3100”, 761090 9000”, “591190 9000” saylı kodlar altında sinifləşdirildiyi, yəni “15”, “5”, “15/ "15”% gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********3291 sorğu nömrəli 24.12.2020-ci il tarixli gömrük bəyannaməsinin bəyan edilmiş “yağ filtri, “parker” markalı hidravlik nasos, alüminiumdan dirək, poliester tərkibli filtr torbası” yüklərinin XİF MN üzrə üzrə “842129 0009”, “842139 2000”, “841360 3100”, 761090 9000”, “591190 9000” saylı kod altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə: 2597.03 azn, ƏDV üzrə 467.03 azn, elektron gömrük xidməti haqqı üzrə 30 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.4 azn təşkil edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olanxxxx” MMC-nin ünvanına Fransanın “MAİNCO” şirkətindən 6/34AFY541 nömrə nişanlı yük avtomaşınında FB200152-220 nömrəli 09.12.2020-ci il oys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********3291 sorğu M.12.2020-Cİ il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük nəsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş malmüşayiət sənədlərinin yünün araşdırılması zamanı XİFMN üzrə **********, **********, **********, 300, **********, **********, **********, ********** kodlar altında “0”, “5”, “0", “5”, ‘0”, “0” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod inifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə X3 idarəsinə 7002-25/009816 nömrəli 26.12.2020-ci il tarixli məktubla müraciət olunmuş, həmin Bakı Bas Gömrük İdarəsinə göndərilmiş 2200-017/003-25/006843 nömrəli 30.12.2020-ci avab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində olunmuşdur ki, “Şəxs" MMC-nin ünvanına FB200152-220 nömrəli 20-ci il tarixli invoys sənədinin 1-7, 9-15, 18, 24-30, 35-38, 40, 41-ci mövqeləri üzrə idxal yüklər XİFMN üzrə aşağıdakı kimi sinifləsdirilir: İnvoys Malın adı XİF MN üzrə kodu nömrəsi FE3200152-220 nömrəli invoysun 1,2,,7,9-cu vqeləri Yağ filtri 8421 29 000 9 üzrə 3-cü Hava filtri 8421 39 200 0 mövqe üzrə 4-6, 18-ci vqelər “PARKER” markalı hidravlik nasos 8413 60 310 0 üzrə 10 cu mövqe Termocüt 9025 80 800 0 üzrə 11-ci mövqe üzrə 8479 89 970 0 “ACTREG” markalı pnevmatik aktuator 12-14-cü 8431 39 000 0 mövqelər üzrə Üzəri rezin örtüklü qara metaldan rolik Alüminiumdan dirək (nərdivan kənarı 7610 90 900 0 15-ci mövqelər üçün ) 9026 20 800 0 24-cü mövqe Təzyiq sensoru 25, 27, 28-ci 8481 20 900 0 mövqelər üzrə Aktuatorlu klapan 8537 10 910 0 29-cu mövqe üzrə “AİRLOG” markalı kontroller 30-41-ci mövqe 8481 40 900 0 üzrə Qara metaldan təhlükəsizlik klapanı 35-ci mövqe üzrə 5911 90 900 0 Poliester tərkibli filtr torbası 36, 40-cı mövqe “AVİTEQ” markalı 220-240/380-415 V olt 8501 52 200 9 üzrə 0.45 kw gücünə hesablanmış elektrik mühərrik 8413 91 000 9 38-ci mövqe üzrə Qara metaldan hidravlik nasosun hissəsi Bununla da, X3 İdarəsinin rəyinə əsasən malların yuxarıda qeyd cədvəldə göstərildiyi kimi sinifləşdirildiyi təqdirdə Şəxs MMC-nin idxal rüsumu üzrə: 2597,03 manat, ƏDV üzrə 467,03 manat, elektron gömrük xidməti haqqı üzrə manat, elektron gömrük xidməti üzrə ƏDV 5,4 manat olmaqla ümumilikdə 3099,46 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, “CNİM”xxxx” MMC **********3291 sorğu nömrəli 24.12.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Həmçinin həmin protokolla müəyyən edilmişdir ki, **********5819 sorğu nömrəli 31.08.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə “Şəxs’’ MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2022/20 saylı is üzrə icraat başlanılmışdır, ilk dəfə Azərbaycan Respublikası Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxsxxxx” MMC barəsində 00100-2022/20 nömrəli is üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 994 nömrəli 25.09.2020-ci il tarixli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün qanunla 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmış ilk dəfə inzibati xəta törətdiyinə görə və vurduğu ziyanı aradan qaldırdığına görə həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan əlavə 24/24/028784 nömrəli 12.10.2020-ci il tarixli ərizəyə əsasən «Şəxs” MMC tərəfindən yaranmış gömrük ödənişlərinin ödənilməsi ilə bağlı müraciət etmiş və həmin müraciəti əsasında bəyannaməyə müvafiq düzəliş edilsə də, gömrük ödənişləri ödənilməmişdir. iş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 25.09.2020-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmış ilk dəfə inzibati xəta törətdiyinə görə və vurduğu ziyanı aradan qaldırdığına görə həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan 3099,46 manat gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 3099,46 (üç min doxsan doqquz manat qırx altı qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 faizi məbləğində, yəni 2170 (iki min yüz yetmiş ) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-202/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-202/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver