Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2026/2022 20.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi və X1 Xətalar Məcəlləsinin 335.3cü maddəsi ilə təqsirləndirilməsinə dair Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* və xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 07 dekabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli, X1 Xətalar Məcəlləsinin 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 07 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokollar geri qaytarılmalıdır. İnzibati xəta haqqında protokolda qeyd edilən maddə üzrə inzibati xətaya baxmaq səlahiyyəti İXM-in 43.1-ci maddəsinə əsasən həm məhkəmələrə aid edilmişdir, həm də həmin inzibati xətaya baxmaq səlahiyyəti İXM-in 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə də aid edilmişdir. Çünki «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən İXM-in 335.1 – 335.4 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Odur ki, X1 Xətalar Məcəlləsinin 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 07 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən baxmalı və qərar qəbul edilməlidir. Həmçinin iş materiallarında müəyyən olunur ki, inzibati xəta haqqında protokollar Şəxs və X4 barəsində tərtib edilsə də, müşayiət məktubunda X5 barəsində tərtib olunmuş inzibati xəta haqqında materialın aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərildiyi qeyd edilmişdir. Beləliklə, inzibati xəta haqqında materialdan görünür ki, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən iki ayrı-ayrı şəxs barəsində iki ayrı protokol tərtib edilsə də, tərtib edilmiş həmin protokollar birləşdirilməklə, birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 34-cü maddəsinə əsasən eyni orqanın səlahiyyətlərinə aid olduğu təqdirdə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılması müddəası nəzərdə tutulmuş, lakin inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə icraata başlamış orqanlar və vəzifəli şəxslər, o cümlədən işə baxan məhkəmələr tərəfindən bir neçə inzibati xəta haqqında protokolun bir icraatda birləşdirilməsi proseduru və qaydası müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3 və 335.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol protokol və toplanmış material tamamlanması üçün Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 07 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli, X1 Xətalar Məcəlləsinin 335.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş 07 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2026/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2026/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver