Məhkəmə qərarları › İş №3(009)-2036/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2036/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2036/2021 02.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 13 oktyabr 2021-ci il tarixli 00100-2050/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Xocəsən gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, 07.10.2021-ci il tarixdə idxalatçı (VÖEN-**********) Şəxs MMC tərəfindən **********5288-saylı GB-də bəyan olaraq rəsmiləşdirilmiş (a/m-78A441/2-10) (barkod:**********01015) (mənşə ölkəsi İran) yükə yuxarıda göstərilən GB-nə əsasən gömrük baxışı keçirilmişdir. Baxış zamanı a/m-da **********5288-saylı GB-də bəyan olunan malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından xurma yükünün netto çəkisinin 1522 kq artıq olduğu aşkar edilmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən **********5288 sorğu nömrəli 07.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 3420 qutu iran xurması yükünün netto çəkisinin 21646 kq deyil, 23168 kq olduğu, yəni 1522 kq artıq (malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alındığından) olduğu təqdirdə qeyd olunan gömrük bəyannaməsi üzrə əlavə gömrük ödənişlərinin yaranıb-yaranmayacaqı barədə Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Gömrük Əməliyyatları idarəsinin Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinə 34/013/026585 saylı 12.10.2021-ci il tarixli raportla sorğu verilmiş, alınmış cavab raportunda Şəxs MMC tərəfindən **********5288 sorğu nömrəli 07.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 3420 qutu iran xurması yükünün netto çəkisinin 21646 kq deyil, 23168 kq olduğu, yəni 1522 kq artıq (malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alındığından) olduğu təqdirdə **********5288 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişləri idxal rüsumu üzrə 426,83 manat, əlavə dəyər vergisi üzrə 589,02 manat, ümumi isə 1015,85 manat yarandığı qeyd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 06.02.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC **********5288 sorğu nömrəli gömrük bəyannaməsində iran İslam Respublikasından 78A44110/78A44210 nömrəli nəqliyyat vasitəsində idxal etdiyi xurma yükünün netto çəkisini 1522 kq az göstərərək ümumulikdə 1015,85 manat gömrük ödənişlərindən yayınmışdır. İş materiallarına əlavə edilmiş qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC tərəfindən **********5288 sorğu nömrəli 07.10.2021-ci il tarixli GB ilə bəyan edilən 3420 qutu iran xurması yükünün netto çəkisinin 21646 kq deyil, 23168 kq olduğunu, yəni 1522 kq artıq olduğu təqdirdə əlavə ödəniləcək gömrük ödənişləri idxal rüsumu üzrə 426.83, ƏDV üzrə 589.02, ümumi isə 1015.85 mant təşkil edir. İş materiallarında olan 3(009)-575/2021 saylı 18.05.2021-ci il tarixli qərara əsasən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, 636,30 manat məbləğində cərimə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan "xxxx" MMC-nin nümayəndəsinin iştirakı təmin edilmişdir. Cəmiyyətin nümayəndəsi inzibati xətanın törədilməsini etiraf etmiş və yaranmış əlavə gömrük ödənişlərini ödəməyə hazır olduqlarını bildirmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, "xxxx" MMCyə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 1015,85 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 1015,85 (bir min bir on beş manat səksən beş qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş ) faizi məbləğdə, yəni 711 (yeddi yüz on bir) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar