Məhkəmə qərarları › İş №3(009)-2035/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2035/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2035/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən daxil olmuş MN ******* saylı xx.xx.2023-cü il tarixli protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X1 tərəfindən Şəxs barəsində AR İXM-nın 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair xx.xx.2023cü il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması qaydasında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, protokol aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, inzibati xəta haqqında protokola barəsində inzibati icraat başlanılmış şəxsin şəxsiyyətini təsdiq edən sənəd əlavə olunmamış, eyni zamanda onun fərdi identifikasiya nömrəsi göstərilməmiş, eyni zamanda şəxsin özü məhkəməyə gətirilməmişdir. AR İXM-nın 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən daxil olmuş məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə, İnzibati xata haqqında iş üzrə icraat göstərilən vaxtdan başlanılmış hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlanmaq mümkün olmadıqda, hakim işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəmə qeyd edir ki, inzibati xəta törədən şəxsin şəxsiyyəti onun şəxsiyyətini təsdiq edən hüquqmüəyyənedici sənəd olan şəxsiyyət vəsiqəsi və digər sənədlərlə müəyyən edilə bilər. Şəxsiyyəti təsdiq edən sənəd olmadan isə inzibati protokolun tərtib edilməsi yolverilməz hesab olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nın 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən daxil olmuş MN ******* saylı xx.xx.2023-cü il tarixli protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan qərardadın əsaslandırıcı hissəsində göstərilən səbəblərə görə geri qaytarılsın. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar