Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2030/2021 15.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 07.03.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 07.03.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar 07 mart 2021-ci il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 15 oktyabr 2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 07.03.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ona rəsmi qaydada hansı tarixdə təqdim edildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar 07 mart 2021-ci il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə 7 ay 8 gün sonra, yəni 15 oktyabr 2021-ci il tarixdə daxil olmuşdur. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, şikayətçi öz şikayətində hadisənin məhz 07.03.2021-ci il tarixdə radələrində baş verdiyini, həmçinin hadisədən növbəti gün inzibati tənbeh tətbiq olunmasına dair sms göndərildiyini qeyd etmiş və həmin zaman inzibati tənbehvermə barədə qərarın qəbul edilməsindən məlumatlı olsa da, məhkəməyə 15.10.2021-ci il tarixdə müraciət etmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 07.03.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 07.03.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2030/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2030/2021
15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver