Məhkəmə qərarları › İş №3(009)-2032/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2032/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2032/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Nümayəndə2, Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1, onun vəkili X2 iştirakları ilə, Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra Şöbəsi tərəfindən vəzifəli şəxsi Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 2539/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs2 MMC-nin vəzifəli şəxsi Şəxs1 icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Nəticədə vəzifəli şəxsi Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Nümayəndə2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2539/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs barəsində olan xx.xx.2021-ci ıl tarixli, 834 nömrəli əmr ləğv edilməli, Zərərçəkmiş şəxs Şəxs2 MMC-nin X4 Hacıhətəmli poçt şöbəsinin poçtalyonu (şöbə rəisi vəzifəsini müvəqqəti icra edən) vəzifəsinə bərpa olunmalıdır. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq işə bərpa edilən günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. 30 manat dövlət rüsumu Şəxs2 MMCdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmiş, Şəxs2 MMC-nin şöbəyə ünvanladığı 21,02.2022-ci il tarixli məktubda həmin qərardan apellyasiya şikayətinin verilməsi qeyd olunmuş və icraatın dayandırılması xahiş edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubunda müddətin bərpasına dair verilmiş ərizənin təmin edilmədiyi və həmin qərardadın Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2539/2021 saylı, 01,03.2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxladığı göstərilərək, icra hərəkətlərinin davam etdirilməsi xahiş olunmuşdur. Bundan sonra məhkəmə qərarı yenidən xx.xx.2022-ci il tarixli məktubla borcluya göndərilərək icra sənədinin tələblərinin yerinə yetirilməsi tələb olunmuşdur. Borclu Azərpoçt MMC-nin şöbəyə ünvanladığı məktubda tələbkar Zərərçəkmiş şəxs poçtalyon vəzifəsinə bərpa olunduğu bildirilərək, müvəqqəti olaraq şöbə rəisi vəzifəsini icra etmək səlahiyyətinin ona həvalə olunduğu və hazırda həmin vəzifədə şöbə rəisi səlahiyyətlərini yerinə yetirən səlahiyyətli şəxs olduğuna görə Zərərçəkmiş şəxs həmin vəzifəyə bərpa olunmasının mümkün olmadığı qeyd edilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla xitam verilmişdir. İcra sənədi üzrə icraata xitam verilməsinə dair icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı “İnzibati icraat Haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbləri rəhbər tutulmaqla ləğv edildikdən sonra yenidən xx.xx.2023-cü il tarixli məktubla borcluya müraciət edilərək məhkəmə qərarının qərarda göstərilən formada icra olunması və qərarın icrası zamanı Əmək Məcəlləsinin 74.2-ci maddəsinin tələblərinə əməl olunması tələb olunmuşdur. Borclu Azərpoçt MMC-nin şöbəyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsi əsasında əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verildiyi əsas gətirilərək, onun xx.xx.2022-ci il tarixli əmrlə işə bərpa edildikdən sonra məcburi iş buraxma üçün əmək haqqının ödənildiyi və bununlada icra sənədinin tam icra olunması qeyd edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli məktubda Zərərçəkmiş şəxs məcburi işburaxma müddəti üçün poçtalyon vəzifəsi ilə yanaşı ona həvalə edilən şöbə rəisi vəzifəsi üzrə əmək haqqının da ödənildiyi qeyd edilmişdir. Bundan sonra 07.04.223-cü il tarixli qərarla icra edilməyən icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. İcra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərar xx.xx.2023-cü il tarixli qərarla ləğv edilərək icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. xx.xx.2022- ci il tarixli Ə-1499/22 saylı əmrdə X1 xx.xx.2022-ci il tarixindən 3 ay müddətinə X4 Hacıhətəmli şöbəsinə rəis vəzifəsinə təyin edildiyi qeyd edilmişdir. Qeyd olunan əmrin tarixindən göründüyü kimi şəxs həmin vəzifəyə məhkəmə qərar qanuni qüvvəsini aldıqdan sonra təyin olunmuşdur. Məhkəmə qərarının qanuni qüvvəsini alaraq icraya yönəldilməsi barədə xx.xx.2022-ci il tarixindən etibarən, eyni zamanda ötürülmüş müddətin bərpasına dair ərizənin xx.xx.2022-ci il tarixindən etibarən təmin edilməməsinə dair borclunun məlumatının olmasına baxmayaraq R.Kərimova xx.xx.2022-ci il tarixindən etibarən rəis vəzifəsinə təyin edilmişdir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 70.2-ci maddəsinə əsasən qanunsuz olaraq işdən çıxarılmış işçi əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Mövcud qanunvericiliyin tələblərindən də göründüyü kimi icra sənədi üzrə tələbkar əvvəlki vəzifəsinə (şöbə rəisi vəzifəsini müvəqqəti icra edən) bərpa olunmamış, başqa vəzifəyə təyin olunması barədə razılığı alınmamış, eyni zamanda həmin vəzifədə olan işçi barəsində Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilməmiş və o əvvəlki vəzifələrini yerinə yetirməyə başlamamışdır. Nəticədə borclu Azərpoçt MMC-nin səlahiyyətli şəxsi Şəxs1 AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsi Şəxs1 inzibati xəta haqqında protokola etiraz edərək, icra sənədi icra olunduğunu bildirərək məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş emişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsi Şəxs1 vəkili X5 inzibati xəta haqqında protokola etiraz edərək, icra orqanının qanunsuz hərəkətləri ilə əlaqədar Səbail Rayon Məhkəməsinə şikayət verildiyini bildirmişdir. Məhkəmə qətnaməsində qət etdi hissəsində tələbkarın poçtalyon vəzifəsinə bərpa olunması müəyyən edilmişdir. Habelə şöbə rəisi vəzifəsini müvəqqəti icra edən -ştat vəzifəsi mövcud deyil. Şöbə rəisi vəzifəsi ştatına işçi təyin olunmuşdur. Tələbkara məcburi işəburaxmaya görə əmək haqqı və əvəz ediciyə görə əlavə 20% ödənilmişdir. Həmçinin o, poçtalyon vəzifəsinə bərpa olunmuşdur. Lakin bir müddət sonra tələbkar ərizə yazaraq öz xahişi ilə işdən çıxmışdır, demək ki o, poçtalyon vəzifəsi ilə razılaşmış və öz xahişi ilə bu vəzifədən azad olunmasını istəmişdir. "xxxx" MMC-nin direktorun əməlində inzibati xəta hadisəsi yoxdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1 Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2539/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədinin icrasını tələb edərək bildirmişdir ki, tələbkərı qərəzli işə bərpa etmirlər. Çıxarıldığı günədək şöbə rəisi və poçtalyon vəzifəsini icra etmişdir, əmək müqaviləsi verilmədən. Tələbkəra struktur dəyişikliyi olacağını bildirərək şöbə rəisi vəzifəsi üzrə əmək müqaviləsi verilmədən işə cəlb etmişdilər, bununla da onlar əmək qanunvericiliyi köbud pozmuşdular. Aprel ayında həmçinin digər aylarda tələbkar fasiləsiz işləyirdi. Şər böhtanla yazılan şikayətin əsasında tələbkara təziq edərək, onu işdən azad etmişdilər. 2 ilə yaxındir ki, tələbkarı qərəzli işə bərpa etmirlər. Məhkəmə qətnaməsi qüvvəyə mindikdə tələbkarı bərpa etməmək məqsədi ilə o vəzifəyə digər şəxsi götürmüşdülər. Məhkəmə qətnaməsini qərəzli icra edilməməsinə görə Şəxs1 məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Murat Alyarın barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 2539/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədindən görünür ki, Zərərçəkmiş şəxs barəsində olan xx.xx.2021-ci ıl tarixli, 834 nömrəli əmr ləğv edilməli, Zərərçəkmiş şəxs Şəxs2 MMC-nin X4 Hacıhətəmli poçt şöbəsinin poçtalyonu (şöbə rəisi vəzifəsini müvəqqəti icra edən) vəzifəsinə bərpa olunmalıdır. İş materiallarında olan Şəxs2 MMC-nin xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, X4 Hacıhətəmli poçt şöbəsinin poçtalyonu Zərərçəkmiş şəxs eyni zamanda həmin şöbənin rəisi vəzifəsini icra etdiyinə görə xx.xx.2020-ci il tarixdən əmək haqqı fərqi ödənilməklə həvalə olunmuşdur. İş materiallarında olan Şəxs2 MMC-nin əmrindən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03 12 2021 -ci il tarixli 2(009)- 2539/2021 nömrəli qətnaməsini nəzərə alaraq X4 Hacıhətəmlı poçt şöbəsinin 0.5 ştat vahidi İlə işləyən poçtalyonu Zərərçəkmiş şəxs işdən azad edilməsi barədə 04.05 2021-o H tarixli 834 nömrəli əmri ləğv edilmiş, Zərərçəkmiş şəxs 09 iyun 2022-ci il tarixindən aylıq əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə, X6 Hacıhətəmü poçt şöbəsinin 0.5 ştat vahidi ilə poçtalyon vəzifəsinə bərpa edilmiş, Məcburi iş buraxmaya görə almadığı əmək haqqı və pul mükafatları xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il larixinədək X3 ödənilmişdir. İş materiallarında olan icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2539/2021-008 nömrəli, xx.xx.2021-c tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan icra sənədi üzrə icraatın dava etdirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-2539/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədi üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli "icraata xitam verilməsi haqqında" qərar ləğv edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Əmək Məcəlləsinin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs2 MMC tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2539/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədi icra edilmiş və Zərərçəkmiş şəxs əmək müqaviləsi üzrə vəzifəsinə bərpa olunmuşdur. Məhkəmə hesab edir ki, vəzifəli şəxsi Şəxs1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından vəzifəli şəxsi Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Vəzifəli şəxsi Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar