Məhkəmə qərarları › İş №3(009)-2032/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2032/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2032/2024 24.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Şəxs” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, “Şəxs” ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Şəxs” ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv ünvanında “Şəxs”ASC-yə məxsus “X5 Fe 85” markalı, **-JR-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili vasitəsilə tullantıların boşaldılaraq qalaqlanması nəticəsində “Şəxs” ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Şəxs” ASC-nin nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək izahatında göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 85566 323/xx.xx.2024 nömrəli aktda göstərilmişdir ki, araşdırma müddətində dövlət qeydiyyat nömrə nişanı 90-JR- 969 olan “MİTSUBİSHİ FUSO” markalı özüboşaldan nəqliyyat vasitəsilə tullantıların boşaldılaraq qalaqlanması aşkar edilmiş, nəqliyyat vasitəsinin sürücüsünə “Tullantılar haqqında” qanunun tələblərinin pozulduğu izah edilmiş və akt tərtib olunmuşdur. Məsələ ilə əlaqədar qeyd edirik ki, aktda qeyd olunmuş nəqliyyat vasitəsinin göstərilən yerdə olması inzibati xətanın həmin nəqliyyat vasitəsindən istifadə edilməklə törədilməsini sübut etmir. Belə ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdə inzibati xətanın törədilməsini göstərən görüntülər əks olunmadığı üçün həmin foto şəkillərin sübut kimi istifadə edilməsi məqsədəmüvafiq deyildir. Tərtib olunmuş aktda tullantıların yerdə qalaqlanması qeyd olunmaqla, nəqliyyatın ora tullantı gətirməsi və boşaltması anı sübut olunmur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmçinin, İXM-nin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Belə ki, iş materiallarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan inzibati araşdırmada iştirak edilməsi ilə bağlı “Şəxs” ASC-nə Ç-BM/2624-555 nömrəli xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, lakin məktubun göndərilməsi və məktubun çatdırılması barədə hər hansı sübut təqdim olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 106.0.6-cı maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həll etdiyi məsələlərdən biri də işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılması məsələsidir. Bildiririk ki, Ç-BM/2624-555 nömrəli xx.xx.2024-cü il tarixli məktub ümumiyyətlə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna daxil olmamışdır. İdarə sözügedən məktub barədə vaxtında məlumatlı olmadığından araşdırmada iştirakını təmin edə bilməmişdir. Belə ki, Qoruğun ünvanı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumdur və SS824838759AZ kodlu poçt göndərişi ilə MN2112960 nömrəli protokol və 4- BM/2624-641 nömrəli məktub Qoruğa göndərilmiş və sənədlər çatmışdır. Qeyd olunanlardan əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “İçərişəhər” Muzey Mərkəzinin yaradılması haqqında 22 dekabr 2018-ci il tarixli, 558 nömrəli qərarına əsasən İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliyinin artırılması məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “X1” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin, “İçərişəhər” tarix muzeyinin və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında “İçərişəhər” Muzey Mərkəzi yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları hazırda mövcud olmayan quruma yəni “Şəxs” ASC barəsində protokolu tərtib etmişlər. Mülki Məcəllənin 43-cü maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. İXM-nin 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün həmin maddədə nəzərdə tutulmuş şəxslər tərəfindən törədilmiş xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Belə ki, inzibati xəta törədilmiş olsa belə protokol tərtib olunarkən vəzifəli şəxsin adına tərtib olunmalı olduğu halda hüquqi şəxs kimi “Şəxs”ASC barəsində tərtib olunmuşdur. Həmçinin qeyd edirik ki, aktda göstərilən ərazidə olan dövlət qeydiyyat nömrə nişanı **-JR-*** olan “MİTSUBİSHİ” markalı nəqliyyat vasitəsinin sürücüsünə həmin əraziyə - Badamdar qəsəbəsi 3-cü massiv daş karyeri adlanan yerə getməsi üçün yol vərəqəsi verilməmişdir. “İçərişəhər” Mənzil Kommunal və Təmir Xidməti tərəfindən **-JR-*** nömrəli “MİTSUBİSHİ FUSO” markalı nəqliyyat vasitəsi sürücüsünə 01/30 iyun 2024-cü il tarixləri üçün verilmiş 01501 nömrəli yol vərəqəsində işin icrası üçün nəzərdə tutulmuş ünvanlar olaraq “qaraj-İçərişəhər, Balaxanı-İçərişəhər” göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq tərtib edilmiş protokol qanunsuz və əsassız olduğu üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Şəxs” ASC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, nəqliyyat vasitəsi dolu vəziyyətdə polisə aparılıb. Sonradan bizə məlum oldu ki, cərimə yazılıb. Biz sürücüyə yol vərəqəsi veririk. Həmin yollardan kənara çıxmağa icazə vermirik. Sürücü xətanı törətmiş şəxs sürücüdür. Biz bununla bağlı araşdırdıq. Sürücü idarənin xəbəri olmadan binanın arasında saxlayıb, daş, torpaq yığıb daşıyıb. Biz ona bununla bağlı töhmət də verdik. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirmişdir ki, səhər (**-JR-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini idarə edərək) işə gedən zaman idarənin xəbəri olmadan maddi pula görə zibilləri (daş, torpaq, kəcpic götürüb) daşıdı. Orda nümayəndəyə qorxduğu üçün özünü Anar kimi təqdim etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs bildirmişdir ki, biz DİN-ə sorğu verdik. Həmin nəqliyyat vasitəsi “Şəxs”nun balansındadı. Sürücü özbaşına digər əraziyə gedibsə yenə də məsuliyyət hüquqi şəxsin üzərinə düşür. Təqdim etdiyimiz videoçəkilişdə də görünür ki, sürücü həmin ərazidə tullantıları qanunsuz olaraq oraya boşaldıb. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Şəxs” ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 iyun 2024cü il tarixli 85566 saylı aktından görünür ki, Badamdar qəsəbəsi 3-cü massiv daş karyeri adlanan ərazinin yaxınlığında ayrı-ayrı hallarla sahələrdə tullantıların qalağlandığını və yandırıldığı müşahidə edilmişdir. Müşahidələr zamanı sözügedən ərazidə müxtəlif sahələrdə naməlum şəxslər tərəfindən çökək sahələrin tullantılarla doldurulması müəyyən edilsə də, həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmamışdır. Araşdırma müddətində dövlət qeydiyyat nömrə nişanı **-JR-*** olan “MİTSUBİSHİ” markalı özüboşaldan nəqliyyat vasitəsilə tullantıların boşaldılaraq qalaqlanması faktı aşkar edilmişdir, fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Mitsubishi markalı özüboşaldan **-JR-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili vasitəsilə boş əraziyə tullantılar boşaldılır. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirərkən müəyyən edilmişdir, məhkəmə iclasında şahid qismində dindirilmiş sürücü X2r, dövlət qeydiyyat nömrə nişanı **-JR-*** olan “MİTSUBİSHİ” markalı özüboşaldan nəqliyyat vasitəsilə tullantılar boşaldılmışdır. İş materiallarında olan yol vərəqinin surətindən görünür ki, qaraj-İçərişəhər, Balaxanı- İçərişəhər qaraj, qaraj-İçərişəhər qaraj icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə hüquqi şəxs cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin işçisi tərəfindən hüquqi şəxsə məxsus nəqliyyat vasitəsini idarə edərkən yol vərəqində qeyd edilən istiqamətlərdən kənara çıxması hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən nəzarəti qeyri-mümkün olduğundan inzibati xəta haqqında protokol birbaşa nəqliyyat vasitəsini idarə edən sürücü barəsində tərtib edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, “Şəxs” ASC-nin inzibati xəta törədilməsinə aidiyyəti olmadığından hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Şəxs” ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə aidiyyəti olmadığından hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar