Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2035/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Dövlət Yol X8 Patrul Xidməti İnspektoru Polis Baş X2 tərəfindən qəbul olunan GP 24390183 saylı, 19 iyul 2024cü il tarixli inzibati tənbeh vermə haqqında işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadından X4 şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Dövlət Yol X8 Patrul Xidməti İnspektoru Polis Baş X2 tərəfindən qəbul olunan GP 24390183 saylı, 19 iyul 2024cü il tarixli inzibati tənbeh vermə haqqında işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadından X4 şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Dövlət Yol X8 Patrul Xidməti İnspektoru Polis Baş X2 tərəfindən qəbul olunan GP 24390183 saylı, 19 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadından X4 şikayəti ona geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş şikayətdən inzibati xəta haqqında qərarın mövcudluğu öz təsdiqini tapmır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh vermə haqqında işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadından şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, verilmiş şikayətdən inzibati xəta haqqında qərarın mövcudluğu öz təsdiqini tapmadığından və inzibati tənbeh vermə haqqında işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadından şikayət verilməsi nəzərdə tutulmadığından X6 tərəfindən verilmiş şikayət ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Dövlət Yol X8 Patrul Xidməti İnspektoru Polis Baş X1 tərtib etdiyi GP 24390183 saylı inzibati tənbeh vermə haqqında protokoldan X4 şikayəti ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2035/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2035/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver