Məhkəmə qərarları › İş №3(009)-2026/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2026/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2026/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X19 qızının katibliyi, Bərəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Hüquq şöbəsinin rəisi, “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X18 Xidmətinin nümayəndəsi X17 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən "xxxx" MMC (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 29 avqust 2024-cü il tarixdə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X14 və X15 adına Nazirliyin Əmək və Məşğulluq altsistemində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Nəticədə, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlarla təsdiq edilir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X22 inzibati xəta haqqında protokolu müdafiə edərək, "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq olunaraq cərimə edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında Protokol qanunsuz və əsassızdır, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı məsuliyyət yaranması üçün əsas, işəgötürən tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş Protokola əsasən, fiziki şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktını təsdiq edən sübut kimi, “İşğaldan azad edilmiş ərazilərə giriş üçün iş icazəsi alınmış alt sistemi” göstərilmişdir. Əmək Müfəttişliyi fiziki şəxslərin adlarının “Qarabağa giriş icazə alt sistemi”ndə olmasını əsas gətirərək, həmin şəxslərin "xxxx" MMC tərəfindən əmək fəaliyyətinə cəlb edilməsi qənaətinə gəlinmişdir. Halbuki, AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi, şəxsin adının icazə portalında olması deyil, şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsidir. Hər hansı şəxsin adının icazə portalında olması onun hələ həmin ərazidə əmək fəaliyyətinə cəlb edilməsi faktını təsdiq etmir. "xxxx" MMC xx.xx.2024-cü il tarixli, 06-750 saylı məktubla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edərək, adları etiraza əlavə edilmiş cədvəldə qeyd edilmiş şəxslərin və podratçı təşkilatların əməkdaşlarının, həmçinin müvafiq avtomobillər barədə məlumatları qeydiyyata alaraq həmin şəxslərin işğaldan azad edilmiş torpaqlara giriş-çıxışlarına icazə verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Şirkətin işçisi olmuş X15 üçün müvafiq orqandan giriş-çıxışa icazə xx.xx.2024-cü il tarixində alınarkən, həmin şəxs Şirkətin əməkdaşı olmuş, lakin o, qarşılıqlı razılıq əsasında xx.xx.2024-cü il tarixində işdən azad edilmiş, əmək müqaviləsinə xaitm verilmişdir. Müqaviləyə xitam verildikdən sonra həmin şəxs "xxxx" MMC tərəfindən bir daha əmək fəaliyyətinə cəlb olunmamış və ümumiyyətlə sözügedən əraziyə daxil olmamışdır. O ki qaldı, X10 Podratçı təşkilat "xxxx" MMC ilə "xxxx" MMC arasında müvafiq podrat müqaviləsi bağlandığından və həmin podratçı şirkətin işçilərinin "xxxx" MMC tərəfindən müvafiq müraciət əsasında işğaldan azad olunan ərazilərdə yeni yanacaqdoldurma məntəqələrinin inşası məqsədi ilə getmələri üçün icazə alındığını nəzərə alaraq, həmin podratçı şirkət "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli, 07/2024 saylı məktub ünvanlayaraq, adları qeyd edilən işçilərin, eyni zamanda X5 Qarabağ portalına giriş-çıxış üçün icazə alınmasını xahiş etmişdir. Bundan başqa, "xxxx" MMC AR Daxili İşlər Nazirliyinə xx.xx.2024-cü il tarixli, 08-999 saylı məktubla müraciət edərək, işğaldan azad edilmiş torpaqlarımıza giriş-çıxışlarına icazə alınmış, adları aşağıda qeyd edilən şəxslərin işdən azad olunduqlarını nəzərə alaraq, onların ərazilərə buraxılması üçün alınmış icazələrin ləğv edilməsi xahiş edilmişdir. Müvafiq cavab Şirkətə daxil olmadığı üçün, "xxxx" MMC tərəfindən AR Daxili İşlər Nazirliyinə yenidən xx.xx.2024-cü il tarixli, 08-1078 saylı məktubla müraciət edilərək, işğaldan azad edilmiş torpaqlara girişçıxışlarına Şirkət tərəfindən icazə alınmış X11 (FİN-1WCT8LE), X15 (FİN-47WSBM6) və X3 (FİN-2UPRBGZ) icazələrin ləğv edilib-edilməməsi barədə məlumat verilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0-750 saylı məktubuna adları əlavə edilmiş cədvəldə şəxslərin Şirkətin işçisi və ya podratçı təşkilatın işçisi olması qeyd edilmişdir. "xxxx" MMC tərəfindən AR Əmək Məcəlləsinin bütün tələblərinə tam şəkildə və yüksək səviyyədə riayət olunmuş, işçilərlə əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla həyata keçirilmişdir. İcazə alınmış şəxslərinin adının portalda qalması və ya olması hər hansı bir inzibati xəta tərkibi yaratmır. Qeyd edilənləri nəzərə alaraq, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunması xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin Baş X2 ilə X15 arasında bağlanmış 05 iyun 2024-cü il tarixli, 47WSBM6000400 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, X15 xx.xx.2024-cü il tarixindən Avtobaza sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən "xxxx" MMC ilə işçi X15 arasında bağlanmış 05 iyun 2024-cü il tarixli, 47WSBM6000400 nömrəli əmək müqaviləsi xx.xx.2024-cü il tarixində sistemə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 909/K saylı əmrdən çıxarışdan görünür ki, Avtobazanın ** JA *** dövlət qeydiyyat nişanlı “MAN” markalı maşının sürücüsü X15 öz xahişi ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xx.xx.2024cü il tarixindən işdən azad edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə xx.xx.2024-cü il tarixli, 06-750 saylı ünvanladığı məktubun surətindən görünür ki, adları məktuba əlavə edilmiş cədvəldə qeyd edilmiş şəxslərin və podratçı təşkilatların əməkdaşlarının, həmçinin müvafiq avtomobillər barədə məlumatları qeydiyyata alaraq həmin şəxslərin işğaldan azad edilmiş torpaqlara giriş-çıxışlarına icazə verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş adları qeyd edilən cədvəldə şəxslərin status bölməsində "xxxx" MMC-nin işçisi və ya podratçı təşkilatın işçisi olması qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 07/2024 saylı məktubun surətindən görünür ki, "xxxx" MMC azad olunan Qarabağ torpaqlarında "xxxx" MMC-nin sifarişi əsasında təmir-bərpa işlərinin aparılması ilə əlaqədar adları çəkilən işçilərin X12, X6, X7 və X8 Qarabağ portalına giriş-çıxış icazələrin verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 08-999 saylı məktubun surətindən görünür ki, işğaldan azad edilmiş torpaqlara giriş-çıxışlarına Şirkət tərəfindən icazə alınmış, adları çəkilən işçilərin X4, X9 və X3 işdən azad olunduqlarını nəzərə alaraq, onların ərazilərə buraxılması üçün "xxxx" MMC tərəfindən alınmış icazələrin ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixindən Azpetrol şirkətində Avtabaza sürücüsü vəzifəsinə işə qəbul edilmiş, işğaldan azad edilmiş ərazilərə onun üçün portaldan müvafiq giriş-çıxış icazəsi alınmasına baxmayaraq, o həmin ərazilərə işlədiyi müddətdə və ondan sonra getməmiş, öz ərizəsi əsasında xx.xx.2024-cü il tarixindən işdən azad edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, heç vaxt Azpetrol şirkətində işləməmiş, "xxxx" MMC şirkətinə işə qəbul edilmiş, həmin şirkətin əməkdaşı olmuşdur. Santexnika işləri üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, işğaldan azad edilmiş ərazilərə onun üçün portaldan müvafiq giriş-çıxış icazəsi alınmasına baxmayaraq, o 2023 və 2024-cü illərdə həmin ərazilərə getməmişdir. Sonuncu dəfə işğaldan azad edilmiş ərazilərə 2022-ci ildə "xxxx" MMC-nin əməkdaşı kimi getmişdir. Məhkəmə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gələrək aşağıdakı hüquqi dəyərləndirməni zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı məsuliyyət yaranması üçün əsas işəgötürən tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsidir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş protokola əsasən, fiziki şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktını təsdiq edən sübut kimi “Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq alt sistemi” göstərilmişdir. Başqa sözlə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsi fiziki şəxslərin adlarının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq alt sistemi”ndə olmasını əsas gətirərək, həmin şəxslərin "xxxx" MMC tərəfindən əmək fəaliyyətinə cəlb edilməsi nəticəsinə (qənaətinə) gəlmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi şəxsin adının icazə portalında olması deyil, şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsidir. Hər hansı şəxsin adının icazə portalında olması onun həmin ərazidə əmək fəaliyyətinə cəlb edilməsini təsdiq etmir. Məhkəmə inzibati protokolda adı qeyd edilmiş X13 münasibətdə qeyd edir ki, sonuncu ilə "xxxx" MMC şirkəti arasında müvafiq əmək müqaviləsi bağlanmış, buna müvafiq olaraq da işğaldan azad edilmiş “Xankəndi, Ağdərə ərazilərinə giriş icazə alt sistemi”ndə həmin şəxs üçün icazə alınmış, icazə alınarkən Ə.Əhmədov şirkətin işçisi olmuşdur. Lakin qısa müddət sonra həmiş şəxslə qarşılıqlı razılıq əsasında əmək müqavilələrinə xitam verilmiş, müqaviləyə xitam verildikdən sonra həmin şəxs "xxxx" MMC tərəfindən bir daha əmək fəaliyyətinə cəlb olunmamış və ümumiyyətlə sözügedən əraziyə daxil olmamışdır. Məhkəmə inzibati protokolda adı qeyd edilmiş digər şəxs X10 münasibətdə isə qeyd edir ki,sonuncu "xxxx" MMC şirkətinin əməkdaşı deyil "xxxx" MMC-nin işçisi olmuş, məhz həmin şirkətin xx.xx.2024-cü il tarixli, 07/2024 saylı məktubu əsasında X8 Xankəndi, Ağdərə ərazilərinə (Qarabağ portalına) giriş-çıxış üçün icazəsi alınmasına baxmayaraq, X1 əraziyə daxil olmamış, "xxxx" MMC tərəfindən heç bir işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bütün tələblərinə tam şəkildə riayət olunmuş, işçi ilə əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla həyata keçirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icazə alınmış şəxslərin adının portalda qalması hər hansı inzibati xəta yaratmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Lakin iş üzrə materiallardan aydın olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər İdarəsi istinad etdiyi inzibati xətanın törədilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yalnız “Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq alt sistemi”-də mövcud olan məlumatlara əsaslanaraq, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsindən şübhələnərək, yalnız bu şübhənin əsasında tamamilə qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün həmin maddədə nəzərdə tutulan fakt, yəni işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi sübuta yetirilməlidir. Şəxslərin həmin əraziyə giriş-çıxış icazələrinə malik olması nəyinki onların işə cəlb edilməsi faktını, heç həmin şəxslərin həmin əraziyə daxil olubolmadıqları faktını belə təsdiqləmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1- ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biritəqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir (101.1). İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir (101.2). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi, əməldə inzibati xətanın tərkibinin yaranması üçün "xxxx" MMC-nin hərəkətlərindən zəruri əlamətlərdən sayılan qəsd və ya ehtiyatsızlıq olmalıdır, lakin məhkəmə tərəfindən bu əlamətlər müəyyən edilməmişdir. Eyni zamanda "xxxx" MMC-nin hərəkətləri nəticəsində hər hansı ictimai münasibətlərə ziyan vurulması halı da müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün 29 avqust 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar