Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2029/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndələri X6 və X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs nümayəndəsi X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 08 oktyabr 2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi ilə Q.Əlizadə küçəsinin kəsişməsində çoxmərtəbəli yaşayış binasının tikintisini aparan Şəxs qanunsuz olaraq təhkim zolağında (piyada səkisində) hasar quraşdırmış və digər maneələr yerləşdirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndələri X6 və X3 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X9 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunmuş hüquqi şəxs Şəxs nümayəndəsi X8 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, 08 oktyabr 2021-ci il tarixdə Bakı Nəqliyyat Agentliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Səbayıl Rayon Məhkəməsinə göndərilmişdir. Lakin həmin protokol qanunsuz və əsassızdır. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməmiş, qeyd olunan protokol formal mülahizələrə və qərəzə əsaslanmışdır. Şəxs barəsində protokol tərtib olunmasına əsas olmuş tikinti işləri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 26 avqust 2016-cı il tarixli, 116 saylı sərəncamına müvafiq olaraq aparılmışdır. Həmin Sərəncama əsasən ünvan 1 ünvanında 1-2 mərtəbəli yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün Şəxsnə icazə verilmiş və bu məqsədlə 0,612 ha torpaq sahəsi Şəxs istifadəsinə verilmişdir. Torpaq sahəsinin koordinatları isə 30 avqust 2016-cı il tarixdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətli şəxsi tərəfindən ayrıc xətti ilə təsdiqlənmişdir. Tikiləcək binaların üz fasadından Q.Abbasov küçəsindəki yolun sərhəddinə qədər 8 metr enində, 125 metri uzunluğunda ərazi tikinti üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş MTK-ya ayrılmış əraziyə daxil edilmişdir. Şəxs tərəfindən həmin ərazidə eni 3 metr, uzunluğu 125 metr olan piyada yolu hərəkət üçün şərait yaradılmaqla tamet daşlarla üzlənərək tikilmişdir. Piyada keçidindən yolun hərəkət hissəsinə qədər 3 metr məsafə var ki, bu da piyadaların təhlükəsiz hərəkəti üçün tam şərait yaradır. Lakin Bakı Nəqliyyat Agentliyi tərəfindən qərəzli olaraq həmin ərazinin piyadaların hərəkətinə maneə olmasını bildirərək, 08 oktyabr 2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda Qurban Abbasov küçəsi boyunca heç bir yerdə avtomobillərin durmasını qadağan edən 3.28 yol nişanı qoyulmamasına baxmayaraq, yalnız MTK-nın ərazisi boyunca 125 metr məsafədə avtomobillərin durmasını qadağan edən 3.28 yol nişanı qoyulmuşdur. Bu isə Şəxsnə qarşı təzyiq vasitəsi kimi istifadə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsində isə təhkim zolağında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsinə görə cərimələr nəzərdə tutulmuşdur. Şəxs tərəfindən isə həmin maddənin tələblərini pozacaq heç bir iş görülməmişdir. Təhkim zolağında, həmçinin səkidə bina tikintisinə aid qurğu, konstruksiyalar və digər maneələr yerləşdirilməmiş, hasarlama işləri aparılmamışdır, barələrində tərtib olunmuş inzibati protokol əsasızdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirdi ki, o, Şəxs şöbə müdiri vəzifəsində işləyir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 26 avqust 2016-cı il tarixli, 116 saylı sərəncamına müvafiq olaraq ünvan 1 ünvanında 1-2 mərtəbəli yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılmasına Şəxsnə icazə verilmiş və bu məqsədlə 0,.612 ha torpaq sahəsi həmin MTK-nın istifadəsinə verilmişdir. Torpaq sahəsinin koordinatları isə 30 avqust 2016-cı il tarixdə Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən ayrıc xətti ilə təsdiqlənmişdir. Tikiləcək binaların üz fasadından Q.Abbasov küçəsindəki yolun sərhəddinə qədər 8 metr enində 125 metri uzunluğunda ərazi tikinti üçün MTK-ya ayrılmış əraziyə daxil edilmişdir. MTK tərəfindən ona ayrılmış ərazidə eni 3 metr, uzunluğu 125 metr olan piyada yolu tamet daşlarla üzlənərək tikilmişdir. Piyada keçidindən yolun hərəkət hissəsinə qədər 3 metr məsafə varki, bu da piyadaların təhlükəsiz hərəkəti üçün tam şərait yaradır. Məhkəmə iclasında dindirilmiş mütəxəssis X10 izahatında göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agantliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Texnoloji İnstitunun aparıcı mühəndisi vəzifəsində uzun müddət işləmişdir. Hazırda isə “Diadem” qapalı səhmdar cəmiyyətində mütəxəssis vəzifəsində işləyir. Onun tərəfindən ünvan 1 ünvanında Şəxs tərəfindən tikinti aparılan əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tikinti işləri həyata keçirilərkən, Şəxs tərəfindən təhkim zolağında bina tikintisinə aid qurğu, konstruksiyalar və digər maneələr yerləşdirilməmiş, piyadaların təhlükəsizlik hərəkəti üçün heç bir maneə yaradılmamışdır. Həmçinin piyadaların hərəkəti üçün nəzərdə tutulan səkidə əlavə qurğuların, konstruksiyaların yerləşdirilməsi aşkar olunmamışdır. Piyadaların təhlükəsiz hərəkət etmələri üçün yeni müasir üslubda tikinti normalarına cavab verən qaydada inşa edilmiş zolaq ilə yolun hərəkət hissəsi arasında 3 metr məsafə vardır ki bu piyadaların tam təhlükəsiz hərəkəti üçün şərait yaradır. Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Dövlət Baş Ekspertiza idarəsinin imza və möhürləri ilə təsdiq olunmuş layihə əsasında, Səbail Rayonun İcra Hakimiyyətinin sərəncamı ilə ayrılmış torpaq sahəsi daxilində səkidən və yoldan kənarda inşa edilmiş hasar layihə əsasında aparılmışdır. Binanın tikintisinə 2018-ci ildən başlanaraq hasarlanmış ərazidə əvvələr Qəzənfər Əlizadə küçəsində tikinti ərazisinə düşən sahədə heç bir piyada zolağı olmamışdır. Qeyd olunan xüsusatlarla əlaqədar 01 noyabr 2021-ci il tarixdə rəy tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan 01 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında Şəxs tərəfindən tikinti işlərinin aparıldığı əraziyə baxış keçirilmişdir. Baxış zamanı tikinti işləri zamanı Şəxs tərəfindən yolun təhkim zolağında tikinti-texniki, eləcə də digər işlərin aparılmasına dair hər hansı hal müəyyən edilməmişdir. Həmçinin həmin ərazidə piyadaların təhlükəsizlik hərəkəti üçün heç bir maneə yaradılmamış, piyada səkisində əlavə qurğuların, konstruksiyaların yerləşdirilməsi aşkar olunmamışdır. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə və Qurban Abbasov küçələrinin kəsişməsində yerləşən Şəxs tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ərazisinə keçirilmiş baxış barəsində mütəxəssis rəyindən görünür ki, Şəxs təhkim zolağında bina tikintisinə aid qurğu, konstruksiyalar və digər maneələr yerləşdirməmiş, piyadaların təhlükəsiz hərəkəti üçün heç bir maneə yaratmamışdır. Səkidə əlavə qurğuların, konstruksiyaların yerləşdirilməsi aşkar olunmamışdır. Piyadaların təhlükəsiz hərəkət etmələri üçün yeni müasir üslubda tikinti normalarına cavab verən qaydada inşa edilmiş zolaq ilə yolun hərəkət hissəsi arasında 3 metr məsafə vardır ki, bu piyadaların tam təhlükəsiz hərəkəti üçün şərait yaradır. Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Dövlət Baş Ekspertiza idarəsinin imza və möhürləri ilə təsdiq olunmuş layihə əsasında, Səbail Rayonun İcra Hakimiyyətinin sərəncamı ilə ayrılmış torpaq sahəsi daxilində səkidən və yoldan kənarda inşa edilmiş hasar layihə əsasında aparılmışdır. Binanın tikintisinə 2018-ci ildən başlanaraq hasarlanmış ərazidə əvvələr Qəzənfər Əlizadə küçəsində tikinti ərazisinə düşən sahədə heç bir piyada zolağı olmamışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 avqust 2016-cı il tarixli, 116 saylı sərəncamının surətindən görünür ki, Səbail rayonu, Bayıl rayonu ərazisində yerləşən uzunmüddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 32,34,36 ünvanlarında yerləşən 1-2 mərtəbəli yaşayış binasının söküntüsü Şəxs tərəfindən yerinə yetirilməsinə, həmin cəmiyyətə sahəsi 0,612 hektar olan ərazi çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. İş materiallarında olan 30 avqust 2018-ci il tarixli aktın surətindən görünür ki, həmin aktla Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 32,34,36 ünvanlarında Şəxs tərəfindən tikinti işlərinin həmin aktda aparılmış cizgiyə uyğun ərazidə aparılmasına icazə verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin, şahidlərin və mütəxəssisin izahatı, eləcə də 01 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokol, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 avqust 2016-cı il tarixli, 116 saylı sərəncamı və 30 avqust 2018-ci il tarixli aktla müəyyən edildi ki, Şəxs Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 avqust 2016-cı il tarixli, 116 saylı sərəncamı və 30 avqust 2018-ci il tarixli aktla tikinti işləri aparılması üçün ayrılmış ərazidə tikinti işləri aparmış və bu zaman yolun təhkim zolağında hər hansı tikinti-texniki işləri görülməmişdir. Lakin məhkəməyə təqdim edilmiş 08 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi ilə Q.Əlizadə küçəsinin kəsişməsində çoxmərtəbəli yaşayış binasının tikintisini aparan Şəxs qanunsuz olaraq təhkim zolağında (piyada səkisində) hasar quraşdırdığı və digər maneələr yerləşdirdiyi göstərilmişdir. Buna baxmayaraq, həmin protokolda qeyd olunan xüsusatları təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, inzibati xəta haqqında protokola yalnız 08 oktyabr 2021-ci il tarixli akt və həmin akta bir neçə fotoşəkil əlavə olunmuşdur. Həmin aktda və fotoşəkillərdə isə avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahəsində hər hansı tikinti işlərinin aparılmadığı, əksinə avtomobil yolu ilə tikinti işlərinin aparıldığı iddia edilən ərazi arasında torpaq sahəsinin olduğu və orada ağacların yerləşdiyi görünür. Digər tərəfdən 08 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda qanunun mənası təhrif olunmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsində göstərilən təhkim zolağı ifadəsi, yalnış olaraq piyada səkisi ilə eyniləşdirilmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə təhkim zolağı dedikdə, avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələri, avtomobil yolu dedikdə isə dövlət standartlarına, yol hərəkəti qaydalarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik sürəti tənzimlənən avtomobil nəqliyyatı vasitələrinin bütün il boyu fasiləsiz, təhlükəsiz və rahat hərəkətini təmin edən konstruksiyalar və mühəndis qurğular sistemi başa düşülür. Bundan başqa, hazırki işin hallarından Şəxs Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi ilə Q.Əlizadə küçəsinin kəsişməsində tikinti işlərinin aparılması üçün ayrılmış ərazidəki yolun təhkim zolağında bina tikintisinə aid qurğu, konstruksiyalar və digər maneələr yerləşdirilməsi, hasarlama işləri aparması müəyyən olunmamış, bununla da, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 358.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxsnə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, Şəxs əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 358.0.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 358.0.4-cü maddəsi ilə başlanılmış inzibati xəta iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2029/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2029/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver