Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2037/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Cəmil Hasilov küçəsi, ev 91, mənzil 7 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 16 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16.10.2021-ci il tarixdə, saat 16:10 radələrində ünvan 1 ünvanında xidmətdə olan YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 16 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs oğlu 16.10.2021-ci il tarixdə, saat 17:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 16.10.2021-ci il tarixli iltizamdan görünür ki, Şəxs Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsindən buraxılmış və 18.10.2021-ci il tarixdə polis əməkdaşları ilə məhkəməyə gedəcəyinə söz vermişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X5 izahatında göstərmişdir ki, 16.10.2021-ci il tarixdə, saat təxminən 16:10 radələrində ünvan 1 xidmətdə olan YPX əməkdaşları “Honda Accord” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü avtomobili idarə etdiyi zaman mobil telefondan istifadə etdiyi üçün saxla işarəsi vermiş, lakin bu zaman sürücü saxla işarəsinə tabe olmayaraq sürəti artıraraq ara küçələrlə insanların sıx olduğu yerlərlə manevr etməklə uzaqlaşmağa başlamış, YPX əməkdaşları dəfələrlə səs gücləndirici vasitə ilə saxla desələr də, sürücü avtomaşını saxlamamış, daha sonra süni tıxac yaradılaraq avtomobil saxlanılmış, YPX əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ona sənədlərini təqdim etməsini bildirsələr də, həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, mobil telefon vasitəsilə onları çəkməyə başlamış, onlara çəkdiyi videonu sosial şəbəkədə paylaşacağı ilə hədələmiş, daha sonra hadisə yerinə ÇPA əməkdaşları dəvət olunmuş və sürücü onların köməkliyi ilə bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs oğlu olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 16.10.2021-ci il tarixdə, saat təxminən 16:10 radələrində “Honda Accord” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 1ndə hərəkətdə olan zaman YPX əməkdaşları onun idarə etdiyi avtomaşının dalınca gəlmiş, ona saxla işarəsi verilmiş, o, da idarə etdiyi avtomaşını saxlamış, YPX əməkdaşlarına tabesizlik göstərməmiş, o, sadəcə YPX əməkdaşlarından vəsiqəsini təqdim etməsini xahiş etmiş, lakin YPX əməkdaşları vəsiqəni təqdim etməmiş və hadisə yerinə ÇPA-nın əməkdaşlarını çağırmış, ÇPA-nın əməkdaşları yaxınlaşmış, onu bölməyə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Əlavə olaraq izahatında hər hansı bir tabesizlik göstərmədiyini, özünü təqsirli bilməsə də, polis əməkdaşları ilə belə bir hadisənin yaşanmasından peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ bilavasitə tabe olan YPXA yol patrul xidməti baş inspektoru Tağıyev Əhməd Hicran oğlu izahatında göstərmişdir ki, 16.10.2021-ci il tarixdə, saat təxminən 16:10 radələrində ünvan 1 ünvanında xidmətdə olan zaman “Honda Accord” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü avtomobili idarə etdərkən mobil telefondan istifadə etdiyi üçün saxla işarəsi verilmiş, lakin bu zaman sürücü saxla işarəsinə tabe olmayaraq avtomaşının sürətini artıraraq ara küçələrlə insanların sıx olduğu yerlərlə manevr etməklə uzaqlaşmağa başlamış, dəfələrlə səs gücləndirici vasitə ilə saxla desələr də, sürücü tabe olmayaraq avtomaşını saxlamamış, daha sonra süni tıxac yaradılaraq avtomobil saxlanılmış, o və xidmət yoldaşı həmin avtomaşına yaxınlaşıb özlərini təqdim edib, qaydaları pozduğu üçün ona sənədlərini təqdim etməsini bildirsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmamış, avtomaşının şüşəsini qaldırmış, mobil telefon vasitəsilə onları çəkməyə başlamış, onlara çəkdiyi videonu sosial şəbəkədə paylaşacağı ilə hədələmiş, daha sonra hadisə yerinə ÇPA əməkdaşları dəvət olunmuş və sürücü onların köməkliyi ilə bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs oğlu olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ bilavasitə tabe olan YPXA yol patrul xidməti inspektoru X1 şahid Tağıyev Əhməd Hicran oğlunun izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ÇPA-nın polis nəfəri X4 izahatında göstərmişdir ki, 16.10.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində xidmətdə olan zaman Səbail RPİ-nin növbətçi hissəsindən G.Qarayev küçəsində YPX əməkdaşlarına kömək lazım olması barədə məlumat daxil olmuş, onlar həmin ünvana yaxınlaşmış və orada YPX əməkdaşlarının “Honda Accord” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomaşını saxladıqlarını görmüş, onlar həmin şəxsi bölməyə dəvət etmiş, həmin şəxs bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ-nin DYPİ bilavasitə tabe olan YPXA yol patrul xidməti inspektorları Ə.Tağıyev və R.Allahverdiyev tərəfindən tərtib olunmuş 16.10.2021-ci il tarixli raportdan görünür ki, 16.10.2021-ci il tarixdə, saat təxminən 16:10 radələrində ünvan 1 ünvanında xidmətdə olan zaman “Honda Accord” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü avtomobili idarə etdərkən mobil telefondan istifadə etdiyi üçün saxla işarəsi verilmiş, lakin bu zaman sürücü saxla işarəsinə tabe olmayaraq avtomaşının sürətini artıraraq ara küçələrlə insanların sıx olduğu yerlərlə manevr etməklə uzaqlaşmağa başlamış, dəfələrlə səs gücləndirici vasitə ilə saxla desələr də, sürücü tabe olmayaraq avtomaşını saxlamamış, daha sonra süni tıxac yaradılaraq avtomobil saxlanılmış, o və xidmət yoldaşı həmin avtomaşına yaxınlaşıb özlərini təqdim edib, qaydaları pozduğu üçün ona sənədlərini təqdim etməsini bildirsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmamış, avtomaşının şüşəsini qaldırmış, mobil telefon vasitəsilə onları çəkməyə başlamış, onlara çəkdiyi videonu sosial şəbəkədə paylaşacağı ilə hədələmiş, daha sonra hadisə yerinə ÇPA əməkdaşları dəvət olunmuş və sürücü onların köməkliyi ilə bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs oğlu olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ÇPA-nın 4-cü Patrul Bölüyünün polis nəfərləri T.Quliyev və B.Ağayev tərəfindən tərtib olunmuş 16.10.2021-ci il tarixli raportdan görünür ki, 16.10.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində xidmət yoldaşı ilə xidmətdə olan zaman Səbail RPİ-nin növbətçi hissəsindən G.Qarayev küçəsində YPX əməkdaşlarına kömək lazım olması barədə məlumat daxil olmuş, onlar həmin ünvana yaxınlaşmış və orada YPX əməkdaşlarının “Honda Accord” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomaşını saxladıqlarını görmüş, onlar həmin şəxsi bölməyə dəvət etmiş, həmin şəxs bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs oğlu olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında materiala əlavə edilmiş video yazıya baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs oğlu 16.10.2021-ci il tarixdə, saat təxminən 16:10 radələrində “Honda Accord” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 1ndə hərəkətdə olan zaman YPX əməkdaşları onun idarə etdiyi avtomaşına saxla işarəsi vermiş, o, da idarə etdiyi avtomaşını bir qədər irəlidə saxlamış, YPX əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və ona qayda pozuntusu törətdiyini bildirərək sənədləri təqdim etməsini tələb etmiş, o isə YPX əməkdaşına öz vəsiqəsini təqdim etməsini bildirərək sənədləri ona təqdim etməmişdir. Daha sonra YPX əməkdaşları hadisə yerinə ÇPA-nın əməkdaşlarını çağırmış, ÇPA-nın əməkdaşları yaxınlaşmış, onu bölməyə dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə getmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 16.10.2021-ci il tarixdə, saat 16:10 radələrində ünvan 1 ünvanında xidmətdə olan YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməsə də, yaşanan hadisədən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs 16.10.2021-ci il tarixdən (saat 17:20-də) inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-2037/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2037/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver